Namazın mənəvi məqamları

Adabus-Səlat

İmam Humeyni

Adabus-Səlat Gönderileri

Adabus-Səlat kitaplarını, Adabus-Səlat sözleri ve alıntılarını, Adabus-Səlat yazarlarını, Adabus-Səlat yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Çünki insanın öz günahlarını unutması Allah təalanın dünyada insanı düçar etdiyi ən böyük cəzadır. Çünki o, günahlarını unudanda özünü islah etmək fikrinə düşməz.
Ayıb Yerlərin Örtülməsinin Batini Qaydaları
Bu yazını çox diqqətlə oxu və üzərində çox düşün; Haqq yolçusu özünü hər cəhətdən Allahın hüzürunda görəndə ədəb qaydalarına riyaət etmək üçün bütün zahiri və batini ayıb yerlərini örtür. Və bu, "Allah-təala sizin üzlərinizə deyil, qəlblərinizə baxır". hədisinə əsasən, Allahın hüzurunda batini ayıb yerlərin göstərilməsini zahiri ayıb yerlərin göstərilməsindən daha qəbahətli olmasını başa düşdükdən sonra olur.Batini ayıb yerlər isə onlardır ki, insanı Allah hüzurunda dayanmaq ləyaqətindən və ədəbindən məhrum edən əxlaqi çirkinliklər, xəbis adətlər və xoşagəlməz xüsusiyyətlərdir. Bu, örtülü yerlərin aşkar edilməsi və ayıb yerlərin üzə çıxarılmasının ilk mərhələsidir. Bilməliyik ki, əgər insan özünü Allahın "SƏTTARLIQ" (eyiblərin üstünü örtmək) və "QƏFFARLIQ" (çox bağışlayan) pərdəsi ilə örtməsə yəni, Allahdan bağışlanma diləyib eyiblərinin üstünü örtməsini istəməsə dünya pərdəsi yığışdırıldıqdan və madiyyat örtüyü kənara çəkiləndən sonra Allah dərgahına yaxın mələklərin və peyğəmbərlərin (ə) hüzurunda onun örtülü yerləri görünə bilər. Həmin batini ayıb yerlər üzə çıxdıqdan sonra qəbahət, biabırçılıq, üfunət və rüsvayçılığın nə qədər olacağını Allah bilir...
Reklam
Şeytan Adəmi (ə) təhqir edərək alçaltdı və "Onu palçıqdan yaratmısan." deyib səhv və batil bir müqayisə apardı. O, Adəmin yaxşılığını, kamal və mənəviyyatını görmədi. Adəmin zahirini, yaradılış maddəsini və torpağını gördü. Beləcə, Şeytan özündə oddan yaradılmaq məqamını gördü, özünün xudbinlik şirkini yaddan çıxartdı. Onun özünü sevməsi öz naqisliyini görməsinə, öz eyiblərinə nəzər salmasına mane oldu.
Zahirin təmizlənməsi batinin paklanmasının müqəddiməsidir. Dünyəvi təmizlik hasil olmayınca, qəlbdə təqva yaranmaz.
İmam Rza (ə) dəstəmazda məxsus üzvlərin yuyulması səbəbini belə bəyan edir: -(Dəstəmaz) üz, 2 əl, baş və 2 ayaq vacib oldu. Çünki bəndə qüdrət sahibi olan Allahın hüzurunda (namazda) dayananda onun bədən üzvlərindən (həmin üzvlər) üzə çıxar və dəstəmazın vacib olduğu şey (üzvlər) zahir olar. Çünki o, üzü ilə səcdə və xüzu edər (özünü kiçildər), əli ilə istəyər, rəğbət göstərər və çəkinər, Haqqa ürək bağlayar, başı ilə rüku və səcdədə Allahın qarşısına çıxar, ayaqları ilə durar və oturar.
İmam Rza (ə.s) buyurur: -Dəstəmaz almaq ona görə əmr edilib ki, bəndə əzəmət sahibi olan Allahın qarşısında dayananda, Onunla münacat edən zaman pak olsun, ona edilən əmrə itaət etsin, natəmizlik və murdarlıqdan uzaq olsun. Bununla yanaşı, dəstəmazın süstlüyün aradan qaldırılması, mürgünün dəf edilməsi və qəlbin qüdrət sahibi olan Allah qarşısında dayanmaq üçün paklanması kimi digər faydaları da vardır." /Üyunu əxbar ər-Rza,c.2,s. 104, bab 34, hədis 1
Reklam
28 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.