Puan vermedi·432 syf.··
2026 8. kitabı
Esmiralda… Təsirləndiyim, gözümü dolduran bir çox roman oxumuşam. Adətən kitablar haqqında incələmə yazmıram, hətta bu platformadan da çox aktiv istifadə etmirəm. Amma bu kitab məndə elə hisslər oyatdı ki, fikirlərimi yazmadan keçə bilmədim. Esmiraldanın acısını, sevincini, çarəsizliyini və bütün bunların içində ümidini itirmədən mübarizə aparmasını sanki onunla birlikdə yaşadım. Mələklə dostluğu, İlyasla qurduğu bağ məni ən çox təsirləndirən məqamlardan oldu. Qəzəbləndiyi anlarda qəzəbləndim, üzüldüyü anlarda üzüldüm. Xüsusilə Mələklə olan bəzi səhnələrdə çox duyğulandım. Onların arasındakı səmimiyyət, gerçəklik və bir-birlərinə olan sədaqət istər-istəməz göz yaşlarıma səbəb oldu. “Birlikdə edərik” kimi cümlələrin sadəcə söz olaraq qalmaması məni ayrıca təsirləndirdi. Bəlkə də buna səbəb bir zamanlar dostumla qurduğumuz bəzi planları həyata keçirə bilməməyimizin verdiyi hiss idi. Bu baxımdan onların bacarması həm kövrəltdi, həm də sevindirdi. Kitabda bəyənmədiyim yeganə məqam bəzi hissələrin mənə bir qədər uzun gəlməsi oldu. Bəzən artıq bildiyimiz və ya eşitdiyimiz fikirlərin təkrarını oxuyurmuş kimi hiss etdim. Buna baxmayaraq, ümumi olaraq əsər məndə çox xoş təəssürat yaratdı. Xüsusilə də içimi isidən sonluğu ilə uzun müddət yaddaşımda qalacaq kitablardan biri oldu.
GünahkarlarÜlviyyə Cəfər · Çardaq Nəşriyyat · 20253 okunma
11 il əvvəl yazdığım incələmə. Səhvlərimi düzəldib paylaşıram.
10/10
·300 syf.··
Beğendi
·
2015 3. kitabı
·
13 günde okudu
·
Okunma: 01 Haziran 2015 00:00
Qan Turalının 9 hekayə kitabı haqqında fikirlərim. "Şahmat məktəbinin direktor"u öz uşaqlığımda elədiyim bir hərəkəti xatırlatdı mənə. İndi yadıma düşəndə vicdan əzabı çəkirəm. "Şaxta babanın qətli"ni oxuyandan sonra bir daha cahilliyə nifrət elədim. "Bir-birini sevməkdən qorxan iki adamın hekayəsi"ni oxuyanda kədərləndim. Ən çox "Çılğınlar" hekayəsini bəyəndim. "Prokurorun 3 günü" isə oxuduğum detektivlər içində ən maraqlısı idi. Haqqında yazmadıqlarım o demək deyil ki, bəyənmədim, sadəcə olaraq onlardan aldığım təsiri tam ifadə edə bilmirəm.
Doqquz HekayəQan Turalı · Bakı, Elgün Nəşriyyatı · 20152 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
"Məncə, insan Allahın səhvidir"
7/10
·99 syf.··
2026 1. kitabı
Uzun müddətdən sonra burada bir kitab haqqında fikirlərimi bölüşəcəm. Heç 1 saat çəkmədi oxuyub bitirməyim. Adı diqqətimi çox cəlb etmişdi. Adındakı tam izah edə bilmədiyim ürpərdici bir duyğunu əsəri oxuyarkən daha dərindən hiss etdim. Mövzusu haqqında danışmayacam, məncə, təxmin edə bilirsiniz. Təsirləndim, xüsusilə sonunun belə bitməsini gözləmirdim. Onlar üçün xoşbəxt sonluq arzu edirdim... Bəyənmədiyim nüans duyğuların oxucuya yaxşı çatdırıla bilməməsi oldu. Oxuyarkən bizi təsirləndirən baş verənlərdir, sanki sadəcə nəql olunur: dərisini soydu, başını kəsdi, ağladı və s. Obrazın daxili dünyasına, həmin an keçirdiyi hisslərə tam hakim ola bilmirik. Yenə də yazıçının bəy olduğunu nəzərə alıb haqq vermək istəyərəm, amma bu zaman da Ílyas Əfəndiyevin yaratdığı, acısını, hisslərini qəlbimin ən dərinlərində hiss etdiyim Nuriyyə obrazını xatırlayıram... Yenə də oxumağa dəyər. Sülh tərəfdarı olsam da mənfur erməni millətinin xalqımıza yaşatdıqları heç vaxt unudulmamalıdır... Çox maraqlı alıntılar da var idi, paylaşacam. Hətta bu il davamlı olaraq incələmə va alıntılar paylaşmağı düşünürəm. Bir az qarışıq bir incələmə oldu. Hiss etdiklərimi yazmaq istədim sadəcə. Uzun müddət verilən fasilənin də təsiri var təbii ki. Xoş mütaliələr hər kəsə!
