–Əlvida, – o dedi.
–Əlvida, – tülkü dedi. Bu da mənim sirrim. O çox sadədi: təkcə ürəklə görmək olur.
Əsas şeylər gözlə görülmür.
–Əsas şeylər gözlə görülmür, – deyə Balaca Şahzadə yadda saxlamaq üçün təkrar etdi.
"İnsanlar, aslanlar, qartallar və kəkliklər, buynuzlu marallar, qazlar, hörümçəklər, suda yaşayan dinməz balıqlar, dəniz ulduzları və adi gözlə görmək mümkün olmayan bir çox başqaları, bir sözlə, həyatda hər şey, hər şey, hər şey kədərli bir dövrə vurub söndü... Minlərcə əsrdir ki, yer kürəsi öz üzərində heç bir canlı məxluq yaşatmır və bu zavallı ay öz fənərini nahaq yandırır. Artıq nə çəməndə durnalar qışqırıq salıb oynayır, nə də cökə meşələrində may böcəkləri səslənir..."