Babi deyirdi ki ,onum həyatda iki məqsədi var-qızının təhlükəsizliyi və ona təhsil vermək.
"Mən bilirəm ki, sən hələ çox cavansan.Amma bunu sənə indidən deməliyəm ki, yadda saxlayasan. Ərə getmək gözləyə bilər,təhsil yox. Sən çox dərrakəli, qabiliyyətli qızsan.Doğru deyirəm, Leyla. Hansı sənəti istəsən, öyrənə bilərsən.Mən səni yaxşi tanıyıram.Onu da bilirəm ki, müharibə qurtarandan sonra bilirsən Əfqanıstana necə lazım olacaqsan ? Kişilərdən də çox lazım olacaqsan.Çünki, Leyla, qadını təhsil görməyən cəmiyyət heç bir uğur qazana bilməz.Heç nə əldə edə bilməz."
Məryəmcan!
Bu ümidlə təsəlli tapiram ki, məktubu oxuyandan sonra sən mənə qarşi daha xeyirxah olacaqsan,mənsə bunu heç vaxt bacarmadım.Bəlkə qəlbində atana qarşı bir sevgi hissi oyanar,gəlib atana dəyərsən.Qapımı bir dəfə də döyüb, onu açamağa mənə bir şans verəsən .Səni qarşilamağa, illər boyu etmədiyimi indi etməyə, səni qollarımın arasına almağa,sinəmə sıxmağa bir də imkan verəsən çənə,Bu , elə zəif ürətim kimi, zəif bir ümiddir.
Buni bilirəm.Amma gözləyəcəyəm qizim.
Bir gün qapımı döyəcək qizimi gözləyəcəyəm.Mənim sənə verə bilmədiyim xoşbəxtlik, dinclikcə məhəbbət sənə yar olsun.
Sənə layiq olmayan atan.
Cəlil
Cümə axşamı günləri Cəlil bir-iki saatlığa onun yanında olanda ,qızcığaz ondan hədiyyələr və nəvaziş görüb həyatın bütün gözəlliyini və iltifatını yaşayırdı.Buna görə Məryəm Cəlili çox sevirdi.
Və birdən yuxarıda,ikinci mərtəbənin pəncərəsinə gözü sataşdı.Orda kiminsə üzünü gördü.
Bəs indi anasının üzünə necə baxacaq!?
Məryəm pəncərədə gördüyü üzü unuda bilmirdi.
O,Məryəmin küçədə yatmasına razı olmuşdu.Küçədə!
"Harami",yəni, heç kimə lazım olmayan bir şey ,yəni,o - Məryəm özü, başqalarının hər şeyə haqqı olduğu halda, onun heç nəyə haqqı yoxdur, -nə sevgiyə, nə ailəyə, nə ev eşiyə.Onu heç kim qəbul etmir.