En Beğenilen Amok Koşucusu kitaplarını, en beğenilen Amok Koşucusu sözleri ve alıntılarını, en beğenilen Amok Koşucusu yazarlarını, en beğenilen Amok Koşucusu yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Ən təsiredici yazı üslübü, nəsr dili kimdədi?" sualı verilsə, heç tərəddüdsüz Zweig deyərəm. Sanki yazıçımız özü də bir Amok xəstəsi kimi durmadan dayanmadan yazıb yaradıb və öz daxilində məqsədinə çatdıqdan sonra intihar edib.
Doğrudur, bu kitab Zweigin digər kitablarından təsir baxımından biraz aşağı qaldı məndə. Amma elə bir yazı üslübü, dili var ki, insan zor güclə cümlələri oxumaqdan özünü alır.
Öz işini layiqincə yerinə yetirən həkimimizin yanına heç tanımadığı bir qadının gəlib hamiləliyini sonlandırmağını istəməsiylə başlayır hekayə əslində. Qadının özündənrazı, əmredici tərzi həkimin onu geri çevirməsiylə nəticələnir, amma peşman olur. Həkim olaraq əlacsız bir insana kömək etmək vəzifəsi yaxasını buraxmır. Amok xəstəsi olaraq durmadan dayanmadan qadına çatmağa çalışır.
Əslində mənə təsir edən hissəsi qadının ölümündən sonra belə həkimin verdiyi sözü - qadının adını ləkələmək sözünü - bütün səyiylə tutması oldu.
Belə baxanda ətrafımızdakı insanların əksəriyyəti də var-dövlətə, həzzə, şöhrətə əsir olaraq, durmadan bunlar üçün çabalayıb özünün də xəbəri olmadan ölümə qaçır. Mənə görə bu tərzdə yaşayıb ölmək bir növ intihardı. Axirətini düşünmədən yaşamaq da İNTİHARDI.