Duygu/Düşünce
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0194 okunma
Puan vermedi·384 syf.·
2026 1. kitabı
Əgər bir kitab haqqında incələmə yazmaq mənim üçün çətin olursa, yazmıram. Amma bu ilk kitab idi ki, nə qədər çətin olmağına baxmayaraq yazdım. Məncə bunu Anna Frank'a borclu idim... İlin ilk kitabı Mənim bu kitabla tanışlığım 2 il əvvəl(1-ci kursda oxuyanda) olub. Qrup yoldaşımdan alıb oxuyurdum. Amma sonra kitabın sahibi istədi və mən də qaytarmalı oldum. Təxmini neçə səhifə yadımda deyil, amma müəyyən qədər oxumuşdum. Və kitabı qaytaranda, nə vaxtsa yenidən qayıdacağımı bilirdim... Noyabrın son günləri lap dəqiq desək, 29-u özümə hədiyyə etdim. Bağlamasını açmağı da paylaşmışdım. İmtahan ayında max. zaman sərf etməklə fasiləli şəkildə 12 günə oxudum. Mənim üçün olduqca maraqlı idi. Axıcı olduğunu deyə bilmərəm, amma sıxıcı bir kitab deyildi. Bizim 13-15 yaşlı qızımız Anna o qədər təmiz hissləri ilə və aydın şəkildə yazıb ki, insan özünü 1942-1944-cü illərdə hiss edir. Və sanki düz onunla birgə həmin sığınacaqda yaşayır, yediyini yeyir, yatdığı yerdə yatır, ad günlərində, bayramlarda olunan hədiyyələrdən alır, çəkdiyi çətinlikləri, izaholunmaz qorxunu, hiss edir. Anna Frank ilə yenidən qarşılaşmaq, onun dünyasına daxil olmaq çox xoş idi mənim üçün. Əslində Anna kitab boyu bir dostunun olmadığından şikayət edir. 81 il ərzində 30 milyon nüsxə satılıbsa (dünyada ən çox oxunan 5 kitabdan biridir) təxminən 80-100 milyon insan bu kitabı oxuyub. Deməli əslində Anna ilə bir o qədər də insan artıq dostluq edib. Əslində o bir gündəlik yazırdı(Adı Kitty idi, hər dəfəsində ona yazanda, "Əzizim Kitty" deyə müraciət edirdi.) amma sən bu gündəliyi oxuduqca məktubların sənə gəldiyini hiss edirsən, elə təsəvvür edirsən ki, haradasa, dünyanın bir hissəsində Anna adında bir rəfiqən var və o öz ailə üzvləri ilə birlikdə bir sığınacaqda müharibə şəraitində yaşayır, başına gələn
Müharibəyə Yox
GündəlikAnne Frank · Qanun Nəşriyyatı · 08,9bin okunma
10/10
·256 syf.··
Beğendi
·
2026 1. kitabı
·
23 günde okudu
·
Okunma: 11 Ocak 2026 11:42
Nə deyəcəyim, ya da necə hiss etdiyim haqqında heç bir fikrim yoxdu, ancaq hər sətrin bu qədər yaralayacağını bilməzdim. Bəlkə də yaralamaq deyil də var olanı ortaya çıxarmaq, doğruların bu qədər göz önündə olmasıdır bu. Sylvia Plath sadəcə bir yazar kimi deyil də o boşluğa düşdüyü üçün, insanların hərəkətlərinin, düşüncələrinin bu qədər acınası olduğu üçün yazıb bu kitabı. İnana bilmirəm ki o boşluğa düşüb, həqiqətləri görəndən sonra normal bir həyat yaşamaq mümkün olsun. Yazarın intihar etməsini bilib və onun üzərinə bu kitabı oxumaq... Hər sətrinə haqq verib də bu dünyada heç bir zaman anlaşılmadığımı anladım. Bəzən insanların o qəribə, hər şeyi özlərini məmnun etmək üçün etdiyi hərəkətləri və sözləri o qədər insanın içində yığılıb qalır ki, nə bir göz yaşı nə də bir əsəbləşmə hissi yaranır sadəcə o boşluğa düşürük. İnsanları izləyib susuram ki bəlkə onların anlayıb da mənim görə bilmədiyim bir şeyi öyrənərəm ancaq bu kitabdan sonra onun da mümkün olacağını düşünmürəm... Bəlkə çox uzun bir incələmə oldu ancaq doğrular belədir, deyəcək bir şeyim yoxdur artıq... Sylvia Plath Sırça Fanus
Edebiyat
Sırça FanusSylvia Plath · Kırmızı Kedi Yayınevi · 201917,2bin okunma
5/10
·176 syf.··
2025 138. kitabı
·
5 günde okudu
·
Okunma: 21 Kasım 2025 15:51
Valideynləri tərəfindən sevgi görməyən hər insan qəlbindəki yarası ilə dünyada özünə yer tutmağa çalışır. Qızlar üçün isə ilk növbədə ata sevgisi dayanır. Məni Niyə Sevmədin, Ata Ata sevgisi görməyən qızların həyatları boyu bir yanı hər zaman əskik qalır... Yazarın sonda yazdığı qeyddən anladığım qədəri ilə, ailə sevgisi ilə böyümüş bir xanımdır. Mövzu isə atasızlıqdan, daha doğrusu ata sevgisi olmadan böyüməyə çalışmaqdandır. (Çalışmaq deyirəm, çünki sevgisiz böyümüş çox qız böyümür... məhz qəlbi qırıldığı yaşda qalır.) Xanım bu hissi kitabda ötürə bilməyib. Adına əsasən deyə bilərəm ki, mən daha dramatik bir roman gözləyirdim. Atasızlıq hissi... O hissi yaşamayan anlamaz və anlada bilməz. Eybi yoxdur, qoy bundan sonra qızlarımız o hissin nə olduğunu bilməsin... Yazara isə uğurlar arzu edirəm. İnşallah yazdığım bu “incələmə” onun qəlbinə dəyməz."**
Duygu ve Düşünce
Məni Niyə Sevmədin, AtaZəhra Hüseynli · Qanun Nəşriyyatı · 20259 okunma