Ceyhun Cəfərli

Ceyhun Cəfərli
Evli
Yalnız sadə şeylər adamı heç vaxt naümüd qoymur. Xoşbəxtliyi uzaqda axtarmaq lazım deyil, o da sadə şeylərdən başlayır.
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
-Bilirsən, o xoşbəxtlik haradan başlayıb, harada qurtarır? -Səninlə başlayıb, səninlə də qurtarır. -Hələ birazdan deyəcəksən ki, mənidə sevirsən,- xeyli sonra dilləndi. -Hə sevirəm... -Məni hələ yaxşı tanımırsan axı. -Bunun ona nə dəxli? -Çoxdur. Sevmək kiminləsə ömrü başa vurmaq deməkdir. -Elə şeylərdən başım çıxmaz. Bircə onu bilirəm ki, kimdirsə onsuz yaşamaq olmaz.
Çətini adamın xəyal dünyası ilə onu bağlayan sehirli sap qırılana kimidir. Qırılandan sonra, bəlkə də həmin sapın ucları getdikcə sönən ulduz kimi közərə-közərə gah sənə, gah da ona tərəf yellənsin, ancaq xeyri yoxdur, o közərti də onu alovlandırmır, çünki ürəklər arasındakı körpü uçub...
Yaxşısı budur ki, əl-ayağını boş qoyasan, həyat səni hara aparır, gedəsən, gücünü qoruyub saxlayasan, çünki o, yeganə şeydir ki, əvəzi yoxdur. Nə vaxtsa, haradasa bir məqsədin olana kimi dözəsən. Nə qədər az güc sərf eləsən, o qədər yaxşıdır...
Dünyada peşmançılıqdan mənasız şey yoxdur, onsuz da heç nəyi qaytarmaq olmaz. Yoxsa hamımız müqəddəs olardıq. Həyat bizə kamillik bəxş etməyib. Kamillərin yeri muzeydir...