–Hə, əlbəttə, Polli xala! Əlbəttə, məşğələlərdəki vaxtda da nəfəs alacaq və hərəkət edəcəyəm. Amma bu, yaşayacağım demək deyil. Məsələn, axı yatanda da nəfəs alıram, amma yaşamıram. Polli xala, "yaşamaq" deyəndə mən məhz istədiyimi eləməyi nəzərdə tuturam. Yəni həyətdə oynamağı, özüm üçün oxumağı, qayalara dırmaşmağı, Nensi ilə, ya da bağda yaşlı cənab Tom ilə söhbət eləməyi, yaxud da dünən keçdiyim gözəl küçələrdəki evlər və sairə barəsində hər şeyi öyrənməyi... Mən bunları "yaşamaq" adlandırıram Polli xala. Təkcə nəfəs almağı yox.