Yeni bir ilə qədəm qoyuruq, dostlar. Zamanın nə qədər yorucu olduğunu öyrədən bir il idi və son günü də bütövlüklə elə davam edir. Məhz elə bu gün öz-özümə düşündüm ki, mən bu il necə də dolu-dolu yaşamışam. Məni böyüdən, yıxan, yenidən ayağa qaldıran, yaxşı ilə pisi bir-birindən ayırmağı ən ali şəkildə öyrədən bir il olub. Məsələn, gənclik sözünün dərinliyini bu il hiss etmişəm. Həvəsim tələblərimə bu il uduzub. Məhz bu il iki dünya arasında qaldığım bütün məsələlərdə əslində hər zaman haqlı olduğumu öyrənmişəm.Tərk etdiyim hər şey ilə barışıb, yoluma davam etməyi bacarmışam. Və... təkliyin ən məğlubedilməz silah olduğu haqqında özümə dəfələrlə haqq qazandırmağa nail olmuşam. İndi isə yeni duyğu və arzulara realist bir əzmkarlıqla yenə və yenidən deyərək, bu gün məncə hər kəsin keçmiş variantına bir növ vida mesajını yazma zamanıdır.
Sağlıqla qalın! 🥂