Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Asrımızın Siyavuşu

Mehmet Emin Resulzade

Asrımızın Siyavuşu Gönderileri

Asrımızın Siyavuşu kitaplarını, Asrımızın Siyavuşu sözleri ve alıntılarını, Asrımızın Siyavuşu yazarlarını, Asrımızın Siyavuşu yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
70 syf.
10/10 puan verdi
Ölkəmizin qurucusu Ulu Öndər Rəsulzadənin kitabını oxumağa özümə borc bilirdim. Yazdıqları, müqayisəsi, dönə-dönə Azərbaycan xalqının Türk olmasını, ancaq İran təsiri altında qalaraq fars kimi davranmalarını qınayır. Hazırda Azərbaycanda ölkənin bir qismi dinə görə ərəb fanatı, digər bir qismi isə onu müstəmləkə edən cəlladı rus fanatıdır. 1920-ci ildə yazılan bu əsər, 2023də nə qədər irəliləyib? Kaş kaş kaş sözlərini içimdən deyərək oxudum, kaş ki 1920-də Sovet qurulmasa, Rəsulzadə yaşasa xalqın beynində çevrilişi sona qədər edə bilsə. Gələcək üçün əndişə duyuram, Rəsulzadənin yazdıqlarından nə qədərini bacara bilmişik? Qadına seçmə və seçilmə haqqını verən 1918-1920 Azərbaycanından daha yaxşı haldayıq? Maarif, rifah olaraq irəliləmişik ya yox?
Asrımızın Siyavuşu
Asrımızın SiyavuşuMehmet Emin Resulzade · Azerbbaycan Kültür Derneği Yayınları · 1989121 okunma
Azərbaycan Cümhuriyyəti
Sülh konfransı Azərbaycan istiqlalını təsdiq etdiyi zaman Türkiyə öz mühitini unutdu,Istanbul böyük təntənələr etdi.Bu mitinqlərdə Azərbaycanın "Yavru bayrağı"nı Türkiyənin qoca bayrağı ilə yan-yana asaraq təbrik edib,qutladı.O üç rəngli köksü hilallı gənc-bayrağa arzular diləyərək dedi ki, "TANRI SƏNƏ QARA GÜN GÖSTƏRMƏSİN".
Reklam
Dünya müharibəsi nəticəsində Rusiyada zühur edən inqilab Turanlıların "Börteçinə"si olacaqdı.
Bolşevik Dəccalının müdhiş zalımlığından bezən xalq,duyuram ki,yanaq bir ürəklə:-Ah,bu Mehdi nə vaxt gələcək?-deyə soruşur.Çox diqqətlə dinləyirəm,yuxarıdan ilahi bir səs cavab verir ki:-AZƏRBAYCAN BAYRAĞİ təkrar açıldığı,təkrar dalğalanacağı gün! Əvət,o gün,o böyük gün!
Fəqət dünyanın öksüzlərin tale və iradəsi qarşısında dəfələrlə diz çökdüyünü görmədikmi?
Reklam
Haqsız qan yerdə qalmaz
Qonuşma və düşüncə susdurulmaz,necə ki,inkvizisiya hüzuruna çıxarılan Qaliley susmadı.
Arkadaşlardan bəziləri itirdiyim bu əsərə görə duyduğum üzüntünü gördüyü zaman,-madam ki mövzü məlumunuzdur,yenidən yazarsınız-deyə təsəlli verirlərdi.
Reklam
"Əsrimizin Siyavuşu" əsəri M.Ə.Rəsulzadənin Azərbaycan gənclərinə xitabəti ilə sona çatır: " Əvət, ey vətəndaşlar! Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq de ki: - Bir kərə yüksələn bayraq bir daha enməz! "
Qanun Nəşriyyatı
Azərbaycan türklərinin ağlına girən düşüncəni, könlünə yerləşmiş bağımsızlıq duyğusunu öldürməyə bolşevik cəlladlarının gücü yetməz!
Sayfa 9 - Qanun NəşriyyatıKitabı okudu
İnkişafa meylli olduqlarını göstərmək üçün bu kafi deyilmi ki, ilk Türk dramaturqu Azərbaycanlı, ilk Türk bəstəkarı Azərbaycanlı, rusiya Türkləri arasında ilk qəzet yaradıcısı Azərbaycanlı, məzhəb uzlaşmadığını ilk olaraq ortadan qaldıran yenə Azərbaycanlı, əlifba islahatını ilk düşünən Azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə Cümhuriyət elan edən də Azərbaycanlıdır...
Sayfa 67 - Qanun NəşriyyatıKitabı okudu
Qoy bizi özgürlük haqqımızdan vaz keçməyə yalnız yağı süngüləri zorlasın!
Sayfa 61 - Qanun NəşriyyatıKitabı okudu
150 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.