Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İlkanə Şahmar

İlkanə Şahmar
@ilkanesahmar
19 okur puanı
Ocak 2020 tarihinde katıldı
136 syf.
·
Puan vermedi
·
67 günde okudu
Theo'ya Mektuplar
Theo'ya MektuplarVincent Van Gogh
8.3/10 · 6,2bin okunma
Reklam
"...bütün bunların tək bir insanın əlindən və ruhundan çıxdığını düşünəndə başa düşdü ki, insan məhv etməkdən başqa şeylərdə də Allah qədər istedadlı ola bilər."

Okur Takip Önerileri

Tümünü Gör
Bir axşam taksidən düşüb payıza, Bilmədik haraya, hayana gedək, Dərin sularını qatıb dayaza, Dəniz də bağlandı yay kinosutək. Yağışın əlindən qaçıb bir küncə, Dayandıq üzümüz qibləyə sarı Yenə tapılmadı, payız gəlincə Bağlı ümidlərin itmiş açarı... (1964)
Mən sağ ikən kəsilsə qağayıların səsi, silinsə qayaların kölgəsi... yox olsa Xəzər, Mən sağ ikən barmağımdan üzük kimi ömrümdən Xəzər çıxsa, Xəzər itsə... Neyləyərəm, neyləyərəm dəniz də getsə... (1964)
Reklam
Ölümümə bir az qalmış Darayacağam saçlarımı, Təmiz, ağ köynək geyəcəm, Ölümümə bir az qalmış. Ölümümə bir az qalmış Göy üzü mavi olacaq, Buludlar köpük-köpük. Məktub yazacağam sənə. Sevirdim, sevirəm, sevəcəyəm deyəcəm, Ölümümə bir az qalmış, Ölümümə bir az qalmış...
Son gecədir bu gün yenə, Sabah yenə son səhər, Son yel dolur son yelkənə, Qayıq üzür birtəhər... Axırıncı ağacdır bu, Əsir sonuncu külək, Bağlayıb sonuncu yolu Yenə sonuncu fələk...
...Öləndə neçə yaşın var idi sənin? Yoxsa hələ doğulmamışdın? (1963)
Min yerdən dənizə gəmilər çıxır, ay ana, Ürəyim darıxır. Bilirəm, ay ana, ürəyim bilir, tapılmır bu müdhiş dənizdə itən. Bir qayıq da belə keçmir ömürdən... (1963)
Qoxun Bakıya gedən qatarın vaqonlar arası get-gəlində əridi, Bakı vağzalında gözlərini unutdum, taksiyə minərkən dodaqlarını. Evimizin astanasında sağ əlin, Otağımda sol əlin yox oldu... Lakin o siqaret tüstüsünü, stula atdığın sarı paltarın əziyini, bir-birimizə dediyimiz özgənin anlamayacağı sözləri, o sözlərin səssiz qüssəsini unuda bilmirəm, unuda bilmirəm... (1964)
Reklam
Neçə ildir iki eynək şüşəsi durur dünyayla gözlərimin arasında. Eynək şüşəsi ola biləydim Beş-on duman gözlü adama... (1965)
302 öğeden 31 ile 45 arasındakiler gösteriliyor.