17 yaşından yetkinliyə: Paşanın böyümə hekayəsi
9/10
·392 syf.··
Beğendi
·
2026 14. kitabı
·
5 saatte okudu
·
Okunma: 20 Haziran 2026 19:02
Mahbud Siracinin “Tehranın damları” əsəri ilk baxışda bir sevgi romanı kimi görünür. Lakin romanın dərin qatlarına endikdə onun əslində bir gəncin yeniyetməlikdən yetkinliyə keçidini, həyatın sərt həqiqətləri ilə qarşılaşmasını və daxili dəyişimini görürük. Əsərin baş qəhrəmanı Paşa, romanın əvvəlində Tehranın damlarında dostu Əhmədlə birlikdə gələcək haqqında xəyallar quran, həyatın gözəlliyinə inanan, məsum və xəyalpərəst bir gəncdir. Tehranın damları onun üçün sadəcə bir məkan deyil, azadlığın, ümidin və insanın özünü sərbəst hiss etdiyi bir dünyanın simvoludur. (Mənə görə Dam məfhumu burda göy üzü ilə yer arasındaki o boşluğun gətirdiyi xoşbəxtliyi simvolizasiya edir) Paşanın həyatı Zariyə duyduğu sevgi ilə yeni bir rəng qazansa da, onun həqiqi dəyişimi qarşılaşdığı ağır sınaqlarla başlayır. Doktorun siyasi səbəblərlə həbs edilməsi və ölümü Paşanın dünyaya baxışını dəyişir. O, ilk dəfə anlayır ki, dünya hər zaman ədalətli deyil və bəzən yaxşı insanlar da siyasi sistemin və ictimai şəraitin qurbanına çevrilə bilirlər. Romanın ən təsirli hissələrindən biri xəstəxana bölməsidir. Mənə görə, Paşanın həqiqi böyüməsi məhz burada başlayır. O, yalnız bədənindəki yaralarla deyil, daxilindəki günah hissi, kədər və itki duyğusu ilə də mübarizə aparır. Nənəsi ilə olan söhbətləri vasitəsilə həyatın hər zaman insanın istədiyi kimi davam etmədiyini, bəzi itkilərin qəbul edilməli olduğunu və insanın bütün ağrılarına baxmayaraq yoluna davam etməli olduğunu anlayır. Əsərdə məktəb mühiti də diqqət çəkən məqamlardandır. Məktəb cəmiyyətin kiçik bir modeli kimi göstərilir; burada güc münasibətləri, qaydalar və insanın öz fikrini ifadə etmə mübarizəsi görünür. Bu təcrübələr də Paşanın ədalət anlayışının formalaşmasına təsir edir. Mənim fikrimcə, “Tehranın damları”nın ən
Tehranın DamlarıMahbod Serajı · Qanun Nəşriyyatı · 2021608 okunma
Dante Alighieri – The Divine Comedy
Puan vermedi
Bəzi əsərlər var ki, onları sadəcə oxumaq olmur; onları anlamağa, hiss etməyə və üzərində düşünməyə çalışırsan. “The Divine Comedy” mənim üçün məhz belə əsərlərdən biri oldu. İlk baxışda bu əsər Cəhənnəm, Əraf və Cənnətə edilən mistik bir səyahət kimi görünə bilər. Lakin oxuduqca anlayırsan ki, Dante yalnız axirət dünyasını təsvir etmir. O, insanın qorxularını, günahlarını, ümidlərini və mənəvi axtarışını poetik bir dillə qələmə alır. Əsər eyni zamanda insanın qaranlıqdan işığa doğru olan daxili səyahətidir. Dantenin yaratdığı dünya son dərəcə təfərrüatlı və təsirlidir. Xüsusilə Inferno hissəsində qarşılaşdığı obrazlar və onların taleləri uzun müddət yadda qalır. Hər cəza, hər məkan və hər personaj müəyyən bir simvol daşıyır və əsəri sadəcə bir hekayədən daha artıq bir şeyə çevirir. Kitabı oxuyarkən məni ən çox təsirləndirən məqamlardan biri onun yüzilliklər əvvəl yazılmasına baxmayaraq, insan təbiəti haqqında söylədiklərinin bu gün də aktuallığını qoruması oldu. Günah, vicdan, ədalət, sevgi, peşmançılıq və ümid kimi mövzular əsərin hər səhifəsində hiss olunur. Bu