"Korlar Ölkəsi", Wells'in cəmiyyət və fərqlilik haqqında düşünülmüş bir tənqididir. Hekayə vasitəsilə müəllif, anlayışlarımızın nisbi olduğunu və bir cəmiyyətdə hansı dəyərlərin önəmli olduğunu sorğulayır. Korlar üçün görmə qabiliyyətinin mənası olmadığından, bu cəmiyyətdə gözlər əhəmiyyətsizdir. Nunez kimi yad adamın bu sosial quruluşda necə başa düşülmədiyini və ona necə təzyiq göstərildiyini göstərir.
Fərqliliklərin qəbul edilməməsi və hətta bu fərqlərin cəmiyyət tərəfindən təzyiqlə aradan qaldırılması, hekayənin əsas etibarilə vurğuladığı mövzulardandır.
Nunezin son seçimi - qaçmaq və ya görmə qabiliyyətini qurban vermək arasında qalması insanın öz dəyərlərinə, şəxsiyyətinə və fərqliliyinə necə sadiq qalmalı olduğunu simvolizə edir.
Hekayə cəmiyyətin fərqli olanları necə assimilyasiya etməyə çalışdığını və hər kəsin bir çərçivəyə uyğunlaşması üçün necə təzyiq göstərildiyini göstərir. Wells, insan təbiətinin və sosial sistemlərin bu xüsusiyyətlərini tənqid edərək, insanın fərqli bir cəmiyyətdə necə var ola biləcəyini sorğulayır.
Bu cəmiyyətə özünüzü aid hiss etmirsinizsə və məndə qaçmaq və ya bu assimilyasiyaya qurban olmaq arasında ilişib qalmışam deyirsinizsə bu sizin üçün doğru kitabdır.
Hər zaman ifadə etdiyim fikri mətnin sonunda qeyd etməyim doğru olar:
Oxuduğunuz kitablarda yazılanlar hər zaman mütləq doğru deyil. Sadəcə sizə yeni bir baxış bucağı verə bilər. Yazarın fikirləri onun baxış bucağının məhsuludur. Oxuduğunuz hər nə olursa olsun onu mütləq filterdən keçirin. Çünki mədəyə girənlər sağlamlağımıza təsir etdiyi kimi beyinə girənlər mənəviyyatımıza təsir edir.
Xoş mütaliələr...