İnsanın vəzifəsi səviyyəsindən üstün olanda özünü ideya edə bilmir...
Tanrı və Vicdan
Tanrı anlayışı insanların tarix boyu bilinməzliklərə cavab tapmaq ehtiyacından doğub. Fərqli mədəniyyətlərdə Tanrı anlayışının müxtəlif olması da onu göstərir ki, bu ideya universal bir yaradıcıdan çox, insan düşüncəsinin məhsuludur. Vicdan isə əxlaqi davranışların daxili tənzimləyicisidir. Bəziləri bunu bioloji, bəziləri sosial formalaşma ilə izah edir. Əslində isə bu ikisi bir-birini tamamlayır - insan beyni empatiya və sosial uyğunlaşma bacarığı ilə doğulur, amma bu bacarıqlar tərbiyə və cəmiyyətlə qarşılıqlı əlaqə nəticəsində "vicdan" kimi formalaşır. Yəni, Tanrı ideyası daha çox sosial-kültürəl konstruksiyadır, vicdan isə bioloji əsaslı, amma sosial təcrübə ilə formalaşan bir xüsusiyyətdir.
Reklam
Adım qeyd edilib. İdeya Müəllifinə Təşəkkür edirəm!
1000Kitap
Kopyanın kopyasının kopyası
Platon rəssamları sevmirdi. Ona görə hər şeyin orijinalı ideya halındadır və ideyalar aləmindədir. Fiziki dünyada mövcud olan maddi şeylər orijinalın kopyasıdır. Yəni insanın ruhu (ideya) əsasdır, bədəni isə o ruhun kopyasıdır və xətalıdır. Hər surət öz əslindən nəyisə itirir və təbiilikdən, əslindən o qədər uzaqlaşır. Rəssamlar isə fiziki bədənin, yəni kopyanın kopyasını hazırlayırlar. Yəni həqiqəti, reallığı daha da xətalı hala çevirirlər. Bir nəfər fotoşopla öz şəklini Mona Liza fotosunun yanına qoyub və instaqramda paylaşıb. Bu yalandan xəbərdar olan dostu da bunu screen shot edərək (ekranın şəklini çəkərək) başqa bir dostuna göndərib. Bu vəziyyəti Platonun gözündən təhlil edək: Mona Liza onsuz da kopyanın kopyası idi, Mona lizanın fotosu kopyanın kopyasının kopyası idi. Şəkildə düzəliş edən adam öz kopyasının kopyasını bura yapışdırıb. Daha sonra bunu screenshot edən adam kopyaların kopyalarının kopyasının yeni bir kopyasını hazırlayıb və bunu virtual olaraq yeni bir kopya halında dostuna göndərib. Platon bunu görsəydi dəli olardı yəqin, həqiqətdən, orijinaldan bir qırıntı belə qalmayıb. t.me/virtual_agac
Düşünce
Outliers kitabından…
Uğurlu olan insanlar əllərinə düşən şansı dəyərləndirə bilənlərdir. Bu mövzu "Outliers" kİtabında çox qəşəng izah olunmuşdu. İçimizdəki ədalət hissi bizə deyir ki, çox çalışırsansa, bacarıqlısansa sən yaxşı bir nəticəyə, uğura layiqsən. Əslində isə uğur qazanmaq üçün bizdən asılı olmayan bir çox şey lazımdır. Bunların başında isə fürsət(şans) gəlir. Kitabda uğurlu sayılan bir çox insan götürülüb onların doğum tarixi, ailə vəziyəti, imkanları, doğulduğu yer və doğulduğu tarix kimi fərqli məlumatlar təhlil edilir. Aydın olur ki, çox kiçik və əhəmiyyətsiz görünən şeylər insanın uğurlu olmağına çox təsir edir. Məsələn: Sentyabrdan əvvəl doğulanlar sonra doğulanlarda daha tez məktəbə başladığı üçün bir