Jalə İslam

Jalə İslam
@jaleislam_
Frontend Developer
SDU
Sumqayıt
Azərbaycan Gədəbəy
120 okur puanı
Ocak 2023 tarihinde katıldı
Şu anda okuduğu kitap
Xatırla
Nifrət — içindəki sevgi ilə, sevgi — gizlətdiyi təhdidlə, təhdid — kölgəsində duran qorxu ilə, qorxu — bağrında doğulan təşvişlə, təşviş — mərkəzində gizlədiyi sənlə, sən — içində bitib-tükənməyən sənsizliklə
Reklam
Qarışıq bir tragediyanın qurbanı olmaq…
Bəzən həyatı sadəcə öz axarına buraxmaq istəyirsən, amma bir də baxırsan ki, o axar daşıb, səni özü ilə sürükləyir. Halbuki nə dinlədiyimiz motivasiya videolarında, nə də oxuduğumuz kitablarda həyatdan bu cür bəhs edilir. “Anı yaşa, gəz, əylən, xoşbəxt ol” — deyirlər. Amma həyatın əsası yalnız bunlardan ibarət deyil. Özünü tamamilə əyləncəyə həsr etdiyin bir günün gecəsində birdən anlayırsan ki, sanki heç nə yolunda getmir. Ayılırsan və görürsən — artıq bir dənə də olsun hobbin qalmayıb. Qalsa belə, real problemlərin içində ona zaman ayırmağa güc tapmırsan. Nəsə bir şey əldə edə bilirsənmi? Bu sualın cavabı da müəmmadır. Çünki səbəb — əslində tapa bilmədiyin özünü itirmə qorxusudur. Bəs kim tapa bilir ki, öz idealist düşüncələrinin içərisindən realist dünyanın çıxış yolunu?..
İfunət
İmkansız olan həmişə valehedici olur. Lap ifunət qoxan mamırı belə sənin üçün imkansız edən nəsə varsa, deməli onun uğruna savaş çıxara bilərsən. Həyat bəlkə də sənin qarşına ən gözəl nemətləri qoyur , amma sən hələ də imkansız olan nədirsə, onun ifunətinin arxasınca qaçırsan. Bəzən şirin vanil qoxusu belə səni acgözlülüyünün caynaqları arasından çəkib çıxara bilmir. Məhz elə bu anda mamırı əlçatmaz edən yaradan vanili zibilxanaya gedən yolda unutdurur.
Son bir ildir ki,...
....işimlə əlaqəli həm həmyaşıdlarıma, həm də məndən yaşca böyük şəxslərə dərs keçməli oluram. Belə olan halda da bir çoxu ilə dərdləşmək qaçınılmaz olur. Elə tələbələrim olur ki, onların dərdlərini dinləyərkən qarşı tərəfə dəstək olduğumu düşünürəm. Və... bəzən əlimdən niyə ona kömək etmək üçün daha çox şey gəlmir deyə dərdlənirəm. Ən bərbad tərəfi isə budur ki, insan bu gün dərdinə şərik olduğu insanın gələcəkdə yerində olmaq qorxusunu yaşayır. Nakam sevgilər, valideyn dəstəyini hiss etməyən və yaxud valideynini çox erkən yaşda itirən gənclər, məhəbbətin yerini böyük bir nifrətə dəyişməsi və s. Bütün şüurlu canlılar üçün həyat bu son bir cümlədə period edir. Bütün başlayan hekayələr öz kədərinin, əzazilliyinin fərqindədir. İnsan itirməyə hazır vəziyyətdə bu dünyaya gözlərini açır. Tale isə hər zaman daha ağrılıdır. Çünki insanoğlu hər zaman kədəri sevincə, sevinci isə kədərə bəxşiş verir. Və... ən dəhşətli anlarda belə içimizdə bir yerlərdə başqasının bədbəxtliyi üçün yarana bir miqdar sevinc mütləq baş qaldırır.