Aylar əvvəl bəzi sözləri bura yazanda düşünürdüm ki, həyatımın ən böyük mübarizəsi sevgi ilə qorxularım arasında olacaq. O zaman özümə verdiyim sualın cavabını bilmirdim. Bu gün isə cavabı tapmışam.Bəli, bəlkə də bir müddət öncə qorxularım qalib gəldi. Amma hal hazırda buna məğlubiyyət kimi baxmıram. Çünki zaman mənə öyrətdi ki, hər itirdiyimizi itki hesab etmək doğru deyil. Bəzən insan bir qapını bağlayır ki, qarşısında daha uyğun qapılar açılsın. Bəzən ayrıldığımız yollar bizi əslində getməli olduğumuz istiqamətə aparır.) O günlərdə içimdə olan tərəddüdlər, narahatlıqlar və suallar məni yorurdu. İndi isə anlayıram ki,,həyat yalnız bir insanın ətrafında dayanıb qalmır. Həyat yenilənir, dəyişir, insan da onunla birlikdə dəyişir. Dünən mənə ağır gələn şeylər bu gün mənə dərs kimi görünür. Bəlkə də bu yol mənim üçün ən doğrudu,Çünki hər sonluq öz içində yeni başlanğıclar gətirir. Qarşıma yeni insanlar çıxır, yeni məqsədlər yaranır, yeni arzular qurulur. Mən artıq keçmişin “kaş ki”lərində yox, gələcəyin “bəlkə də”lərində yaşamağı seçirəm. Hmmm Doğrudurki Hələ də bəzi xatirələr ürəyimin bir küncündə qalır. Amma artıq onlara qayıtmaq üçün yox, böyüdüyümü xatırlamaq üçün baxıram. Çünki insan bəzən sevdiyini deyil, köhnə halını geridə qoyur.Bu gün geriyə baxanda görürəm ki qorxularım məni dayandırmayıb, sadəcə başqa bir yola yönəldib. Və mən inanıram ki, hər şey öz vaxtında, öz yerində olmalıdır.Qarşıda məni gözləyən yeniliklər, yeni şəhərlər, yeni insanlar və yeni hekayələr var. Bəzən ürəyin istədiyi yox, taleyin gətirdiyi yol daha doğru olur. Mən də artıq itirdiklərimə yox, qarşıma çıxacaq gözəlliklərə baxıram. Çünki həyat davam edir və mən keçmişə deyil, gələcəyə doğru addımlayıram.
Dil yetərsiz bir vasitədir? Gorgiasa görə düşüncə tam mənası ilə başqasına verilə bilməz. Çünki insan ağlındakı düşüncələr ilə xarici dünyadakı nəsnələr (əşyalar vəya obyektlər) və dil arasında birbaşa keçid yoxdur. Bir şeyi bilsək belə bunu başqasına tam nöqsansız çatdıra bilmərik. Çünki düşüncələr ağlın içində formalaşır, dil isə təbii struktur deyildir. Gorgias sözlərin nəsnələri özü olmadığını müdafiə edir. İnsanlar danışarkən təkcə sözlər yaradır. Amma qarşı tərəf bu sözləri öz təcrübələri və qavrayışları ilə mənalandırır. Buna görə də bir insanın zehnindəki fikir (düşüncə) başqa bir insanın zehninə eyni şəkildə köçürülə bilməz. " Mövcud olan məlum olsa belə, onu çatdırmaq mümkün deyil" çünki dil, düşüncəni tamamilə bənzəyən deyil, sadəcə təmsil etməyə çalışan bir vasitədir.
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Son aylarda oxuyub çox sevdiyim üç kitab haqqında
Çox sevdiyim bir kitab olanda istəyirəm danışdığım hər kəsə onu tövsiyə edim. Sevdiyim bir yazıçı olanda isə istəyirəm onu kitab oxuyan hamı tanısın. Hələ müəllif bizdə kifayət qədər tanınmırsa, bir az da onun dərdini çəkirəm) Son aylarda oxuduğum və hər kəsə tövsiyə etmək istədiyim 3 kitab haqqında qısa yazmaq istəyirəm. Yerli ədəbiyyatımızdan Əzizə Cəfərzadə qələmini çox sevirəm. Düşünürəm ki, onun kitabları ilə tanışlığım Azərbaycan ədəbiyyatı ilə bağlı ən xoş “kəşflərdən” biri olub. Aləmdə Səsim Var Mənim müəllifdən oxuduğum üçüncü kitab idi. Əsərlərindəki dil, hadisələrin təqdimatı, obraz və məkan təsvirləri o qədər canlıdır ki, özümü həmin hadisələrin içində hiss edirəm. Bu kitab Seyid Əzim Şirvaninin həyatından bəhs edir. Oxuduqca sanki mən də Şamaxıda onun yanında idim, məktəb açmaq uğrunda din adamları, cahil bir mühit ilə apardığı mübarizənin canlı şahidinə çevrilmişdim. İkinci kitab isə yeni nəşrlərdən olan Eşşəkli Kitabxanaçı dır . Kitab real hadisələr əsasında yazılıb və Türkiyənin bir kəndində kitabxanaçı işləyən Mustafanın