Abel Sanchez - Tula Teyze

Miguel de Unamuno

Abel Sanchez - Tula Teyze Gönderileri

Abel Sanchez - Tula Teyze kitaplarını, Abel Sanchez - Tula Teyze sözleri ve alıntılarını, Abel Sanchez - Tula Teyze yazarlarını, Abel Sanchez - Tula Teyze yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Qisasımı alacaq" dedi əvvəlcə nəyin qisasını alacağını bilmədən, sonra isə inamla pıçıldadı: "Məni saflaşdıracaq".
İndi bütün bildiklərimə, anladıqlarıma günahın pəncərəsindən baxırdım. Ölümü çoxaltmaq üçün həyat vermək zilləti vardı xislətimizdə, bunu da görür, başa düşürdüm o günah pəncərəsindən. Və həmin ölümsüz nifrətin ruhuma qovuşduğunu anlayırdım. Deyirdim ki, yəqin, bu nifrət mən doğulmamışdan əvvəl də mövcud olub və ölümümdən sonra da yaşayacaq. O an əbədi nifrət etmək üçün əbədi yaşamaq fikri qəfil ürküdürdü məni. Cəhənnəm bu idi. Ona inananları o qədər ələ salmışdım ki... Hə, Cəhənnəm bu idi!
Reklam
"Başa salır" - Tolstoyu oxuyandan mən mss
Düşündüm: görəsən, ölsəm, nifrətim də mənimlə birlikdə öləcək, yoxsa məndən sonra da yaşayacaq? Fikirləşdim ki, əgər nifrət öz sahiblərindən daha çox yaşayırsa, nəsildən-nəslə ötürülürsə, bu, cismanidir, yoxsa ruhi başlanğıcı var? və Cəhənnəmə, ölümün, əslində, başqa cür bir var olmaq sayıldığına, İblisə, fərdin yaratdığı bir Nifrətə və ruhun bir Tanrısı olduğuna inanmağa başladım. Biliyimin öyrətmədiyi nə vardısa, hamısını mənə həmin böyük nifrətçi lord Bayron'un dəhşətli şeiri başa saldı.
İstək istəkdir. Tanrı olmaq istəyi=İblisi arzulamaq. No ayrıcalıq
Lucifer tanrı olmaq istəyirdi, mənim ürəyimdən isə, lap uşaqlığımdan bəri, başqalarını məhv etmək keçmirdimi? Bəs mən necə bu qədər bədbəxt ola bilərdim, əgər bədbəxtliyin yaradanı məni belə xəlq etməsəydi?
Öncə bütün insani hisslərin savaşı və nifrətin ümdə qələbəsi...
"Birdən mən də öz nifrətimin içində ölümsüz olaram" deyə dəhşətə gəldim. "Yoxsa bu nifrət bütün ruhuma hopub, ruhum olub?" Bu cür nifrətin bir bədəndə başqa nə işi ola bilərdi? Başqalarında neştərlə tapa bilmədiyim şeyi özümdə tapdım. Çürümüş bir orqanizm belə dirilərə mənim kimi nifrət edə bilməzdi.
Başqa cür təqdimatlar? Hmm..Ölümü heç nə əvəz etməz!
Bəs günah elədikdən sonra hələ uşaqları olmamış Adəm və Həvva niyə intihar etmədilər? Eh, onda Yehova başqa cütlüklər, başqa Qabil və Habil yaradardı! Kim əminliklə deyə bilər ki, həmin faciə başqa aləmlərdə, yad ulduzlarda təkrarlanmayacaqdı? Bəlkə, həqiqətən, faciənin başqa cür təqdimatları da var, bu dünyadakı səhnələşdirməyə bənzəməyən. Bəs o biri dünya da teatrdımı, görəsən?
Reklam
Geri199
1.000 öğeden 991 ile 1.000 arasındakiler gösteriliyor.