Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

En Beğenilen Azğın Gönderileri

En Beğenilen Azğın kitaplarını, en beğenilen Azğın sözleri ve alıntılarını, en beğenilen Azğın yazarlarını, en beğenilen Azğın yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Hə, ayrılmaz hissəsi əzabdan ibarət olmayan həyatın heç bir məqsədi olmaz.
Amma mən özümü öldürə bilmirdim. Bunu etmək ən doğma adamların işidir. Çünki doğmalar zəif nöqtəmizə bələddirlər, bizi necə öldürmək lazım olduğunu daha yaxşı bilirlər.
Sayfa 203Kitabı okudu
Reklam
Mən də bulanığam. Həm də içimi görmək istəyənlərə imkan verməyəcək qədər bulanıq.
Mənim yaşadıqlarımı yaşayan, hiss etdiklərimi hiss eden hər kəs keyiyir. Mənim kimi. Heç nə hiss etmirəm. Donmuşam. İzah edə bilməyəcəyim qəribə hislər keçirirəm. Sanki bütün həyatım, yaşadıqlarım qurğuşun kimi ürəyimin içinə çöküb. Bu duyğuları izah etmək, şərh etmək çətindir. Özümü tanımağa gücüm çatmır. Amma o açıqlaması mümkün olmayan duyğuların ölümsüz bir mənası var. Heç kəsə izah edə bilmədiyin, ancaq sənə əzab verən əcaib duyğular....
204 syf.
6/10 puan verdi
“Dəlilik” mövzusu dünya ədəbiyyatında mərkəzi mövzulardan biridir. Bu mövzu həmişə müxtəlif ədəbi məktəb və cərəyana aid yazıçıların diqqətində olub. “Dəlilik” mövzusuna dünya ədəbiyyatının bir sıra məşhur nümayəndələri zaman-zaman üz tutub: V.Şekspir, M.Servantes, A.Qriboyedov, N.Qoqol, F.Dostoyevski, A.P.Çexov, J.P.Sartr, N.Hikmət, R.Bredberi,
Azğın
AzğınCəlil Cavanşir · Xan Nəşriyyatı · 201910 okunma
Birinə aşiq oldunsa, artıq dəlilik yeni mərhələyə keçir...
Reklam
İnsan əslində dəlidir və ətrafındakı dəlilər onu ağıllı olduğuna inandırırlar.
Sayfa 84
Həyatın axarında bütün duyğular, hisslər ələkdən keçir, ələnir.
Həyat yolunu özü təyin edən, ölümü seçməkdən qorxmayan adam özünü qınamaq haqqına sahibdir.
Reklam
Yenə beynim uğuldayır, sanki yenə hər şeyi qulağıma pıçıldayır. Qulağımın, beynimin içində başqa birinin olduğunu hiss edirəm... Bəlkə, bunlardan bezib gəlmişəm kəndə? Bəlkə şəhərdən, bitkinliyimdən xilas olub dağlara, meşələrə qaçmışam? Bəlkə, yorulduğum üçün istirahət etməyə qərar vermişəm?
Bir gün nənəm məndən nağılın necə bitməsini istədiyimi soruşdu. Həmin gün nənəmin bütün nağılları özündən uydurduğunu başa düşdüm.
Qusmaq istəyirəm. İçimdəki bütün ağrını, əzabı, ümidsizliyi, qəzəbi və nifrəti qusub rahatlanmaq istəyirəm.
Bu qədər heçlik, bu qədər mənasızlıq həyatımı ağuşuna alıb məni intəhasız bir boşluğa aparırdı.
Ümumiyyətlə, insanın özündən başqa düşməni yoxdur.
32 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.