hekayəsindən bəhs edir. O, uşaqları kitabla tanış etmək və oxumağı sevdirmək üçün əlindən gələni edir. Mustafa göstərir ki, insan bəzən çox məhdud imkanlarla belə böyük dəyişikliklər yarada bilər. Kitabsevərlər onun zəhmətini daha yaxşı anlayacaq, kitabdan uzaq olanlar isə bəlkə də mütaliənin nə qədər dəyərli olduğunu hiss edəcəklər. Növbəti kitab isə artıq sevdiyim müəlliflər sırasında yer alan Bernard Werber in Kraliçaların Diaqnolı əsəridir. Verberi daha çox elmi-fantastik əsərləri ilə tanıyırdım. Bu kitab isə mənə onun yaradıcılığının başqa tərəfini göstərdi. Əsərdə dünyagörüşləri və həyat prinsipləri tamamilə fərqli olan iki qadının həyatı təsvir olunur. Şahmatdakı ağ və qara fiqurlar kimi bir-birinə zidd olan bu iki obraz hadisələrə və siyasi proseslərə də şahmat
Duygu ve Düşünce
Təsvirin tən ortasında bir kişi var, gənc və qüvvətli. Qarşısında üç nəfər amansız dalğaların içində boğulur. Atası, arvadı və uşağı. Arvadı qat-qat yaxındadır. Uşağı isə az qala əlinin altındadır, uzansa tutacaq. Kişi isə bütün bədəni ilə uzaqdakı atasına uzanır. Artıq barmaqlarının ucundan sürüşüb gedən, qurtarılması ehtimalı belə olmayan o qoca ataya. Bunu görəndə adamın içində qeyri-ixtiyari bir üsyan baş qaldırır. Niyə? Yazının davamı linkdə: 👇 academia.edu/169008228/Batan...
Psikoloji
İmam Əli (ə) bizə bir insan ssenarisi çəkir: Bir insan düşünün; ətrafı zənginliklə doludur, əlində bütün doğrular (hidayət) var, arxasında nəhəng bir güc (səltənət) dayanıb... Amma insanın öz içi (ruhu) o qədər qaranlıq, o qədər xəstə və bəsirətsizdir ki, o, bu qədər möhtəşəm imkanların daxilində əliboşdur, kədərlidir, azğındır, məzlumdur və xardır. Bu situasiya Yunan mifologiyasında mənəvi və intellektual "Tantal əzabı" kimi adlanır. Qısaca suyun içində dayanıb susuzluqdan ölən, meyvə ağacının altında ac qalan personaj kimi). İmam deyir ki, xarici dünyadakı imkanlar (pul, status, elm, şəhərlər) səni xilas etməyəcək; əgər sənin daxili dünyan o imkanları qəbul edəcək qədər saf, ayıq və şüurlu deyilsə, sən cənnətin içində də cəhənnəmi yaşayacaqsan…
Mən ən ağır günlərimdə belə ağlamağı bacarmamışam. İçimdə sanki sözsüz bir fırtına qopub, hər şey dağılıb, amma o dağıntının səsi çölə çıxmayıb. Boğazımda düyünlənən hiss, sinəmdə sıxılan ağırlıq və nəfəsimə sığmayan kədər arasında ilişib qalmışam. Sanki duyğularım var gücü ilə danışmaq istəyib, amma səsim onlara yol verməyib. Və mən yalnız səssiz göz yaşlarımla anlamışam ki, insan bəzən ən çox ağlayanda belə görünmür, bəzən ən dərin ağrı səssizliyin içində gizlənir. Zaman keçdikcə başa düşdüm ki, bu səssizlik boşluq deyilmiş əksinə, içində dolub daşan, amma çıxış yolu tapmayan bir dünyanın öz diliymiş. Elə anlar var ki, insan nə danışa bilir, nə qışqıra bilir, nə də ağlaya bilir. Sadəcə dayanır və içində baş verənləri kənardan dinləyirmiş kimi olur. Sanki bədən yaşayır, amma ruh bir addım geri çəkilib öz ağrısını uzaqdan izləyir. Bəzən nəfəs alırsan, amma o nəfəs səni yüngülləşdirmir sadəcə vaxtı uzadır. Bəzən gözlərin dolur, amma damcılar düşmür sanki göz yaşları belə qərarsız qalır, hansı yolun azadlıq olduğunu bilmir. Və mən anladım ki, hər kədər özünü göstərmir. Bəziləri insanın içində kölgə kimi yaşayır, səssiz, amma daim orada. Mən çox vaxt elə bilmişəm ki, ağlamaq rahatlıqdır, amma bəzən ağlamaq belə olmur… və insan bu dəfə rahatlığı da itirir. Onda öyrənirsən ki, ən çətin ağrı görünən deyil, ən çətin ağrı hiss ediləndir. Amma ifadə edilə bilməyən. Və yenə də mən içimdə bir şeyi saxlamışam, bütün bu səssizliyin içində belə, mən hələ də hiss edirəm. Çünki hiss etmək bitməyibsə, demək insan da bitməyib. Sadəcə içində bir yer var ki, orada hər şey susub, amma yox olmayıb.