Jalə İslam

Jalə İslam
@jaleislam_
Frontend Developer
SDU
Sumqayıt
Azərbaycan Gədəbəy
120 okur puanı
Ocak 2023 tarihinde katıldı
Şu anda okuduğu kitap
Elə bir yaşdayıq ki, aid hiss etmə duyğumuzu itirmişik. Zaman keçmişə nəzərən hər şeyi öz yoluna qoyur, amma mənəvi olaraq hər şey yolunu itirmiş kimidir. Səmimiyyətsiz üzlər, bulanıq beyinlər, ruhsuz düşüncələr, əzici baxışlar…. İşdə, məktəbdə, cəmiyyət içərisində bizi əzən hər şey bizi daha da tənhalaşdırır. Yəni bu o deməkdir ki, insan reallıqla olmasa da , idealist olaraq ana bətninə geri qayıdır. Çünki bu yaşdan sonra heç kim tüpürdüyünü yalamaq istəmir.
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Bu il yaxşı və yaxud pis anları ilə məni dəyişdirən bir il oldu. Həyat itirməyi və qazanmağı eyni anda yaşatmağı bacardı.Mən hər iki haldan razıyam. 2026-da düşünürəm ki, həyatımla bağlı atacağım ən böyük addım dönüb keçmişimə baxmamaq olacaq. Xatırlayaraq unutmağı seçmək daha gözəl olacaq, yəni ən azından mən belə düşünürəm. Geridə buraxdığım il mənə sadəcə bu cümləni pıçıldadı: - Həyata səni anlamağı bacaran insanların pəncərəsindən, yəni öz pəncərəndən bax!
İnsan ve Duygular
Xatırla
Nifrət — içindəki sevgi ilə, sevgi — gizlətdiyi təhdidlə, təhdid — kölgəsində duran qorxu ilə, qorxu — bağrında doğulan təşvişlə, təşviş — mərkəzində gizlədiyi sənlə, sən — içində bitib-tükənməyən sənsizliklə
Qarışıq bir tragediyanın qurbanı olmaq…
Bəzən həyatı sadəcə öz axarına buraxmaq istəyirsən, amma bir də baxırsan ki, o axar daşıb, səni özü ilə sürükləyir. Halbuki nə dinlədiyimiz motivasiya videolarında, nə də oxuduğumuz kitablarda həyatdan bu cür bəhs edilir. “Anı yaşa, gəz, əylən, xoşbəxt ol” — deyirlər. Amma həyatın əsası yalnız bunlardan ibarət deyil. Özünü tamamilə əyləncəyə həsr etdiyin bir günün gecəsində birdən anlayırsan ki, sanki heç nə yolunda getmir. Ayılırsan və görürsən — artıq bir dənə də olsun hobbin qalmayıb. Qalsa belə, real problemlərin içində ona zaman ayırmağa güc tapmırsan. Nəsə bir şey əldə edə bilirsənmi? Bu sualın cavabı da müəmmadır. Çünki səbəb — əslində tapa bilmədiyin özünü itirmə qorxusudur. Bəs kim tapa bilir ki, öz idealist düşüncələrinin içərisindən realist dünyanın çıxış yolunu?..
İfunət
İmkansız olan həmişə valehedici olur. Lap ifunət qoxan mamırı belə sənin üçün imkansız edən nəsə varsa, deməli onun uğruna savaş çıxara bilərsən. Həyat bəlkə də sənin qarşına ən gözəl nemətləri qoyur , amma sən hələ də imkansız olan nədirsə, onun ifunətinin arxasınca qaçırsan. Bəzən şirin vanil qoxusu belə səni acgözlülüyünün caynaqları arasından çəkib çıxara bilmir. Məhz elə bu anda mamırı əlçatmaz edən yaradan vanili zibilxanaya gedən yolda unutdurur.