Anamən kotabı da belə bağlandı...
M i r z ә M ә h ә m m ә d ә l i (avaz ilә). Әlhәmdülillahi-rәbbil-alәmin. Әrrәhmanir-rәhim, maliki yövmәddin.... Pәrdә salınır vә Mirzә Mәhәmmәdәlinin oxumağını kәsir.
"Biz üzəri samanla örtülmüş məna dəniziyik.Cismimiz ruhumuza pərdə olub"
Alıntı
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
S e v i l. Bəs Balaş nə deyər? Heç razı olarmı? O heç sənin də başıaçıq gəzməyinə razı deyil. G ü l ü ş. Mən ki, gəzirəm. S e v i l. Daha sən dəliliyinə salmısan, çarəsizlikdən söz deyə bilmir, özü də, səni özünə bacı hesab etmir və həmişə deyir ki, Gülüş dəlidir, danışığını bilmir; amma mən onun arvadıyam, sözündən çıxa bilmərəm; ər ki var, Allahın kölgəsidir. G ü l ü ş. Boş sözdür, nə Allah var, nə də kölgəsi. S e v i l. Əstəğfürullah!.. Əstəğfürullah!.. Gülüşcan, sən allah, elə sözlər danışma. G ü l ü ş. Sən yazıqsan, Sevil! Sən adamlara o qədər inanmışsanki, sənin gözlərini qara pərdə örtmüşdür; mən o pərdəni yırtmaq istəyirəm. Ancaq onun dalınca elə bir dəhşət durmuşdur ki, sənin o dəhşətə dayana biləcəyinə inanmıram.
Sayfa 9·Kitabı okudu
İnsan - məna dənizi
“Biz üzəri samanla örtülmüş məna dəniziyik. Cismimiz ruhumuza pərdə olub”... ... İnsan samanla örtülmüş dənizə baxanda gözü ancaq samanı görər. Halbuki o saman çöplərinin altında dərinlərdən dərin dəniz var.
Sayfa 74 - Mövlana Cəlaləddin Rumi·Kitabı okudu
Felsefe
4. Pərdə
G ü n d ü z. Mən qayıtmayacağam, mən daima irəliyə doğru gedəcəyəm – Marsa, Yupiterə, sonsuz fəzalara doğru gedəcəyəm. S e v i l. Gəl, oğlum, gəl! B a l a ş. Sevil, sən hara gedirsən? S e v i l. Sosializmə, fabrikə! Mən oradan gəlmişəm, oraya da gedirəm. Qadınların azadlıq yolu ancaq oradadır!
Sayfa 77 - Xan nəşriyyatı
Alıntı
4. Pərdə
S e v i l. Namus! Ha... ha... Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir yükdür. Sən hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən, kimsə sənə namussuz demirdi. Lakin biz, biz bir lampalıq neft, bir parçacıq çörək, bir doyumluq quru çörək üçün birinə yanaşdıqda, bütün bayquşlar səs-səsə verib, dörd bir yandan: “fahişə, fahişə”, – deyə ulaşırlar. Halbuki sən mənim gözümün qabağında bir qadının belindən qucmuşdun, mən də əlimdə su, qarşında durub titrəyirdim, sən göz belə qırpmırdın. Bilmək istəyirdim ki, sənin adın nə olur? Ad birdir. O zaman mənim nə düşünməyə beynim, nə də deməyə dilim yox idi. İndi isə üzünə deyirəm: fahişə!
Sayfa 74 - Xan nəşriyyatı
Alıntı