El Ceyms"in Əlli çalar trilogiyasının sonuncu kitabı olan "Fifty Shades Freed" ilk iki kitaba nisbətən fərqlənir deyə bilərəm. Kristianın uşaqlıq travmaları daha bariz şəkildə üzə çıxır, Anasteyşa da bunun fərqində idi və Qreyin mənəvi dünyasını bacardığı qədər sağaltmağa çalışırdı. Bu kitabda əvvəlkilər kimi erotizm dolu səhnələrdən, bayağı dialoqlardan ibarət idi. Başlanğıcdakı kimi Qrey artıq sadomazoxist meyillərdən Ananın sayəsində xilas olur, seks hər iki partnyorun həzz aldığı bir aktdır, birtərəfli olduqdada qarşı tərəfin razılığı olsa belə bu təcavüzdən fərqlənmir.
Kitab xoş sonluqla cütlüyün evlilik dövrünü danışaraq bitir. Ümumilikdə trilogiyanı bəyənmədim, kitab haqda danışılası bir o qədərdə qeyri-adi nüans yoxdur.