Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aqibət duyğusu

Julian Barnes

Aqibət duyğusu Gönderileri

Aqibət duyğusu kitaplarını, Aqibət duyğusu sözleri ve alıntılarını, Aqibət duyğusu yazarlarını, Aqibət duyğusu yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Cavan vaxtı - yəni mən cavanlıqda belə olmuşam - adam romanlardakına bənzər duyğular yaşamaq həvəsinə düşür. O duyğuların həyatımızı alt-üst etməsini, yeni bir gerçəklik yaradıb ortaya çıxarmasını istəyirik. Zaman keçdikcə, məncə, istəklərimiz də dəyişir, daha asan, daha əlçatan nələrsə umuruq: qurduğumuz həyatın olduğu kimi qalmasına can atırıq. "Hər şey qaydasındadır" demək keçir ürəyimizdən. Bunda pis nə var ki?
Sayfa 121 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Hərdən mənə elə gəlir, həyatın əsas məramı labüd ayrılığa hazırlıqdır: o, bizi üzüb əldən saldıqca tədricən dərk edirik ki, həyat bu qədər əzab-əziyyətə dəyməz.
Sayfa 116 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Reklam
Yaşı 20-ni təzəcə adladığı vaxt hələ iki yolun ayrıcında qalsa da, meyillərini, məqsədlərini bəlirləməsə də, adamın həyat, onun mahiyyəti, özünün dünyadakı yeri, gələcəyi barədə aydın bir təsəvvürü olur. Sonra... Sonra şübhələr, müəmmalar, tərəddüdlər, uydurma xatirələr çoxalır.
Sayfa 115 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Zaman keçdikcə insanın xarakteri dəyişilirmi? Romanlarda belə olur, əlbəttə; yoxsa başqa nədən yazasan ki?! Bəs həyatda? Maraqlı sualdır. Rəylərimiz, düşüncələrimiz dəyişilir, təzə vərdişlər, qəribə xasiyyətlər ortaya çıxır, amma bunlar başqa - zahiri cəhətlərdir. Xarakter də, görünür, zəka kimidir, sadəcə, bir qədər gec formalaşır: deyək ki, 20-30 yaşlar arasında. Ondan sonra olanımızla kifayətlənirik. Birtəhər yola veririk. Əksəriyyət həyatını bu cür qurur, yox? Bəlağətli desək, elə faciə də bundadır.
Sayfa 114 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Ömür boyu başımıza gələnləri nə yaman tez-tez nağıl eləməli oluruq? Onların kəm-kəsirini nə yaman səylə gizlədir, bəzəyib-düzəyir, yaxşıca hamarlayırıq? Bizi tanıyan, danışdıqlarımızı yalana çıxarası, bunların əslində həyatın özü yox, həyat barədə - başqalarına hesabladığımız, amma ən çox da özümüzdən ötrü uydurduğumuz - bir nağıl olduğunu xatırladası insanların sayı isə get-gedə azalır...
Sayfa 105 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Məntiqlə hərəkət etdiyimizi düşünürük, amma sən demə, sadəcə, ehtiyatlanırmışıq. Məsuliyyətli davrandığımızı zənn etdiyimiz halda, məlum olur ki, eləcə, qorxurmuşuq. Bizim gerçəkçilik dediyimiz, problemlərin həll üsulu yox, uzaqbaşı, onlardan yayınmaq imiş. Zaman bizə kifayət qədər möhlət verir və bütün qəti qərarlarımız axırda etibarsız, əqidəmiz isə çürük çıxır.
Sayfa 104 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Reklam
Doğrudan, görəsən, biz niyə gözləyirik ki, insan yaşlandıqca mülayimləşəcək? Əgər həyat daima layiq olduqlarımızı verməkdə xəsis davranırsa, nəyə görə axırayaxın bizə xoş, ovundurucu hisslər yaşatmalıdır?
Sayfa 92 - TEAS Press Nəşriyyat EviKitabı okudu
...gəncliklə qocalıq arasında başqa cəhətlərlə yanaşı bir fərq da budur ki, gənclər özləri üçün gələcək, qocalar isə keçmiş uydururlar.
Sayfa 91 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Korona vaxtı hamını gözlərindən tanıyan mən :
Ancaq biz ilk baxışda gözlərə diqqət yetiririk axı, düzdürmü? Adamı gözlərindən tanıyıblar həmişə, elə indi də belədir.
Sayfa 84 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Xəyalım :
Özüm üçün sakit, hətta tamam rahat güzəran qurmuşam. Çünki ətrafımdakılarla dinc münasibətdəyəm.
Sayfa 78 - TEAS Press Nəşriyyat EviKitabı okudu
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.