1905-ci İl Hadisəsi

Mirzə Rəhim Fəna

1905-ci İl Hadisəsi Hakkında

1905-ci İl Hadisəsi konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
8/10
1 Kişi
2
Okunma
1
Beğeni
160
Görüntülenme

Hakkında

Kitabda XIX əsr Qarabağ ədəbi mühitinin görkəmli nümayəndələrindən olan Mirzə Rəhim Fənanın ötən yüzilliyin əvvəllərində şahidi olduğu erməni millətçilərinin törətdiyi qırğınlardan bəhs olunur. Qapaq fotosu: Bakı küçələrinin birində erməni terrorçuları tərəfindən qətlə yetirilən azərbaycanlı (7 oktyabr 1905-ci il)
Tahmini Okuma Süresi: 3 sa. 4 dk.Sayfa Sayısı: 108Yayınevi: Mücrü Nəşriyyatı
Ülke: AzerbaijanDil: Azerice
Reklam

Yazar Hakkında

Mirzə Rəhim Fəna
Mirzə Rəhim FənaYazar · 1 kitap
Rəhim bəy Mirzə Məmmədbağır oğlu Mirzəyev 1844-cü (bəzi mənbələrə görə 1841-ci) ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdır. Sonra mədrəsədə, Mirzə Əbdülqasim Mirzə Əli oğlu Kəbirlinin yanında oxumuşdur. Savadlı olduğuna görə mirzə adı daşıyırdı. Mirzə Rəhim Fəna təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Rəhim bəy Fəna Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanin yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyati" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyi-Nəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarix və ədəbiyyata böyük marağı olan Mirzə Rəhim Fəna "Tarixi-cədidi Qarabağ" adlı əsər qələmə almışdır. Şuşa qəza rəisi Dubrovski Mirzə Rəhimin qardaşı Mirzə Kərimi vəzifəsindən azad etmişdir.