baxımdan The Divine Comedy yalnız orta əsr ədəbiyyatının deyil, dünya ədəbiyyatının ən böyük əsərlərindən biri hesab olunur. Əsər bəzən mürəkkəb və çoxsaylı istinadlarla zəngin olduğu üçün diqqətli oxu tələb edir. Lakin göstərilən səbr öz bəhrəsini verir. Çünki kitab yalnız bir dövrün düşüncə tərzini deyil, insanın özünü anlamaq cəhdini də əks etdirir. The Divine Comedy mənim üçün sadəcə bir klassik deyil, həm də insan ruhunun və mənəvi axtarışının möhtəşəm poetik təsviri oldu. Bəzi kitablar zamana məğlub olur, bəziləri isə əsrlər keçsə də öz gücünü qoruyur. Dante Alighierinin bu əsəri məhz ikinci qrupdandır. 8/10
İlahi KomedyaDante Alighieri · Alfa Yayınları · 2021240 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
9/10
·120 syf.··
2026 59. kitabı
·
8 saatte okudu
·
Okunma: 03 Haziran 2026 21:28
kitab Şölen (yunanca adı Symposium) qədim yunan filosofu Platonun ən məşhur əsərlərindən biridir.Kitab bir ziyafət (şölen) məclisi ilə başlayır. Afinada bir qrup ziyalı, şair və filosof bir evdə toplaşır. Onlar qərara gəlirlər ki, həmin gecə hər kəs sevgi (Eros) haqqında öz fikirlərini danışsın.Beləliklə kitab mübahisə və söhbətlər şəklində irəliləyir. Hər iştirakçı sevginin nə olduğunu öz baxış bucağından izah edir.İlk baxışda kitab sevgi haqqındadır. Lakin əslində Platon sevgi vasitəsilə insanın: gözəlliyi necə dərk etdiyini, dostluğun nə olduğunu, ruhun inkişafını, həqiqət axtarışını, insanın kamilliyə yüksəlişini araşdırır. Dialoqda Sokrat,Pausanias,Fedr,Aristofan,Alkibiad iştirak edir.Aristofan maraqlı bir əfsanə danışır: İnsanlar əvvəllər ikiqat varlıqlar idi. Tanrılar onları iki hissəyə böldü. O vaxtdan insanlar itirdikləri yarılarını axtarırlar.Bu hissə "ruh əkizi" anlayışının ən qədim mənbələrindən sayılır.Sokrat sevgini sadəcə hiss kimi yox, insanı gözəlliyə və həqiqətə aparan bir yol kimi izah edir.
Şölen - DostlukPlaton (Eflatun) · İş Bankası Kültür Yayınları · 20155,2bin okunma
Hər insan bir dünyadır
10/10
·312 syf.··
2026 9. kitabı
Bəzi kitablar insana sadəcə məlumat verir, bəziləri isə ruhunun aynasını önünə qoyur. Dale Carnegienin bu əsəri ilk baxışda bəsit bir ünsiyyət bələdçisi kimi görünsə də, əslində insanı anlamaq, onun daxili dünyasına hörmətlə yanaşmaq sənətidir. ​Kitabı oxuduqca anlayırsan ki, insan məntiqlə deyil, emosiyaları, qüruru və duyğuları ilə hərəkət edən bir varlıqdır. Müəllif bizə manipulyasiya etməyi deyil, qarşımızdakı insanın dünyasını onun pəncərəsindən görə bilməyi, yəni səmimi empatiyanı öyrədir. ​Mənim üçün kitabın ən can nöqtəsi və insan psixologiyasının ən böyük sirri bu cümlədə gizlidir: ​"Bir insanın adını xatırlamaq, onun üçün istənilən dildəki ən şirin və ən vacib səsdir." ​Həyatın qaçhaqaçında bəzən ən sadə həqiqətləri unuduruq: tənqid etməməyi, səmimi şəkildə dinləməyi və qarşı tərəfə dəyərli olduğunu hiss etdirməyi. Bu kitab mənə insanları dəyişdirməyə çalışmaqdansa, onları başqa bir aləm kimi qəbul edib sevməyin gözəlliyini xatırlatdı. ​Əgər insan münasibətlərində daha dərin bağlar qurmaq, qarşılıqlı anlaşmanın o hüzurlu nöqtəsinə çatmaq istəyirsinizsə, bu kitab rəfinizdə deyil, həmişə masanızın üzərində olmalıdır.
