Mimi Si Çakula
10/10
·264 syf.··
Beğendi
·
2026 56. kitabı
·
25 saatte okudu
·
Okunma: 17 Mayıs 2026 00:00
"Ləpirçi: Mən yeməli deyiləm" əsəri Rövşən Abdullaoğlunun qələmindən oxuduğum ilk kitab oldu. Kitabın ideya mərkəzində dayanan "insan olmaq nədir?" sualı, əslində bioloji bir varlıqdan mənəvi bir şəxsiyyətə keçid prosesinin nə dərəcədə sancılı olduğunu göstərir. Müəllif bizə xatırladır ki, insanı heyvandan fərqləndirən əsas amil sadəcə dik gəzməsi və ya mürəkkəb alətlər düzəltməsi deyil, onun öz instinktləri üzərində hakimiyyət qura bilmək qabiliyyətidir. Bir aslan ac qaldıqda ovuna qarşı amansız olması onun təbiətinin gərəyidir və burada heç bir "qəddarlıq" axtarmaq olmaz, çünki o, sadəcə sağ qalmaq instinkti ilə hərəkət edir. Aslanın heyrətamiz bir mizanı var. O, yalnız doyacaq qədər ovlayır, qarnı toxdursa, yanından keçən ceyrana belə toxunmur. Heyvanlar aləmində qətl ehtiyacla məhdudlaşır, lakin insan şüuru bu nöqtədə ən böyük sınağı ilə üzləşir. İnsan acgözlük edir, ehtiyacından qat-qat artığını mənimsəyir, yığır və talayır. Heyvanlar qarınlarını doydurduğu halda, insan gözünü doydura bilmir. Şüur sayəsində seçim etmək iqtidarında olan insan, ya öz içindəki yırtıcını cilovlayıb aliliyə yüksələ bilər, ya da zəkasını bu doyumsuz acgözlüyün və qəddarlığın xidmətinə verib təbiətdəki ən təhlükəli varlığa çevrilə bilər. Təbiətdə ən ağıllı varlıq olmağımız bizə hər şeyi etmək haqqı verirmi? Rövşən Abdullaoğlu bu sualla bizim "antroposentrik", yəni insan mərkəzli təkəbbürümüzü darmadağın edir. Biz zəkamızı çox vaxt hökmranlıq vasitəsi kimi istifadə edirik, halbuki şüurun əsl məqsədi məsuliyyət daşımaqdır. Ən güclü olmaq hər şeyi məhv etmək icazəsi vermir, əksinə, zəif olanı qorumaq öhdəliyini verir. Əgər bir insan öz şüurunu sadəcə digərlərini istismar etmək və ya təbiəti talamaq üçün istifadə edirsə, o, əslində heyvandan daha aşağı bir pilləyə enmiş olur. Çünki heyvanın
1000Kitap
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020244 okunma
Puan vermedi·704 syf.··
2026 3. kitabı
·
13 günde okudu
·
Okunma: 01 Nisan 2026 00:39
Dostoyevskidən oxuduğum digər kitablarla müqayisədə bu əsər mənim üçün sadəcə bir roman deyil, cəmiyyətin və insan ruhunun ən qaranlıq künclərinə tutulmuş bir fənər oldu. Əsərdəki Nikolay Stavrogin daxilindəki boşluğu heç nə ilə doldura bilməyən, mənəviyyatını itirmiş birinin nə qədər dağıdıcı ola biləcəyinin canlı sübutudur. Onun ətrafındakı ideologiyalar, radikal fikirlər, yəni, cinlər isə əslində bu daxili boşluqdan qidalanan parazitlər kimidir. Məni ən çox sarsıdan isə Şatov və Kirillov obrazları oldu. Bir tərəfdə inancını axtaran, digər tərəfdə isə "insan-tanrı" olmaq iddiası ilə özünü məhvə aparan iki fərqli qütb. Onların faciəsini oxuyarkən insan istər-istəməz düşünür ki, bir ideya naminə insan özünü və başqalarını nə dərəcədə qurban verə bilər? Kitabda təsvir olunan o xaos və gərginlik mənə Remarque-ın müharibə təsvirlərindəki o ağır atmosferi xatırlatdı. Orada fiziki müharibə varsa, burada ideyaların, ruhların savaşı var. Sonda isə hər kəsin öz daxilindəki "cinlərin" qurbanına çevrilməsi insanı kədərləndirir. Xülasə olaraq, əgər siz də mənim kimi kitabda sadəcə hadisə ardıcıllığı deyil, insan psixologiyasının ən dərin və bəzən qorxulu qatlarını görmək istəyirsinizsə, "Ecinnilər" mütləq oxunmalı olan bir şahəsərdir. Ağır oxunsa da, bitirdikdən sonra beyninizdə yaratdığı suallar sizi uzun müddət tərk etməyəcək. Xoş mütaliələr!
