Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Jalə İslam

Reklam
Beş qarpız
İndi iki il əvvəlki halım ilə indiki halım arasında olan o böyük fərqi müəyyən etməyə çalışıram. Əslində, bəzi istisnaları hesaba qatmasaq dəyişən elə də çox şey yoxdur. Məsələn, cəsarətdən hələ də mükəmməl səviyyədə nəsibimi ala bilməmişəm və yaxud hələ də başqalarının fikirləri ilə özümü yönəltməkdən əl çəkə bilməmişəm. Hətta ən pisi də budur ki, mən hələ də "bəli" və "xeyr" cavablarını doğru yerdə, məqamda işlətməyi bacara bilmirəm. Bəzi "xeyr" cavablarının, əslində, "bəli" olması bir-birinin ardınca tükənməz sayda "bəli", " bəli", "bəli",... doğurur. Və hər şeyi itirdikdən sonra " yox" deyə bir küncə çəkilib özünlə mübarizədə məğlub olursan. Asandan çətini çıxarıb, çətini çətinlə toplayıb yoluna davam edirsən. Bir müddət sonra içində olduğun vəziyyətin səni, həqiqətən də, yorduğunu, incitdiyini qəbul etməli olursan. Həyatım boyunca bu bəlli bir periodla davam edib və bəllidir ki, edəcək. Anamın dost-tanış içərisində yerə-göyə sığdıra bilmədiyi gözü-könlü tox övladı indi göydən buludları dərmək üçün can atır. Və indi isə anası tərəfindən bir əlində beş qarpız tutmaq kəliməsi ilə təqsirləndirilir.Bəs o zaman məchul olan nə idi? Məchul olan bu idi ki, əl tutmadığı bir qarpızın hesabını bütün ömrü boyunca beş qarpızı daşımaqla ödəyir. Nəticə isə ürəyə gedən bütün damarların kütləşməsidir. Səbəb isə olmalı olanların gərəkdiyi zamanda və gərəkdiyi yerdə olmamasıdır.

Okur Takip Önerileri

Tümünü Gör
Və mən onu yenə də sevirdim...
Və mən onu sevirdim."Sevmək nədir?"-sualına daxilim bir cavab verəcək qədər cəsarətli deyildi. Ruhlar cəsarətlə qürur arasında nifrət toxumlarını əkərkən, qəlblər öz atış şiddətini iki mislinə çıxararkən, qələm ən son misranı yazmaqdan utanarkən mən onu sevirdim. Sevmək əgər şirniyyatımdan bir parça alıb qaçan qarışqaya zaman tanımaqdırsa, mən onu çoxdan unutmuşdum.Hər gün nəmlənmiş tələbə evinin mətbəxində barmaqlarım arasında onlarla qarışqa öldürürdüm.Və hər gün inanmadığım cəhənnəm vadisindən neçə metr torpaq qazandığım haqqında dırnağarası zarafatlar edirdim. Və mən onu sevirdim. Sevmək əgər daha da güclü olacağam sözünə əməl etdiyimi fərz etməkdirsə,mən onu çoxdan öldürmüşdüm.Və yenə tələbə evinin nəmli mətbəx stolu üzərində hər iki qolum balıncı əvəzləyir və öz balıncım saçlarımın qoxusuna çoxdan həsrət qalmışdı. Sevmək əgər böyüyərkən xoşbəxtliyin varlığına inanmaqdırsa, mən onu çoxdan dəfn etmişdim. Və yenə nəmli divarları olan tələbə evinin çirkli pəncərə şüşələri arxasından dəniz mənzərisini əvəzləyən yaşıl yarpaqlı ağac budaqlarına baxırdım. Və mən onu yenə də sevirdim. Amma yenə də özümü sevərkən sənə olan sevgim bir az daha azalırdı. Çünki mən nə birini sevəcək qədər könlü boş, nə də özümü unudacaq qədər könlü dolu deyildim. Amma mən onu yenə də sevirdim. Fəqət o kim idi...?!
