Anna Karenina

Lev Tolstoy

Anna Karenina Gönderileri

Anna Karenina kitaplarını, Anna Karenina sözleri ve alıntılarını, Anna Karenina yazarlarını, Anna Karenina yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Lakin o, öz evindəydi, evdəsə divarlar da adamın köməyinə çatır.
həzz həqiqəti kəşf etməkdə deyil, onu axtarmaqdadır
Reklam
Mən fizika dərsindən bir alıb ikinci kursda qalaraq artıq hər şeyin məhv olduğunu hesab etdikdə bu cür qızarır və diksinirdim; bacımın mənə tapşırılan işini korladıqdan sonra da yenə eyni cür özümü məhv olmuş sayırdım. Sonra nə oldu? İndi, illər keçdikdən sonra bütün bunların məni necə məyus edə bildiyini xatırlayıb təəccüblənirəm. Bu dərdimlə də belə olacaqdır. Zaman keçdikdən sonra buna da laqeyd olacağam.
Anna hiss edirdi ki, bu dəqiqə o, ayaq basdığl bu yeni həyat qarşısında duyduğu xəcalət, sevinc və dəhşət hissini sözlərlər ifadə edə bilməyəcək, buna görə də bu barədə danışmaq, bu hissi qeyri-dəqiq sözlərlə bayağılaşdırmaq istəmirdi. Lakin sonralar da, növbəti gün, üçüncü gün də o bu hisslərin bütün mürəkkəbliyini ifadə edə bilmək üçün nəinki söz tapa bilmir, hətta ürəyində olanları öz-özlüyündə hərtərəfli götür-qoy etmək üçün düşünə də bilmirdi. O, öz-özünə deyirdi: “Yox, indi mən bu barədə düşünə bilmərəm; sonra, sakit olduğum zamanlarda fikirləşərəm”. Lakin düşünmək üçün ona lazım olan bu sakitlik, deyəsən heç vaxt olmayacaqdı; nə etdiyi, gələcəkdə onunla nə olacağı və nə etməlidir fikri hər dəfə başına gəldikdə onu dəhşət bürüyür və o, bu fikirləri özündən uzaqlaşdırırdı.
Onun əqidəsinə görə qısqanclıq arvadı təhqir edirdi, arvada etibar etmək lazımdır.
Mən sizin haqqınızda və özüm haqqında ayrı-ayrılıqda düşünə bilmirəm. Mənim üçün siz və mən vahiddir.
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.