Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aqibət duyğusu

Julian Barnes

En Eski Aqibət duyğusu Gönderileri

En Eski Aqibət duyğusu kitaplarını, en eski Aqibət duyğusu sözleri ve alıntılarını, en eski Aqibət duyğusu yazarlarını, en eski Aqibət duyğusu yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
İdeyalar həyata keçə bilər,bunun üçün prinsiplərimiz hərəkətlərimizə yön verməlidir
Nəyinsə haqqında danışa bilmirsənsə,o barədə susmalısan
Reklam
Özü də bu kitablar onun ağlı,xarakteri ilə səsləşirdi,məndəkilər isə hətta öz tərəfimdən baxanda da tamamilə başqa məqsəd daşıyırdı
İdeyalar həyata keçə bilər, bunun üçün prinsiplərimiz hərəkətlərimizə yön verməlidir.
Biliyin artdıqca qorxun azalır. “Bilik” deyəndə akademik təhsili yox, həyat təcrübəsini nəzərdə tuturam.
Ancaq zaman...O, əvvəlcə bizə yaxşı-yaxşı dərs keçir, sonra da yüz cür oyuna salır. Məntiqlə hərəkət etdiyimizi düşünürük, amma sən demə, sadəcə, ehtiyatlanırmışıq. Məsuliyyətli davrandığımızı zənn etdiyimiz halda, məlum olur ki, eləcə, qorxmuşuq. Bizim gerçəklik dediyimiz, problemlərin həlli üsulu yox, uzaqbaşı, onlardan yayınmaq imiş. Zaman bizə kifayət qədər möhlət verir və bütün qəti qərarlarımız axırda etibarsız, əqidəmiz isə çürük çıxır.
Sayfa 104Kitabı okudu
Reklam
Hərçənd dürüstlüyün özü də bir hiylə ola bilərdi.
Sayfa 121Kitabı okudu
Klassik ədəbiyyatda oxumuşduq ki, Məhəbbətlə İztirab ayrılmazdır, ona görə də biz bu yolda əzab çəkməyə hazır idik: təki üfüqdə lap ötəri, xəyali də olsa, bir Məhəbbət işığı görünəydi. Bizim başqa qorxumuz da vardı: bəs birdən Həyat Ədəbiyyatdan tamamilə fərqlidirsə, onda necə? Elə öz valideynlərimizi götürək. Məgər onlar ədəbiyyat səhifələrindən düşüb gəliblər? Onları, uzaqbaşı, öz ətrafında, gözlərinin qabağında baş verənlərə maymaq-maymaq baxan tamaşaçı, aciz müşahidəçi adlandırmaq olar.
Tarix heç də vaxtilə mənim Qoca Co Hanta sırıdığım kimi, qaliblərin uydurması deyil - indi bunu dəqiq bilirəm. Tarix sağ qalanların yaddaşıdır, onlarınsa çoxu nə qalibdir, nə də məğlub
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.