Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ağ Liman

Anar Rzayev

En Yeni Ağ Liman Sözleri ve Alıntıları

En Yeni Ağ Liman sözleri ve alıntılarını, en yeni Ağ Liman kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Füzuli
— Təhminə, bilirsən Füzuli nə deyir? — Nə deyir axı? Deyir ki: Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid Bir təsəllidir sənə ol söz ki, derlər var sübh. — Başa düşdün? — Az-maz. — Bir də bu “derlər” sözünə bütün dünya poeziyasını dəyişmərəm. Başa düşürsən, derlər, yəni görməyib, eşidib deyirlər. Kimsə deyib ki, haradasa sübh var, bircə bu təsəlli olmasa, şami-qəmdən, yəni axşam qəmindən yaxa qurtarmaq olmaz.
Sayfa 167 - Qanun nəşriyyatıKitabı okudu
Murtuz Balayeviç
— Mən indi bacardığımdan xalqıma xidmət etmişəm. Cəbhənin odunda-alovunda qanımızı tökəndə, elə biz sizin kimi cavanların bugünkü firavan gününü fikirləşmişik ki, siz belə-belə oturasız, kef çəkəsiz, xoşbəxt dolanasız. İndi sizin də borcunuz odur ki, bu yolda qan tökən adamlara lazımi hörmət-izzət göstərəsiniz. Böyüyün böyük yeri var, kiçiyin kiçik, yoxsa ara qarışıb məzhəb itsə, bu, yaxşı nəticə verməz.
Sayfa 157 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
Bəxtiyarlıq
Təhminə də düşünürdü. Danışa-danışa düşünürdü. İçməklə yox, keçmişiylə sərxoşdu. Elə bil uzaq günləri içib dəm olmuşdu. Danışıqları qarmaq kimi keçmişə ilişir, illər, aylar arxasında qalmış xatirələri çəkib çıxarırdı. Təhminə düşünürdü ki, adam heç vaxt qəlbən, ya zehnən, fikirlə ya hislə bəxtiyar olmur. Bəxtiyarlıq ancaq keçəri duyumların təsadüfiliyidir. Unudulmuş bir qorxunun, bir səsin, sözün, toxunuşun külək kimi yaddaşa qayıtması…
Sayfa 100 - Qanun nəşriyyatıKitabı okudu
Ömür elə uzun çəkir ki, ancaq pis olmağa, ya ancaq yaxșı olmağa heç kəsin hövsələsi çatmır. Görürsən biri həyatı boyu gah yaxşı olur, gah pis..
Adlarına ləkə düşməkdən qorxan bilirsənmi kimlərdir? O adamlardır ki, təmiz elə bir adlarıdır, özləri çoxdan çirkab içindədirlər. Ona görə də ancaq quru adlarinı qoruyurlar.
Həqiqətdən qorxmamaq lazımdır, həqiqət nə qədər də acı olsa da , onun düz gözünün içinə baxmaq lazımdır.
Sayfa 109
Reklam
Təhminə düşünürdü ki , adam heç vaxt qəlbən, ya zehnən, fikirlə, ya hisslə bəxtiyar olmur. Bəxtiyarlıq ancaq keçəri duyumların təsadüfliyidir. Unudulmuş bir qorxunun, bir səsin , sözün, toxunuşun qəfil külək kimi yaddaş qayıtması...
Sayfa 100
Hər şeydə bir məna olsaydı, həyatın bir mənası olmazdı.
Deyir bəzi adamlar otaqlarında pəncərələri, qapıları güzgülərlə əvəz eləyir, yəni hara baxır, özünü görür. Belə adamçün yalnız tək bir özü mövcuddur. Onun üçün nə pəncərədən görünən mənzərə var, nə də qapının dalındakı həyat. Ancaq güzgü. Ancaq özü. İkinci qisim adamlar pəncərədən baxır. Pəncərədən dünyanı, həyatı seyr edirlər, seyrçidirlər. Pəncərədən gördükləri yaxşılıqları, pislikləri ancaq kənardan müşahidə edirlər. Və nəhayət, üçüncü qisim adamlar qapını açıb həyata, insanların yanına çıxanlardır. Pəncərədən gördüyü yaxşılıqlara qapıdan çıxıb qəhmər dururlar, pislik görəndə yenə qollarını çirməyib davaya girişirlər.
Dünyada nə pis adam var, nə yaxşı adam. Ömür elə uzun çəkir ki, ancaq pis olmağa, ya ancaq yaxşı olmağa heç kimin hövsələsi çatmir.Görürsən biri həyatı boyu gah yaxşı olur, gah pis..
446 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.