Azərbaycan Parlamentinin martın 3-də keçirilən iclasında müxalifət operator Cəngiz Mustafayevin çəkdiyi filmin parlamentdə nümayiş etdirilməsini tələb etdi. Qolts yazırdı: “Filmin ilk kadrları görünməyə başlayan andan sonrakı on dəqiqə ölkənin tarixini dəyişdirdi.” Mustafayev helikopterlə Ağdamın ətrafındakı yüksəkliklərə getmişdi. Helikopterdən enərkən kamera vadinin hər tərəfinə səpələnmiş yüzlərlə meyiti göstərirdi. Palçıq və yarıyadək ərimiş qarın içində qış paltarları geyinmiş, başlarına yaylıq bağlamış kəndlilər uzanmışdı. Hönkürərək ağlayan bir kişi qırmızı gödəkcə geyinmiş, üzü tənziflə sarınmış kiçik bir uşağın cəsədini yerdən qaldırıb helikopterə uzadırdı.
Hakimiyyət bu cür görüntülər qarşısında sarsıldı. Mütəllibov martın 6-da müxalifətin ultimatumu qarşısında istefa verdi. Rəsmi olaraq yeni parlament sədri Yaqub Məmmədov Azərbaycan dövlət başçısının səlahiyyətlərini müvəqqəti icra etməyə başladı. Məmmədov peşəkar siyasətçi deyildi; o, Bakı Tibb Universitetinin rektoru idi. Əslində isə hakimiyyət müxalifətin əlinə keçirdi. Məmmədov bunu, Xalq Cəbhəsinin radikal üzvlərindən Rahim Qazıyevi müdafiə naziri təyin etməklə göstərdi. Yeni prezident seçkiləri üç ay sonra keçiriləcəkdi. Seçkiləri isə, demək olar ki, mütləq şəkildə Xalq Cəbhəsinin qazanacağı gözlənilirdi.
Ya da ola bilsin kitabla məşğul olmaq xoşuma gəlir. Yazıb qurtarmaqdansa, yazmağa davam etmək daha yaxşıdır. Orada qalmaq, o zaman içində yaşamaq, o illərə qayıtmaq, bulanıq görüntülərə təkrar-təkrar baxmaq xoşuma gəlir. Orada qalmaq, izləmək...
Əsl işçilər, gerçək sənətkarlar ölənə qədər iztirab, peşmanlıq içində yaşayırlar. Başlayıb bitirə bilmədikləri, ya da heç başlaya bilmədikləri o qədər işləri olur ki!
-Biz daha görüsməyəcəyik!
- Niyə?
- Necə niyə? Mən sirkdən həmişəlik gedirəm!
- Sirkdən heç hara gedə bilməyəcəksiniz!
- Niyə?
- Ona görə ki, bütün dünya sirkdir! Hara getsəniz, yenə də tamaşanın içində olacaqsız!