Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Azğın Gönderileri

Azğın kitaplarını, Azğın sözleri ve alıntılarını, Azğın yazarlarını, Azğın yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Yenə beynim uğuldayır, sanki yenə hər şeyi qulağıma pıçıldayır. Qulağımın, beynimin içində başqa birinin olduğunu hiss edirəm... Bəlkə, bunlardan bezib gəlmişəm kəndə? Bəlkə şəhərdən, bitkinliyimdən xilas olub dağlara, meşələrə qaçmışam? Bəlkə, yorulduğum üçün istirahət etməyə qərar vermişəm?
Bir gün nənəm məndən nağılın necə bitməsini istədiyimi soruşdu. Həmin gün nənəmin bütün nağılları özündən uydurduğunu başa düşdüm.
Reklam
Bu hisslər ata olmaq hissi ilə müqayisə edilə bilər. Hər yeni kitabımı əlimə alanda, doğum evinin dəhlizində ilk övladımı qucağıma aldığım günün sevincini yaşayıram.
Həyatın axarında bütün duyğular, hisslər ələkdən keçir, ələnir.
Həyat yolunu özü təyin edən, ölümü seçməkdən qorxmayan adam özünü qınamaq haqqına sahibdir.
Qusmaq istəyirəm. İçimdəki bütün ağrını, əzabı, ümidsizliyi, qəzəbi və nifrəti qusub rahatlanmaq istəyirəm.
Reklam
Nədənsə vızıltısıyla əsəblərimi qıcıqlandıran milçəyin də əbədi olaraq yaşamaq istədiyini düşündüm. Şüurlu-şüursuz hər canlı ölümsüzlük arzusundadır. Görəsən, milçəklərin də arzusu varmı?
Ümumiyyətlə, insanın özündən başqa düşməni yoxdur.
Amma mən özümü öldürə bilmirdim. Bunu etmək ən doğma adamların işidir. Çünki doğmalar zəif nöqtəmizə bələddirlər, bizi necə öldürmək lazım olduğunu daha yaxşı bilirlər.
Sayfa 203Kitabı okudu
Hə, ayrılmaz hissəsi əzabdan ibarət olmayan həyatın heç bir məqsədi olmaz.
Reklam
Mən də bulanığam. Həm də içimi görmək istəyənlərə imkan verməyəcək qədər bulanıq.
Mənim yaşadıqlarımı yaşayan, hiss etdiklərimi hiss eden hər kəs keyiyir. Mənim kimi. Heç nə hiss etmirəm. Donmuşam. İzah edə bilməyəcəyim qəribə hislər keçirirəm. Sanki bütün həyatım, yaşadıqlarım qurğuşun kimi ürəyimin içinə çöküb. Bu duyğuları izah etmək, şərh etmək çətindir. Özümü tanımağa gücüm çatmır. Amma o açıqlaması mümkün olmayan duyğuların ölümsüz bir mənası var. Heç kəsə izah edə bilmədiyin, ancaq sənə əzab verən əcaib duyğular....
İnsan əslində dəlidir və ətrafındakı dəlilər onu ağıllı olduğuna inandırırlar.
Sayfa 84
Bərkə düşəndə güvəndiyimiz, qoçaqlıqlarından danışıb lovğalandığımız oğlanları cəbhədən tabutda gətirirdilər. Sonra onların qəbrinə gül aparırdıq, saatlarla key kimi yerimizdə donub şəkillərinə baxırdıq.
Sayfa 65
Bir gün nənəm məndən nağılın necə bitməsini istədiyimi soruşdu. Həmin gün nənəmin bütün nağılları özündən uydurduğunu başa düşdüm.
32 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.