Nə yalan söyləyim, onların dostluğuna paxıllıq elədim. Bu da bir cür eşq deyildimi?!
Əmin olmuşdum ki, sağlam oğlan uşaqlıqdan savab iş görmək və ya da başqa bir mübhəm duyğu ilə kor dostunun bir parçasına çevrilib, onun gözləri olub. Əlilin üzündə xoşbəxtlik vardı. O simanı heç vaxt unutmayacağam.
Bilirsən, deyirlər, intihar zəiflərin seçimidir. Mən elə fikirləşmirəm. İntiharı çox güclü insanlar bacarır. O tətiyi çəkmək və ya stola təpik vurmaq böyük iradə tələb edir.