Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aqibət duyğusu

Julian Barnes

Aqibət duyğusu Gönderileri

Aqibət duyğusu kitaplarını, Aqibət duyğusu sözleri ve alıntılarını, Aqibət duyğusu yazarlarını, Aqibət duyğusu yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
168 syf.
10/10 puan verdi
unabdingbar...
Julian Barnes'ın "Bir Son Duygusu" adlı eseri, hüzünlü bir hikayeyi ustalıkla anlatan etkileyici bir roman. Kitap, yaşlılık, hatıralar ve geçmişle yüzleşme gibi evrensel temalarla doludur. Kitabın baş karakteri olan Tony Webster, yaşlılığın eşiğine gelmiş, sakin bir adamdır. Bir gün ansızın, kendisine eski bir arkadaşı olan
Aqibət duyğusu
Aqibət duyğusuJulian Barnes · Yay · 02,207 okunma
-Tarix çiy soğanlı sendviçdir, ser. -Nəyə görə? -Ona görə ki, dalbadal təkrarlanır. Gəyirti verir. Elə bu il biz dönə-dönə bunun şahidi olmuşuq. Hər dəfə eyni əhvalatlar, eyni həngamə-istibdad və qiyam, müharibə və sülh, zənginlik və səfalət...
Reklam
168 syf.
8/10 puan verdi
·
Beğendi
·
164 günde okudu
Postmodern ədəbiyyatla tanış olandan sonra klassiklərə marağım ciddi şəkildə azalıb. "Anna Karenina"ya səsli şəkildə qulaq asandan, "Aqibət duyğusu"nu oxuyub bitirəndən sonra isə bu istəksizliyim daha da möhkəmləndi. Bu kitab isə məni məndən aldı. Eyni zamanda da məni özümə qaytardı. Bir kitabsevər olaraq duyduğum ən böyük həzz, oxuduğum əsərlərdə özümdən bir parça tapmaqdır, bir çoxunuz kimi. Aylar öncə bir kitab klubunun müzakirəsi üçün böyük ləzzətlə oxumağa başlamışdım bu əsəri, sonra təəssüf ki, bəzi səbəblərdən yarımçıq qaldı. Əsərin mövzusu yaddaşımızın, dolayısıyla beynimizin bizə oynadığı oyunlarla bağlıdır. Xatırlamadığımız və ya yanlış xatırladığımız, ya da duyğularımızın təsiri altında yanlış yozduğumuz nüansların xoşbəxtliyimizə necə təsir edə biləcəyi ilə bağlı. Mənim kimi bəzən hisslərin təsiri altında məsələlərə radikal yanaşan (istər müsbət, istər mənfi tərəfdən) birisinə bir çox şeyi xatırlatdı bu əsər. Əsərdəki xüsusən bu hissə bir çox şeyi özətləyir: "Həmin vaxt — bir müddət sonrayacan da —bütün bunları kimsəylə bölüşə bilmədim. Marqaret əbəs yerə deməyibmiş: "Öz işindir, Toni..." Doğurdan da, ömrümün bütöv bir hissəsinə mən özüm yenidən qiymət verməliydim, yeganə həmsöhbətim öz vicdanım olacaqdı."
Aqibət duyğusu
Aqibət duyğusuJulian Barnes · Yay · 02,207 okunma
Kor-koranə irəliləyir, axının səmtinə üzürük. Xatirə yükümüz də getdikcə ağırlaşır.
Tarix
Tarix sağ qalanların yaddaşıdır, onların çoxu nə qalibdir nədə məğlub….
Sayfa 67
Evlilik
"Bir ingilisin sözüdür, deyir, evlilik – çərəzin əvvəldə verildiyi uzun-uzadı, darıxdırıcı bir nahardır."
Sayfa 65 - Teas PressKitabı okudu
Reklam
İntihar..
"Nitşe deyir ki, intihar ciddi münasibətə layiq yeganə fəlsəfi problemdir."
Sayfa 20 - Teas PressKitabı okudu
