Bəlkə şair olmaq elə budu? Bəlkə bu işıq həmişə ürəyimin başında yanacaq. Mayakların başında yanan, gəmilərə yol göstərən işıq kimi... Kaş indi Şəhlayla görüşüb şeiri ona göstərə biləydim. Kaş o da indi bu işığı görə biləydi... Şeir yaza bilməyim möcüzədi. Bilirdim! Bilirdim ki, məndə nəsə var!"