Namazın mənəvi məqamları

Adabus-Səlat

İmam Humeyni

Adabus-Səlat Gönderileri

Adabus-Səlat kitaplarını, Adabus-Səlat sözleri ve alıntılarını, Adabus-Səlat yazarlarını, Adabus-Səlat yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Dünya bədən kimidir: Onun başı lovğalıq, gözü hərislik, qulağı tamah, dili riya, əli şəhvət, ayağı xudpəsəndlik, ürəyi qəflət, varlığı yoxluq, hasili məhv olmaqdır. Buna görə də dünya onu sevənə lovğalıq verər, onu yaxşı sayana hərislik əta edər, onun arxasınca gedəni tamaha düçar edər, onu mədh edənə riya libası geyindirər, onu istəyəni xudpəsəndlik və xudbinliyə düçar edər, ona etimad edəni qəflətə salar, onun malına vurulanı məhv edər, onun malını toplayana xəsislik edər və onu öz yerinə — Cəhənnəm oduna yollayar.
Əgər namazlarımızda bəndəlikdən əsər-əlamət olsaydı, o zaman onun səmərəsi insanın məhv və bədbəxt olması üçün hər biri ayrı-ayrılıqda yetərli olan xudbinlik, məğrurluq və təkəbbür deyil, təvazökarlıq olardı.
Reklam
Qəlb fitri olaraq nəyə meyl göstərir, məhəbbət bəsləyirsə, həmin sevilən şey onun diqqət obyekti olur. Əgər hər hansı bir iş məşuqun və sevilən camalın barəsində düşünməyə maneə olursa, qəlb həmin işdən ayrılan kimi və ya mövcud maneə aradan qalxdıqda yenidən öz məşuquna tərəf uçur və ona qovuşur. Mərifət əhli qüvvətli qəlbə, cazibə və məhəbbətə malik olsalar, hər aynada məşuqun camalını, hər bir varlıqda arzuladıqları kamalı müşahidə edər və deyərlər; "Hər nə gördümsə, Allahı da onda və onunla birlikdə gördüm." (Əmirəlmömindən (ə) nəql edilmişdir)
İnsan gərək heç vaxt məyus olmasın. Məyusluq bütün süstlük və acizliyin mənşəyidir. Ümid işığı isə insanı tam xoşbəxtliyə çatdıra bilər.
Allahu Təala bəhanələrin kəsilməsi üçün bütün dəlil-sübutları təqdim edib, xoşbəxtlik və bədbəxtlik yollarını aydınladıb, zahiri və batini müvəffəqiyyət amillərini göstərib. Sən də qəflət yuxusundan oyan və öz xoşbəxtlik yolunu qət et!
Xoşbəxtliyin və Cənnət qapılarının, həmçinin bədbəxtliyin və Cəhənnəm qapılarının açarı bu dünyada sənin özündədir. İstəsən üzünə Cənnət və xoşbəxtliyin qapılarını açarsan, istəsən də əksinin.
Reklam
28 öğeden 21 ile 28 arasındakiler gösteriliyor.