Həyat deyiləndən nə anlaya bilərdim mən, əgər ömrü boyu beləcə qorxa-qorxa yaşamışdımsa? Udub-uduzmaqdan qorxan, birtəhər başını salamat saxlamaq istəyən mən deyiləmmi? Olan-qalan iddialarından da əlüstü vaz keçən kimdir? Mən deyiləmmi hər xırda qovğadan yayınıb, bunun adını "özünüqoruma instinkti" qoyan?
Sayfa 153 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Nə cürsə özümü inandırmışdım ki, bu ayrılığa son qoya, guya maqnitli lentin bizim taleyimiz yazılmış hissəsini kəsib, təzədən uc-uca calaya, yolayrıcına qayıdıb, yeni - təmiz, tapdanmamış cığırla irəliləyə bilərik.
Sayfa 142 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Onda hiylələr, eyhamlar, sətiraltı sataşmalar axtardımsa da, tapmadım. Hərçənd dürüstlüyün özü də bir hiylə ola bilərdi.
Sayfa 121 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Reklam
Cavan vaxtı - yəni mən cavanlıqda belə olmuşam - adam romanlardakına bənzər duyğular yaşamaq həvəsinə düşür. O duyğuların həyatımızı alt-üst etməsini, yeni bir gerçəklik yaradıb ortaya çıxarmasını istəyirik. Zaman keçdikcə, məncə, istəklərimiz də dəyişir, daha asan, daha əlçatan nələrsə umuruq: qurduğumuz həyatın olduğu kimi qalmasına can atırıq. "Hər şey qaydasındadır" demək keçir ürəyimizdən. Bunda pis nə var ki?
Sayfa 121 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Hərdən mənə elə gəlir, həyatın əsas məramı labüd ayrılığa hazırlıqdır: o, bizi üzüb əldən saldıqca tədricən dərk edirik ki, həyat bu qədər əzab-əziyyətə dəyməz.
Sayfa 116 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Yaşı 20-ni təzəcə adladığı vaxt hələ iki yolun ayrıcında qalsa da, meyillərini, məqsədlərini bəlirləməsə də, adamın həyat, onun mahiyyəti, özünün dünyadakı yeri, gələcəyi barədə aydın bir təsəvvürü olur. Sonra... Sonra şübhələr, müəmmalar, tərəddüdlər, uydurma xatirələr çoxalır.
Sayfa 115 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Zaman keçdikcə insanın xarakteri dəyişilirmi? Romanlarda belə olur, əlbəttə; yoxsa başqa nədən yazasan ki?! Bəs həyatda? Maraqlı sualdır. Rəylərimiz, düşüncələrimiz dəyişilir, təzə vərdişlər, qəribə xasiyyətlər ortaya çıxır, amma bunlar başqa - zahiri cəhətlərdir. Xarakter də, görünür, zəka kimidir, sadəcə, bir qədər gec formalaşır: deyək ki, 20-30 yaşlar arasında. Ondan sonra olanımızla kifayətlənirik. Birtəhər yola veririk. Əksəriyyət həyatını bu cür qurur, yox? Bəlağətli desək, elə faciə də bundadır.
Sayfa 114 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Ömür boyu başımıza gələnləri nə yaman tez-tez nağıl eləməli oluruq? Onların kəm-kəsirini nə yaman səylə gizlədir, bəzəyib-düzəyir, yaxşıca hamarlayırıq? Bizi tanıyan, danışdıqlarımızı yalana çıxarası, bunların əslində həyatın özü yox, həyat barədə - başqalarına hesabladığımız, amma ən çox da özümüzdən ötrü uydurduğumuz - bir nağıl olduğunu xatırladası insanların sayı isə get-gedə azalır...
Sayfa 105 - TEAS Press Nəşriyyat EviKitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.