Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ağ Liman

Anar Rzayev

Ağ Liman Sözleri ve Alıntıları

Ağ Liman sözleri ve alıntılarını, Ağ Liman kitap alıntılarını, Ağ Liman en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Deməli, hər şey ola bilər. Fikrimdən qovduqlarım, quyular dibində basdırdıqlarım, haqqında düşünmək belə istəmədiklərim hamısı bir gün - beş ildən, on, on beş ildən sonra həyatım ola bilər.
Sayfa 21 - NemətKitabı okudu
Uşaqlıqda tez-tez dəyişir. Saniyə əqrəbi kimi. Böyűyəndə isə yavaș-yavaș. Saatlar, günlər gedir, ömürdən gedir, gündə necə dəyișdiyini duymursan, ancaq hər dəqiqə, hər saat dəyişirsən. İki-üç ildən sonra birdən baxırsan özünü tanımırsan. Əși, yəni bu mənəm?
Reklam
Özüm özümə izah edib aydınlaşdıra bilmədiyim bir șeyi onlara necə izah edəcəm?
Təhminə də düşünürdü. Danışa-danışa düşünürdü. İçməklə yox, keçmişiylə sərxoşdu. Elə bil uzaq günləri içib dəm olmuşdu.
Sayfa 100Kitabı okudu
Bu gün səhər radioyla bir verilişə qulaq asırdım. Heç bilmirəm nə veriliş idi, ancaq orda bir şey dedilər, mənim yaman beynimə batdı. Təxmini deyirəm, dəqiq yadımda deyil. Üç obrazı əsas götürmüşdülər. - Pəncərə, qapı, güzgü, məcazi mənada, əlbəttə. Deyir bəzi adamlar otaqlarında pəncərələri, qapıları güzgülərlə əvəz eləyir, yəni hara baxır, özünü görür. Belə adamçün yalnız tək bir özü mövcuddur. Onun üçün nə pəncərədən görünən mənzərə var, nə də qapının dalındakı həyat. Ancaq güzgü. Ancaq özü. İkinci qisim adamlar pəncərədən baxır. Pəncərədən dünyanı, həyatı seyr edirlər, seyrçidirlər. Pəncərədən gördükləri yaxşılıqları, pislikləri ancaq kənardan müşahidə edirlər. Və nəhayət, üçüncü qisim adamlar qapını açıb həyata, insanların yanına çıxanlardır. Pəncərədən gördüyü yaxşılıqlara qapıdan çıxıb qəhmər dururlar, pislik görəndə yenə qollarını çirməyib davaya girişirlər. Pəncərə, qapı, güzgü…
Sayfa 169 - TəhminəKitabı okudu
Reklam
Ömür elə uzun çəkir ki, ancaq pis olmağa, ya ancaq yaxșı olmağa heç kəsin hövsələsi çatmır. Görürsən biri həyatı boyu gah yaxşı olur, gah pis..
Deməli, hər șey ola bilər. Fikrimdən qovduqlarım, quyular dibində basdırdıqlarım, haqqında düşünmək belə istəmədiklərim hamısı bir gün-beş ildən, on, on beş ildən sonra həyatım ola bilər.
Adlarına ləkə düşməkdən qorxan bilirsənmi kimlərdir? O adamlardır ki, təmiz elə bir adlarıdır, özləri çoxdan çirkab içindədirlər. Ona görə də ancaq quru adlarinı qoruyurlar.
Adlar və rəqəmlər. Adlar və rəqəmlər. Yəni bu rəqəmləri bura yazmaq vacibdir? Yəni adamdan ele bu iki şey qalır? Adı və bu iki tarix? Axı, niyə belə? Axı, əslinə qalsa bu yazıların adamın şəxsən özünə dəxli də yoxdur. Adını özü qoymayıb. Familini də həmçinin, təvəllüdü, ölümü də özündən asılı deyil. Olmaz ki, bura adamın şəxsən özünə dəxli olan şeyler yazsınlar, məsələn, kim idi, bu dünyada nə iş görüb, nə iş qoyub gedib, ya məsələn, tutalım, xasiyyəti necə idi? Kimə nə yaxşılığı, nə pisliyi keçib? Övladı olub, yoxsa yox, öləndən sonra kimi qalıb? Yoxsa quru rəqəmlərdən nə çıxsın?
Reklam
“…Ancaq adam gərək iki dəfə doğulsun. Bir dəfə onu ata-anası dünyaya gətirir. İkinci dəfə o özü-özünü dünyaya gətirir, özü-özünə dünyada bir yer qazanır…”
Sayfa 109 - ZaurKitabı okudu
Elə tutuquşu kimi bir-iki söz əzbərləyib, üç-dörd kitab oxuyurlar, elə bilirlər dünyada bunlardan alim adam yoxdur.
Dünyada nə pis adam var, nə yaxşı adam. Ömür elə uzun çəkir ki, ancaq pis olmağa, ya ancaq yaxşı olmağa heç kimin hövsələsi çatmir.Görürsən biri həyatı boyu gah yaxşı olur, gah pis..
« Səni gördüm. İllərlə səni görməyə bilərəm. Təki biləm ki, sən varsan. Varlığını uzaqdan-uzağa da duya bilərəm. Sahil kəndlərinin sakinləri dənizi görməsələr də, duyduqları kimi. Ancaq, əzizim, dəhşət odur ki, gedib görəsən dəniz yox olub ».
Deməli, hər şey ola bilər. Fikrimdən qovduqlarım, quyular dibində basdırdıqlarım, haqqında düşünmək belə istəmədiklərim hamısı bir gün beş ildən, on, on beş ildən sonra, həyatım ola bilər.
443 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.