Elə nadir təbiətli insanlar olur ki, onlar dünyaya nə üçün gəldiklərini bilmir və axıradək heç bir şey anlamadan həyatdan köçüb gedirlər. Həyat onlara həmişə, son dəqiqələrinədək hədsiz gözəl, həqiqi sehrlər aləmi kimi görünür və əgər onlar bu həyatda yalnız bir şeyə valeh ola-ola gəzə bilsəydilər, həyat onlar üçün cənnətdən pis olmazdı. Onlar gözlərini açarkən ətraflarında ürəklərinə yatan kamil dünya: ağaclar, güllər, səslər və rənglər dənizi görünürdü. Bu onların ən qiymətli mirası, ən yaxşı sərvətidir. Əgər onları heç kəs: «Bu mənimdir» sözlərilə dayandırmasaydı, bu adamlar səadətdən qanadlanaraq, bir zaman bütün dünyanın eşidəcəyi mahnı ilə bu torpaq üzərində nəhayətsiz dolaşa bilərdilər. Bu mahnı xeyirxahlıq mahnısıdır.
Səni o qədər sevirəm ki, ürəyim yerindən oynayır, gah da dağa dönür... Torpaq çəmənlik həsrətindədir... Gah sərilmək, gah da uçmaq istəyir! Lap ağlını itirib nə istədiyini özü də bilmir!
...Adam o vaxt qocalır ki, artıq heçnə hiss eləmir.
-Yox adam, sevməyəndə qocalır.