Arkadaş Kazanma ve İnsanları Etkileme SanatıDale Carnegie · Peta Yayıncılık · 20262 okunma
10/10
·152 syf.··
Beğendi
·
2025 14. kitabı
·
22 günde okudu
·
Okunma: 26 Haziran 2025 00:00
Animal Farm çox sadə görünən, amma içində olduqca dərin məna gizlədən kitablardan biridir. İlk baxışda heyvanların həyatından danışan bir hekayə kimi görünsə də, oxuduqca bunun əslində cəmiyyət və idarəetmə sistemi haqqında yazılmış ciddi bir tənqidi əsər olduğunu insan anlayır. Kitabda gücün necə əl dəyişdirdiyi, insanların fikirlərinin zamanla necə təhrif olunduğu və cəmiyyətin necə idarə və manipulyasiya edildiyi çox açıq və aydın şəkildə göstərilir. Ən təsirli tərəfi isə odur ki, hadisələr sadə dillə yazılıb, amma verdiyi mesaj məncə zamanlar boyunca aktual qalacaq qədər güclüdür. Mənim fikrimcə, kitabın ən güclü tərəfi də məhz budur. Adətən bu mövzuları izah etmək üçün yüzlərlə səhifə yazmaq lazım gələrdi, amma bu qədər qısa bir əsər belə çox daha dərin təsir yarada bilir. Ümumilikdə həm ədəbiyyat, həm də siyasi baxımdan çox dəyərli bir kitabdır və idarəetmə, siyasət və cəmiyyət mövzuları ilə maraqlanan hər kəs tərəfindən oxunmalıdır.
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2024296,7bin okunma
6/10
·107 syf.··
2026 119. kitabı
"Mari Rocerin sirri" dedikdə, əksər insan "Morq küçəsindəki qətl"in davamı kimi düşünür, amma mənim üçün bu, tamam fərqli bir təcrübədir. Əvvəla, Po bu hekayədə detektivi kreslosundan qaldırmır. Bəli, Düpen otağında oturub qəzet qırıntılarını oxuyur, hadisə yerinə getmir, dəlilləri öz gözü ilə görmür. İlk baxışda bu, zəiflik kimidir. Amma məhz burada Po mənə ən maraqlı sualı verir: həqiqəti tapmaq üçün fiziki olaraq orada olmaq şərtdirmi? Düpenin dediyi kimi, "Parisin mərkəzində oturub dünyanın işlərini həll etmək olar". İkinci məqam: bu hekayə əslində real bir cinayət üzərində qurulub – Meri Sesiliya Rocersin Nyu-Yorkda öldürülməsi. Po hadisələri Parisə köçürüb, adları dəyişib, amma mahiyyəti saxlayıb. Mən bunu oxuyanda bir az narahat oldum, çünki Po real qadının ölümünü bir növ "laborator işi"nə çevirir. Bəli, ədəbiyyat belə işləyir, amma yenə də... burada etik bir sərhəd var. O dövrdə heç kim buna fikir vermirdi, amma mən verirəm. Düpenin soyuqqanlı təhlilləri ilə real faciə arasında gərginlik hiss edirəm. Üçüncüsü, ən vurucu tərəf: Po bu hekayədə qəzetləri ifşa edir. Düpen deyir ki, mətbuat həqiqəti axtarmır, sensasiya yaradır. Hər kəs öz nəzəriyyəsini qurur, faktlar isə əyilir. Bu gün də eyni şey baş verir – sosial şəbəkələrdən tutmuş "investigativ" kanallara qədər. Po 1842-ci ildə bunu yazıb, amma sanki dünən yazılıb. Məhz buna görə "Mari Rocerin sirri" mənim üçün adi bir detektiv hekayədən daha çox, fəlsəfi bir manifestdir. Amma real deyim: bəzi yerlərdə kitab çox uzun çəkir. Düpenin qəzet məqalələrini sətrivər sətir təhlili bəzən yorur. Həm də sonu... redaktor qeydi ilə bitir: "Düpen haqlı imiş, polis qatili tutub". Bu, bir az asançılıqdır. Sanki Po özü də hekayəni necə bitirəcəyini bilmir. Bəlkə də ona görə ki, real hadisənin qatili heç vaxt tapılmamışdı –
The Mystery Of Maire RogetEdgar Allan Poe · Altın Bilek Yayınları · 200732 okunma