EcinnilerFyodor Dostoyevski · Antik Kitap · 20117,3bin okunma
Reklam
6/10
·32 syf.··
2026 4. kitabı
Kiçik kitab olsada içərisində çox təsirli dillema var. Qısa məzmun və qarşıdurma: Orwell hindistanda polis işləyir və bu zaman xəbər gəlir ki, bir fil şəhəri talan edir insanlara zərər verir ancaq o fili tapan anda fil artıq heç bir təhlükəyə yol vermirdi və artıq zərərsiz idi, zərər vermə ehtimalı yox idi. Lakin onun arxası ilə onu izləyən böyük insan kütləsi onun öz zehnində təzyiq nəticəsində qarşıdurma yaradır ki, əgər bu fili öldürməsə insanlar ondan qorxduğunu, atəş aça bilmədiyini, fili öldürmə qabiliyyətinin olmadığını, yaralanan insan və talan edilən hissələrin intiqamını almadığını zənn edəcək deyə düşünürdü. O da axmaq görünməmək üçün, özünü kütləyə güclü gostermek üçün sırf kütlə uğruna fili öldürür və öz istəmədiyi bir hərəkəti etmiş olur. Bu hekayedə olan ideya ilə biz real həyatda da çoxca qarşılaşırıq. Sırf digər insanların gözündə yaxşı görsənmək, onları razı salıb özümüzü onların gözündə dəyərləndirməyə çalışmaqdan öz istək və düşüncələrimizə görə hərəkət etmirik. Qərar verərkən bunu həqiqətən özümüz istəyirik mi? Yoxsa başqasının gözündə yaxşı görsənəcəyik deyə mi edirik, deyə sual verərək hərəkətə keçməliyik.
Shooting An ElephantGeorge Orwell · Teg Publications · 0154 okunma
7/10
·198 syf.··
2026 6. kitabı
·
4 günde okudu
·
Okunma: 25 Mart 2026 01:53
Дневник Сатаны - ilk baxışda Şeytan haqqında yazılmış kimi görünsə də, əslində insan təbiətinin ən qaranlıq tərəflərini açan dərin fəlsəfi romandır. Leonid Andreyev bu əsərdə Şeytanı klassik “pisliyin mənbəyi” kimi yox, insan dünyasını anlamağa çalışan bir varlıq kimi təqdim edir. Romanın mərkəzində maraqlı bir ideya dayanır: Şeytan Yerə enir və Henry Wondergood adlı varlı insan maskası ilə cəmiyyətə qarışır. Bu “maska” anlayışı əsərin ən güclü simvollarından biridir. Müəllif göstərir ki, təkcə Şeytan yox, insanlar da gündəlik həyatlarında müxtəlif maskalar taxır, özlərini olduqlarından fərqli göstərirlər. Fərq ondadır ki, Şeytanın maskası sadədir, insanın maskası isə daha mürəkkəb və təhlükəlidir. Müəllif göstərir ki, açıq pislikdən daha qorxulu olan şey - gizlədilmiş, maskalanmış pislikdir. Yəni ki, insanlar cəmiyyətdə fərqli rollar oynayır, hamı özünü olduğundan yaxşı göstərməyə çalışır; yəni hər kəs bir növ “Wondergood”dur. Roman həm də emosiyalar mövzusuna toxunur. Şeytan insan kimi yaşadıqca sevgi, inam və bağlılıq kimi hisslərə qapılır. Məhz bu “insani” xüsusiyyətlər onun zəif nöqtəsinə çevrilir. Andreyev burada incə bir fikir irəli sürür: insanı insan edən şeylər eyni zamanda onu ən asan məğlub edilən varlığa çevirir. Əsərin ümumi tonu qaranlıq və pessimistdir. Burada ədalətin qalib gəldiyi klassik bir sonluq yoxdur. Əksinə, oxucuya belə bir narahatedici sual verilir: əgər Şeytan belə uduzursa, bəs insan özü nə qədər təhlükəlidir? - Şeytan belə insan dünyasında uduzursa, deməli, bu dünya düşündüyümüzdən daha qaranlıqdır və bu dünyanın qaydaları düşündüyümüzdən daha qəddardır. Əsl qorxulu varlıq Şeytan yox, insanın özüdür.