Reklam
Yoxdur
İnsanlarla aramda həmişə bəlli bir sərhəd olub. Bu mövzunu əhatəmi bəlli kateqoriyalara bölmədən hər birinə şamil edirəm. İstər ən doğmam olsun, istərsə də ən uzağım anlaşa bilmirəmsə və yaxud bir-birimizi başa düşmürüksə, deməli uzun müddətli əlaqələri bərpa etməyin heç bir mənası yoxdur. Deməli, bəlli bir qrup var ki, nə mən özümü onların yanında rahat hiss edirəm, nə də onlar məni şəxsiyyət olaraq qəbul etməyi keçdim, artıq bir fərd olaraq qəbul edirlər. Həyatım məni bəlli-bəlirsiz davranışları ilə özündən iyrəndirən insanların daima qucağına atıb. Böyük bir sınaq olduğunu qəbul etdiyim gündən isə günlər, aylar deyil, illər keçir. Səbəblər çoxdur, düşmənlər çoxdur, dərd çoxdur, mənəviyyat yoxdur, vicdan yoxdur, vaxt yoxdur, yaşayış yoxdur.... Bu sıranı beləcə davam eləsəm ömrüm getməyəcək, yəni qısacası: Dərdimi ifadə edə biləcək cümlə yoxdur!
Beş manat
Ah! həyatdan əlini biryolluq üzmək nə qədər çətin, həm də nə qədər asan idi. Ya da necə də doyumsuz idik. Necə də bədbəxt və necə də xürrəm idik. Amma necə də nəfəssiz və bir o qədər də qüvvətli idik. Keçən dəfə bir şəxs ilə söhbət edərkən bir cümləsi diqqətimi çəkdi. Deyirdi ki, pisliyə can qurban. Bunu deyərək sözünə davam edir və səbəblərini izah edirdi. Üzümə baxaraq, -Bu yolun sonu onsuz alovlu torpaq və cəhənnəm vadisidir, belə olan halda yaxşılıqlarımla niyə vaxtımı boş yerə itirim,- bunu deyib cibindəki son pula içki aldı və məndən ayrılaraq öz yoluna davam etdi. Mən isə otuz qəpik puluma yoldaş olsun deyə əlimi bütün ciblərimdə gəzdirərək on qəpik axtarırdım. Məlum məsələdir ki, avtobus qırx qəpikdir və əgər o on qəpiyi tapmasam, xalqımın düşüncə tərzindən öz qabıma müəyyən qədər mən də qoyduğum üçün beş manatımın başını pozmaq istəmirəm. Və... mən o on qəpiyi tapa bilmirəm. Çantanın dibindən bir beş, bir də üç qəpik tapıram. Beynimdə iki variant var : 1.Pisliyə can qurban. 2.Beş manatın başını poz) Nəysə bir az yaxınlıqda olan mağazaya baxıb birinci variantı düşünürəm. Sonra müsəlman olduğum və içimdə hələ də vicdan duyğusunu axtarıb tapıram. Həmçinin on qəpikdən tez tapdığımı düşünüb sevinirəm. Ya da zəngin bir əhatəm olmadığı üçün nəticələrinə özüm dayanmalı olduğumu anlayıb, öz içimdən özümə, -Öl yerində, heç sənə lazımdır?! -deyirəm. Nəticə isə budur ki, o beş manat artıq yoxdur və nə olursa, o beş manatın başı pozulduqdan sonra olur....
Bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.
Bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. Bir müddət susdum, sonra durum bir çay dəmlədim. İstər hava isti olsun, istərsə də soyuq ən qüvvətli ağrıkəsicinin çay olduğunu qəbul edəli ömürdən təsirli illər keçir. O çayın yanına mütləq şirniyyat olmalıdır və mənim tək sevmədiyim şirni qənddir. Hə... harada qalmışdıq?! Zənnimcə demişdim ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.... Axşama da yemək bişirməmişəm. Əslində, elə çox ac olduğumu da düşünmürəm. Bu evin polu və tavanı da çox köhnəlib. Mən də necə də mənalı danışıram, İlahi. Köhnələr də axı iyirmi ilin təmiridir. Belə... sözüm odur ki, bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim. Qonşum da lap adamı dəli edir. Bütün gün evdən tak-tak səslər gəlir. Gecə yuxumu da yata bilmirəm. Evim üçün aldığım televizorun üç gün sonra kreditini ödəməliyəm. Və mənim hələ də maaşım köçməyib. Üstəlik həkimə də getməliyəm.Nəysə...bu ay həkimə getməsəm də olar. Mən bayaq nə deyirdim? Bax yenə unutdum. Hə.... bu gün ölümcül bir xəstəliyə düçar olduğumu öyrəndim.
Başqaları
instagram.com/reel/CnXF-TQqpk...
Aqşin Yenisey
Aqşin Yenisey
Sevdiyimiz adamlar ona görə bizim olmur ki, onların da sevdikləri var. Biz də öz sevgililərimizin başqalarıyıq Adımız da dəyişib İndi beladir: "hardasınız?", "kiminləsiniz?, "saat neçədəsiniz?", "yoxsa yenə təksiniz", nə vaxt öləcəksiniz?" " Biz isə qocalırıq, ürəyimizi hisslərimizdən gizləməyin vaxtıdır. Mənim başqam, gözlərımin sayı azdı sənə baxmaq üçun. Biri kordu, o biri də heç kimi görmək istəmir.
Reklam
Ayrılıq
Aqşin Yenisey
Aqşin Yenisey
Gecə... Bos küçə... Bir-birimizi axtarırıq gizlicə... Sevdik Və nəticə Heç-heçə...
Yoxluğun ölçü vahidi
Aqşin Evrən
Aqşin Evrən
Zəngini gözləyirəm...zəngini Bax, tarix telefonu kəşf etməklə heç nəyi dəyişmədi əslində: Sadəcə, gözləməyin daha bir növünü yaratdı... Həyat isə səni ömrümdən almaqla ağrımağın özünü yaratdı. Həyətə baxıram...həyətə Əkdiyin ağac bir gün yonulub tar olacaq Mən də köynəyimi o tarın səsindən asıb qayıdacam. Fincandakı suyun bir gün qar olacaq Mən də şərfimi o qarın izindən asıb qayıdacam... Və bir gün mütləq... bir gün mütləq "Dur, əzizim... dur keç ömrümdə yat" deyib səni həyatdan oyadacam. Yaxşı... olsun, sən deyəndi, sən deyən: xatirələr yırtıcıdı, xatirələr quduzdu... Amma bil ki, biz "Sevgi kimdir" əvəzinə "sevgi nədir" sualını verəndə uduzduq. İndi həyata baxıram...həyata Və baxıb görürəm ki: Yoxluğun ən böyük ölçü vahidi sənsən.
Dominodan qurduğumuz evlər dağılanda ağlayan uşaqlar idik Bəs görəsən, niyə susduq ailəmiz dağılanda?
Aqşin Evrən
Aqşin Evrən
"Ananı çox sevirsən, ya atanı?" sualını verənlər "Ananla qalırsan, ya atanla?" sualı ilə üstümə gəldilər Qışqırıb "Bu dünyada anasızlıqdan böyük atasızlıq yoxdu" dedim.
Aqşin Evrən
Aqşin Evrən
Atamın köynəklərini bacım ütüləməyə başladı ailəmiz dağılanda Beləcə, bacım "üçbucaq teoremi"ni ütüdən, "Çevrənin raduisu"nu qazandan, Nidanı atamın çəliyindən, Nöqtəni də anamın yoxluğundan öyrəndi.
Aqşin Evrən
Aqşin Evrən
172 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.