Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Düşük Puanlı Aktrisa Yorumları ve İncelemeleri

Düşük Puanlı Aktrisa sözleri ve alıntılarını, düşük puanlı Aktrisa kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.110 üzerinden
36 Kişi · 9 İnceleme
156 syf.
6/10 puan verdi
Bu kitabın filmi də var imiş, ona baxacağam mütləq. Deyiləsi söz varsa, o da bizdə də belə romanların yazılacağına inamımın artması oldu. Süjet xətti, insanların hekayədəki davranışlarının gerçəkliyi, hətta əsas xarakterin hərəkətlərini biraz da özümə bənzətməyim məni daha da çox içinə çəkdi.
Aktrisa
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011116 okunma
156 syf.
7/10 puan verdi
Psixoloji-detektiv triller janrında olan “Aktrisa” oxucunu ilk səhifələrdən - birdən-birə özünə bağlamır. Oxucu hadisələrin gedişini personajların ifadəsi vasitəsilə tədricən anlamağa başlayır. Nəhayət, gündəlik ortaya çıxdıqdan sonra hadisələr haqqında oxucunun zehnində yaranmış “öz versiyası”, qənaəti yavaş-yavaş əriməyə, əsərdəki versiyayla
Aktrisa
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011116 okunma
Reklam
156 syf.
8/10 puan verdi
·
Beğendi
·
8 saatte okudu
Əsəri bir günə bitirdim. Əsas obrazlarımız yazıçı Rüfət Hüseynzadə və aktrisa Lalə Fətəliyevadır. Hadisələr çox sürətlə iləriləyir, oxuduqca sıxılmırsız. Təkrara çox yol verilməyib. Bütün hadisələr ən incə detalına qədər aydınlaşdırılıb. Bunlar əsərin ən müsbət cəhətlərindəndir. Personajlara gəldikdə isə, Lalənin hərəkətlərinin, öz monotamaşasını yaratmaq istəyinin, qurduğu oyunun səbəblərini onun öz dilindən aydınca oxuyuruq. Amma, yazıçı Rüfət Hüseynzadənin niyə bu qədər asan Lalənin oyununa qapılmasının səbəbləri tam dolğun açıqlanmamışdı. Bu cəhətdən, yazıçı obrazı mənim fikrimcə yarımçıq idi. Onu da qeyd etməliyəm ki, feminizm baxımından çox uğursuz bir əsərdir.
Aktrisa
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011116 okunma
156 syf.
10/10 puan verdi
·
Beğendi
·
30 saatte okudu
İlqar Fəhmi - "Aktrisa"
1 ay əvvəl eyniadlı filmi izləmişdim, bu kitabı da mütləq bir gün oxuyacağımı düşünürdüm, artıq bu gün o kitabı da oxumuş biri olaraq deyə bilərəm ki, yazıçı və rejissor hər ikisi möhtəşəm sənət əsəri yaradıb. Belə ki, sevdiyi sənətdən ayrılan Lalə Fətəliyeva bunu heç cür qəbul edə bilmir və sanki 1 tamaşaçısı olan zalda aktrisa kimi rola girir.
Aktrisa
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011116 okunma
156 syf.
10/10 puan verdi
·
Beğendi
·
17 saatte okudu
Kitabi çoox beyendim.Psixoloji-dedektiv janrda yazılan kitab ilk evvel qetl ve onun axtarisi kimi gorunsede bele deyil.Bir yazıcının bir qadini musaiyet etmesi onu cox beyenmesi, özünden asılı olmayaraq her gün o qadini görmek ucun pencerede gözlemesi. Yalnız qadin aktrisadi ve teatrdan coxdan ayrilib özünden yaşça Cox boyuk olan bankirle evlenib. Onun olduğu yeri teatr sanaraq aktrisaliq etmesi,ve neticede bankirin ve qadinin qetli yazıcının intiharı..... Oxumaginizi mutleq tovsiye edirem.Qisa bir zamanda oxuyub bitire biləceyiniz kitab olmusdur.
Aktrisa
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011116 okunma