1000Kitap
Şeytan'ın GünlüğüLeonid Andreyev · Türkiye İş Bankası Kültür Yayınları · 20254,819 okunma
6/10
·296 syf.··
Beğendi
·
2026 1. kitabı
·
27 günde okudu
·
Okunma: 18 Mart 2026 23:32
Bir super ideya necə yaxşı dəyərləndirilməyə bilərdir bu kitab. Əla ideya, maraqlı başlanğıc və sıxıcı son. Mənə vermək istədiyi mesajla yanaşı, kitabın irəliləməsi, sonu, hadisələrin baş vermə təsviri və s. maraqlıdır. Yazıçı elə bir axrını tələsik yazıb. Özümdən tapdığım çox şey oldu, amma bu kitabdakı mənfiləri gözardı edə bilmərəm. 6 bal vermə səbəbim sonluğu xoşuma gəlməməsinə görədir.
1000Kitap
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202598,4bin okunma
7/10
·356 syf.··
2026 2. kitabı
·
37 günde okudu
·
Okunma: 04 Mart 2026 22:30
Kitabı alarkən şəxsi inkişaf kitabı kimi deyil də, daha çox psixoloji roman kimi nəzərimdə saxlayaraq almışdım. Bu səbəbdən də, kiçik də olsa xəyal qırıqlığı yaşadım deyə bilərəm. Çünki məncə hər nə qədər şəxsi inkişaf kitabları bizi nəyəsə təhrik etsə də, onu praktik şəkildə həyatımızda tətbiq etməsək, oxuyub vaxt öldürməyin heç bir mənası qalmır. Ümumi götürsək, kitabın dili çox axıcı idi, qısa müddətə bitirmək mümkündür. Bundan əlavə, kitabın üz qabığı və dizaynı məni özünə çox cəlb etdi, kitabın ötürmək istədiyi əsas ideya, məncə, uğurla təsvir edilib. Daha sonra, kitabın gedişatı ərzində Zahir obrazının dilindən verilən bir sıra mahnı, film və s. məsləhətləri çox xoşuma gəldi, sanki müəllif təkcə mövzunu və ssenarini ötürməklə kifayətlənməyib, həm də oxucunun dünyagörüşü cəhətdən maariflənməsinə çalışıb. Amma yenə də də bundan öncə ədəbiyyatın dərinliklərinə enmiş bir oxucu üçün bunlar çox sadə və primitiv, loru dildə desək "çeynənmiş" hiss edilə bilər. Yox əgər hələ qiraətə yeni başlayan oxuculardansınızsa və klassikalar kimi ağır kitablardan yayınırsınızsa şans verə bilərsiniz deyə düşünürəm. Lakin mən yenə də "hazır" cümlələri oxumaqdan daha çox bədii-ədəbi əsərlərdə ümumi ideyanı özüm analiz edərək, obrazları təhlil edərək yekun nəticə çıxarmağın tərəfdarıyam.
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 2019154 okunma
Reklam
Reklam