addım qabaqda ola bilir, Xokeydə uğurlu olanların yayda və ya qışda doğulmağının necə fərq etməsi, və s. Bill Gatesdən əvvəl çox adam eyni ideya üçün çalışmışdı amma zaman uyğun deyildi, Zuckerbergdən əvvəl çox adam sosial media ideyasını yoxlamışdı amma zamanlama düzgün deyildi. O insanlar Zuckerbergdən daha zəif, və ya daha az zəki deyildilər, sadəcə bəzən doğru ideyan olsa da, kifayət qədər çalışsan da mühit və zaman sənin tərəfində olmaya bilər. İndi isə süni zəka sahəsində insanların uğurlu olma dönəmidir, və bundan 10 il sonra onların da adı bu siyahıya düşəcək. Şans, fürsət gəldiyi zaman buna hazır olmaq lazımdır. Sən əlindən gəldiyi qədər çalış, özünü hazırla. Vaxtı gələndə, düzgün zamanda, düzgün yerdə olsan və buna hazır olsan uğurlu olacaqsan. Burda bir şeyi də aydınlaşdıraq uğurlu insan deyəndə ağlımıza anca çox böyük uğur qazanan insanlar gəlir. Özünü onlarla müqayisə etmək lazım deyil, həyat at yarışı deyil, bütün ömrünü imkansız hədəflər uğrunda qaçaraq keçirmək də lazım deyil. Özün üçün uğurlu olmaq anlayışını dəqiqləşdir. Ən yaxşısını hədəf qoymaq biraz
Düşünce
NETflix
Bu aralar tez-tez amerikan seriallarına baxıram.Yəqin ki çoxları izliyib amma hərşeyin sadəcə bir bəsit filmdən ibarət olmadığını çox qısa zamanda hiss eliyə bildim.Sadəcə agah olmağınız üçün: İdeya çox bəsitdir, birşeylə dəfələrlə üzləşsəniz o şey sizin üçün adiləşir.Narkotika,seks,şiddət,lgbt və.s kimi şeyləri dəfələrlə gördüyünüz zaman bir müddət sonra beyniniz bunu artıq normal alqılamağa başlıyır. Öz filmə baxdığım müddətcə təxminən 20dən çox ölüm səhnəsi görmüşəm və bəziləri gözümün önünə gəlib gedir.Demək olar, ölüm səhnələrində heçbir ciddi hiss keçirmirəm.Başqa deyişlə normalda "+10" eliyib keçdiyiniz yerləri birmüddət sonra çox sıradanmış kimi izliyirsiniz.Amma problem bunların heçbiri deyil, yetişkin bir adam bunları anlıya və gözardı edə bilər hardasa.Aşılanan şeylər daha dərindi. Əminəm ki, dediklərimdən daha pis məksədlər üçündü bu filmlər.Hərşeyi o qədər normal formada insan şuuraltına yeridirlər ki, bunun heç fərqində belə olmursunuz.Baxdığım bir filmdən örnək verəcəm: Baş rol 5-6 nəfərin qatilidi bunlardan biri, köhnə sevgilisi digəri isə, sevdiyi olur.Baş rol özünün qatil olduğu fikrində deyil, hərşeyi hansısa səbəblərə görə elədiyini özünə inandırıb.Problem isə ondadır ki, filmə baxdığınız zaman 5-6nəfərin qatili olan şəxs sizin üçün "yaxşı biri" olur.Daha da pisi odur ki, az qala adamı öldürdü deyə biranlıq xoşbəxt olursunuz. Buna "ikifikirlilik" deyirlər.Zidd olan şeyləri biraraya gətirmək. (Mərhəmətlə-Şiddəti, Sadiqlik-Xəyanət və.s) Bununla da yaxşı və pis alqımızı, ümumiyyətlə şuuraltımızda dönən hərşeyi qarışdırırlar. Ona görə də, tövsiyyə edirəm ki, amerikan serialları izləməyin.!!!
İnceleme
Reklam