1025 syf.
9/10 puan verdi
·
Beğendi
Aşiq olduğum yazarın qələmə aldığı son kitabı.
Karamazov Dostoyevskinin bütün kitablarından daha çox təsir etdi mənə. Hər cür insanın özündən bir şey tapa biləcəyi bir əsər. Dostoyevski də özündən çox şey qatıb əsərə. Çünki hər xarakterində bir xüsusiyyəti vardı. İvanın Tanrıya inanmamağı amma dinin gərəkli olması düşüncəsi. Alyoşanın insanlığa umidi. Dmitri ilə Fyodor Pavloviçin pis vərdişləri. Çox uzun vaxta bitirdim. Daha da uzun vaxta bitirmək istəyərdim. Ona görə ki, çox yol gediləsi bir kitabdı. Elə bitirəndə də biraz duyğusallaşdım. Ayrılmaq çətin gəldi. İkinci dəfə oxuya bilərəm bəlkə də. Hər əsərində olduğu kimi, bu möhtəşəm yazarın ən sevdiyim mövzusu vicdan əzabıdı. Və burda da möhtəşəm qələmə alıb. Ən çox da Smerdyakovun İvanla söhbətlərində vurğulayır. "rüsvay olmuş şəxsiyyət və cinayətkar qǝlb öz-özünə qarşı yer üzünün bütün ədalət məhkəmələrindən daha qisasçıdır!" Kitabda ən sevdiyim bölümlərdən biri İvanın şeytanla söhbətidi. Biri də sonda İlyuceşkanın ölümü (( burdakı bu cümlə biraz incitdi: «Atacan, məni basdırandan sonra qəbrimin üstünə çörək ovxala ki, sərçələr uçub gəlsinlər, mən onların civiltisini eşidib, tək olmadığıma görə sevinəcǝyǝm>>. Dostoyevski məncə nə qədər içki içən, qumarbaz biri olsa da ruhunda incəlik olub. Onun bu xüsusiyyəti mənə insanların sırf bir iki pis vərdişi var deyə onları yarğılamamağı, hardasa bir yerlərində incəlikləri olduğunu öyrədib. Uzun sözün qısası Karamazovu oxumadan ölməyin. Təsiri ömrünüz boyunca qalabiləcək bir əsərdi. BİZ HAMIMIZ EQOİSTİK, KARAMAZOV
Karamazov Kardeşler
Karamazov KardeşlerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202335,1bin okunma
Taş atanlar beni tanımaz Hâlden anlayanların bir gülü incitdi beni
Reklam
Bir də ki,haqqımda fitnələr quran, Ayağımdan çəkən,başımdan basan, Hiyləgər adamlar,murdar adamlar, Bütün insanlıqdan kənar adamlar Az incitmədilər məni dünyada. Köhnə bir ney kimi gəldim fəryada. Könlümdən onların acısı getməz; Yazmaqla qurtarmaz,deməklə bitməz. Çox incitdi məni tək-tək adamlar: Saf-çürük olunsun gərək adamlar!
Sayfa 139Kitabı okudu
Onların bu xəyanəti bizə güllə kimi dəydi və terrorçuların atdığı həqiqi güllədən daha çox incitdi.
ŞEYHÜLİSLÂM YAHYA - Gazel
"Açılmadan incitdi seni zarı hezarın Ey gonce-i ter gönlü müsün bülbül-i zarın" (Bülbülün ağlayışı seni, sen daha açılmadan incitti, ey taze tomurcuk sen ağlayan bülbülün gönlü müsün?)
Sayfa 183
Gül incədirsə, sən, gözəlim güldən incəsən, İncə nəzakətin qədər incə düşüncəsən. Hər oynadanda xəm qaşını, qan olur könül, Sanki bu fikirlə əl atırsan qılınca sən. Zalim, həmişə könlümü incitdi firqətin, Ömrümdə qoymadın məni bir ləhzə dincə sən. Ayinələr xəcalət olur görcək əksini, Naz ilə şanə zülfünə hərdən çəkincə sən. Gözdən kənarə getmə, bu dərd öldürər məni, Bilməm, nə növ səbr edə billəm gəlincə sən? Qəm guşəsində əyri qaşın qiblədir mənə, Ey eşq tanrısı, məni əydirmə küncə sən. Vahid, uzatma məsələni, ömrdən gedir, Ol qarə zülfə dərdini bir yol deyincə sən.
Qəzəllər
Qəzəllər
Reklam
36 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.