Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Adl-i İlahi

Murtaza Mutahhari

En Eski Adl-i İlahi Sözleri ve Alıntıları

En Eski Adl-i İlahi sözleri ve alıntılarını, en eski Adl-i İlahi kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Təəsüflər olsun ki, biz öz düşüncə və davranışlarımıza o qədər vurğun oluruq ki, hər birimiz ancaq öz getdiyimiz yolu düzgün sayırıq.
İşin əqli hədəfi və layiqli seçim olması.
Həkimanə iş o işdir ki, hətta nisbi baxıldıqda da hədəf və məqsədsiz görünməsin.
Reklam
O yaratdığı hər şeyi gözəl yaratdı... [32:1]
"Mən dünyada ona görə şadam ki, dünyanın şadlığı Ondandır; bütün aləmə aşiqəm ki, aləmin hamısı Ondandır; saqi şahid olan zəhəri tam iradə və razılıqla içərəm; dərmanı Ondan olan dərdi şirinliklə çəkərəm."
O yaratdığı hər şeyi gözəl yaratdı...
İman sahiblərinin tam ruhi sakitlik və rahatlığa malik olmasının səbəbi onların dünyanı ağılsız, hədəfsiz, zalım, zülm tərəfdarı və ya laqeyd deyil, hikmət və elmə əsaslanan, hədəfli, ədalətli, haqq və haqq əhli tərəfdarı hesab etməsindədir.
İmansızlıq bir növ çatışmazlıqdır ki, tarazsızlıq yaradır.
İntihar üçün bir sıra səbəblər, o cümlədən, diqqəti cəlb etmək, eşqdə məğlubiyyətə uğramaq, ictimai və iqtisadi rəqabətlərdə məğlubiyyət, yoxsulluq, narkotik maddələr düşkünlüyü, həyat və varlığın puç sanılması kimi müxtəlif amillər qeydə (səhiyyə təşkilatının statistikasında) alınıb. Amma onların hamısının ən başlıcası imansızlıqdır.
Bizim buyruğumuz bir göz qırpımında yerinə yetər... 54:50
Allah hikmətinin mənası Onun, əşyaları özlərinin vücudlarının son hədəf və kamilliklərinə çatdırmasıdır. Amma insanların işindəki hikmətin mənası budur ki, onlar özlərinin hədəf və kamilliklərinə çatması üçün müəyyən işlər görürlər.
Sayfa 113Kitabı okudu
Reklam
Səbəb-nəticə qanunları şərti deyil, qəti, dəyişməz və zatidir...
... Ortada bir sıra məsləhətlər var və onların fayda və mənfəətlərinə görə, həmin məsələlər sırf şər sayılmır, əksinə onlar xeyirlə qarışığı olan şərdirlər və məsələnin xeyirli cəhəti şər cəhətindən çox olduğu üçün ümumi baxışda şər deyil, xeyirdirlər.
Sayfa 115Kitabı okudu
Cəmiyyətlərin xoşbəxtlik və bədbəxtlikləri barədə :
"...Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü dəyişməz..." {Rəd surəsi, ayə 11} ******** Biz nalə edirik ki, Allah nə üçün Amerikaya darğalıq edən bir ovuc yəhudini yeddi yüz milyon müsəlmana hərbi, siyasi, əqli və iqtisadi cəhətlərdən hakim edib? Nə üçün yüz milyon ərəb beş iyun müharibəsində məğlub oldu? Allah nə üçün müsəlmanlara izzət vermir? Nə üçün təbiət qanunların müsəlmanların xeyrinə dəyişmir? Əsəbləşir, gecələr yuxusuz qalır, əziyyət çəkir, nalə edir, dua və razı-niyaz edərək yardım diləyirik, amma heç biri qəbul olmur. Quranın bizə verdiyi cavab bu cümlədir : "Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz"
Sayfa 129Kitabı okudu
Təvəkkülün ardınca Allahın inayət və lütf göstərməsi qaçılmazdır.
Dünyada qarşıya çıxan hər bir hadisə və fenomen ilahi qəza-qədər çərçivəsindədir. Peyğəmbərdən (s) dünyada baş verən hər hadisənin ilahi təqdir və qəzası ilə olmasına baxmayaraq, dua və dava-dərmanın nə təsiri ola bilməsi barəsində soruşurlar və o həzrət cavabında buyurur ki, duanın özü də qəza qədərdəndir. "... Kim Allah qarşısında təqvalı olsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz buyurduğunu yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir. " {Təlaq surəsi, ayə 2-3}
Sayfa 135Kitabı okudu
Varlıqla yoxluğun misalı günəşlə kölgə kimidir
Dünyada yalnız bir növ varlıq var o da yaxşılıqlardır. Bütün pisliklər yoxluqlar qismindəndir və yoxluqlar varlıq deyildirlər.
Sayfa 148Kitabı okudu
Reklam
ŞƏR NİSBİDİR
Hər bir şey özü üçün yaxşıdır. Məsələn, əqrəbin özü üçün pis olmasını demək olarmı? Yaxud canavarın özü üçün pis olmasını demək mümkündürmü? Xeyr! Əqrəb və canavarın vücudunun onların özləri üçün yaxşı olmasında heç bir şəkk-şübhə yoxdur.
Sayfa 153Kitabı okudu
Dünyada hamı gözəl olsaydı, heç kəs gözəl olmazdı . . .
Qəhrəmanların bu qədər təriflənməsinin səbəbi onların saylarının az olması ilə bağlıdır. Həqiqət budur ki, insanların gözəllikləri dərk və hiss etməsi bu gözəlliklərin müqabilində çirkinliyin olması şəraitində mümkündür.
Sayfa 166Kitabı okudu
80 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.