- Lafayet, niyə hamı siqaretə fikir verir? Səncə, məni çəkdiyim siqaretin tüstüsü öldürər, yoxsa içimdəki dərdin tüstüsü?! Siqaretin tüstüsünü hamı görür, ancaq içimdəki yanan dərdin tüstüsünü görən varmı?!
Nə yalan söyləyim, onların dostluğuna paxıllıq elədim. Bu da bir cür eşq deyildimi?!
Əmin olmuşdum ki, sağlam oğlan uşaqlıqdan savab iş görmək və ya da başqa bir mübhəm duyğu ilə kor dostunun bir parçasına çevrilib, onun gözləri olub. Əlilin üzündə xoşbəxtlik vardı. O simanı heç vaxt unutmayacağam.