Eltac İbrahimli

Sürəyyanın mübarizə ilə dolu həyat hekayəsi
8/10
·180 syf.··
Beğendi
·
2025 4. kitabı
·
7 günde okudu
·
Okunma: 29 Temmuz 2025 13:26
Ölənlə Ölünmür Bu, sadəcə bir həyat hekayəsi deyil — mübarizə ilə dolu həyat hekayəsidir. Bəzən susmaqla, bəzən dözməklə, bəzən də heç kimə demədən yola davam etməklə yazılmış bir həyat... Sürəyyanın özünə qadağalar qoymasında özümü tapdım. Elə bil oxuduğum hekayə yox, illərlə içimdə daşıdığım bir hiss idi. SPOİLER ola bilər Ayazla olan münasibət çox saf və dərin idi. Qəzanın ardınca yaşananlar, kənd camaatının reaksiyası — o hissələri oxuduqca qəzəblənməmək mümkün deyil. Vüqarın hisslərini gizlədib, sadəcə dəstək olması xoşuma gəldi. Yan-yana, gözləyə-gözləyə, heç nə demədən yanında olmaq hər adamın bacaracağı şey deyil. Sürəyyanın kəndə qayıdışı, Azərlə aradakı incikliyi aydınlaşdırıb barışması — təqdirəlayiqdi. Ayaza hər şeyi danışması və oradan razılıq alması çox dərin vurğulanıb. Oxuyanda deyirsən: “Yəni bu da mümkündür?..” Sürəyyanın atasına olan incikliyi, qəzəbi başa düşülən və realdır. Qardaşı ilə münasibəti, qardaşının ona dəstək olması isə xoş təsir bağışladı. Xədicə və Dünya obrazları müdrikliyi və məsləhətləri ilə oxucuya xoş hisslər bağışlayır. Onların sakit gücü və anlayışı hekayəyə dərinlik qatır. Roman ailə-məişət və sevgi münasibətlərindən bəhs edir, amma onun gerçək həyatdan gəlməsi oxucuda ayrı bir təsir yaradır. Maraq doğurur, oxuduqca düşünürsən ki, ardı necə olacaq? Sonda isə bir rahatlıq qalır içində: Sürəyyanın nəhayət öz yerini tapması, özü olmaqdan vaz keçməməsi — oxucuya da bir növ güc verir. Həyatınızdan bir hissə tapacağınız hekayədir.
Duygu ve Düşünce
Ölənlə ÖlünmürKölgə · Kitab Çapı Nəşriyyat · 202527 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
8/10
·416 syf.··
Beğendi
·
2024 25. kitabı
·
5 günde okudu
·
Okunma: 02 Nisan 2024 16:53
Isabel Allende Maya’s Notebook Əsəri ilk öncə əlimə aldıqda tipik roman təəssüratı bağışlayacağını düşünmüşdüm, ta ki yazarın müsahibəsini izləyənədək. Yazar əsəri həyat təcrübələrinə əsaslanaraq yazıb, bu da onu daha çox oxunaqlı edir. Maya obrazının babası vəfat etdikdən sonra yas halında ikən başına gələn hadisələri, onlarla başa çıxma mübarizəsini, Chiloé-də yaşadığı macəralarını, sağalma dövrünü yazdığı gündəliyindən oxuyuruq. Əsərdə hər növ sevgi, yas, ayrılıq, həyat mübarizəsi, xəstəliklər, narkomaniya və pis vərdişlər, aludəlik mövzularına toxunulub. Paçamama (mənası Ana torpaq) kimi şaman ayinləri, ifritəlik və şəfalanma ayinləri də qeyd olunub və maraqlıdır. Əsərdə bəhs olunan Paçamama ayinində yazar qızı ilə birgə iştirak etmişdir və öz təcrübələrindən faydalanaraq Mayanın dilindən bizə çatdırmışdır. Yazar Chiloé adasına tez-tez səyahət edir, əsərdə Chiloé adasında bəhs edilən insanların çoxu realdır, sadəcə adları dəyişdirilmişdir. Yazar narkomaniya və pis vərdişlər mövzusuna toxunmasını 3 oğlunun narkotiklərə qurşanması və 2 oğlunun həyatını itirməsinə bağlayır. Hazırki dövrdə narkomaniya və pis vərdişlər o qədər yayılıb ki, valideynlər övladlarını necə qoruya biləcəyini düşünür. Həmçinin yazarın nəvələri də bu təhlükə altında ola bilər. Əsərdə xoşagəlməz, sarsıdıcı, şiddət və yetişkin məzmuna malik məqamlar da var, həssaslığı olan insanlara oxumağı məsləhət görmürəm. Ümumilikdə isə əsər çox maraqlıdır, baxış bucağınızda dəyişikliklər yaradacaq müxtəlif mövzulara toxunulub. Yeni mədəniyyətlər öyrənə bilərsiniz. Yazarla bu kitab vasitəsilə tanışdım və bəyəndim.
Hayattan
Maya’s NotebookIsabel Allende · Harper Perennial · 201490 okunma
8/10
·296 syf.··
2024 13. kitabı
·
12 günde okudu
·
Okunma: 28 Şubat 2024 23:03
W. Somerset Maugham Ay və Qara Qəpik Əsərdə Striklənd adlı obrazın hər şeyini atıb rəsm çəkməyə başlaması ətrafında danışılır. Strikləndin başına gələnlər, yaşadığı həyatı və sonunu oxuyuruq. Əxlaqi dəyərlər və təhlillərə də yer verilib. Striklənd obrazının vecsizliyindən, Stryov obrazının həddən artıq fədakarlığından təsirləndim. Ümumilikdə oxumağa dəyər kitab oldu.
Edebiyat
Ay və Qara QəpikW. Somerset Maugham · Qanun Nəşriyyatı · 2015751 okunma
9/10
·494 syf.··
2024 12. kitabı
·
10 günde okudu
·
Okunma: 26 Şubat 2024 23:50
Əsəri kitabçı dayının tövsiyəsi ilə oxumağa başladım.Günümüzdə də bu cür ailə münasibətlərinin olması üzücü haldır. Əsər cahil və təhsilli, həyasız və sakit, dürüst və yalançı, fürsətçi insanların həyat mübarizəsini əks etdirir. Həcər və Nazan məni ən çox sarsıdan obrazlar oldu. Yenə də gənclərin bu əsəri oxumasına dəyər, baxış bucağınızda dəyişikliklər yaradacağına əminəm.
İnsan ve Hayat
Yad QızıOrhan Kemal · Qanun Nəşriyyatı · 200915,4bin okunma