- Belə yaxındırsa ölkələr, - dedi -
Niyə bəs onlara qonaq getmirik?
Bu yaşıl, qırmızı, sarı ellərlə
Niyə yaxın olub, dostluq etmirik.
- Qızım, arzuların safdır, təmizdir,
Hələ dost da vardır, düşmən də vardır.
Görürsən, bu geniş, bu böyük dünya
Hələ çoxlarının başına dardır...