Bədən Dili

Joe Navarro

Bədən Dili Gönderileri

Bədən Dili kitaplarını, Bədən Dili sözleri ve alıntılarını, Bədən Dili yazarlarını, Bədən Dili yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Hərəkətlər sözlərə nisbətən daha ucadan danışır
"Əgər canavar sürüsünü özündən uzaq tutmaq istəyirsənsə, məşəli yerə qoyma!"
Sayfa 97 - Qanun nəşriyyatıKitabı yarım bıraktı
Reklam
İlk olaraq başqalarını oxumağı valideynlərim Albert və Mariana Lopez və nənəm Adelina Paniaqua Espinodan öyrənmişəm. Onların hər biri mənə qeyri-verbal kommunikasiyaların gücü və əhəmiyyəti barədə müxtəlif şeylər öyrədib. Anamdan qeyri-verbal dilin başqaları ilə qarşılıqlı əlaqədə qiymətsiz olduğunu öyrənmişəm. Onun mənə öyrətdiyi incə davranış çətin vəziyyəti aradan qaldıra, yaxud da qarşınızdakı adamı tamamilə rahatlada bilər- bu bacarığı bütün həyatı boyunca və heç bir əziyyət çəkmədən nümayiş etdirib. Atamdan ifadənin gücünü öyrənmişəm: bir baxışla o, xeyli sayda məlumatı nəfis dəqiqliklə ötürə bilirdi. O, sadəcə, varlığı ilə hörmət edilməli olan bir insandır. Bu kitabı həsr etdiyim nənəmdən isə kiçik davranışların böyük əhəmiyyətə malik ola biləcəyini öyrənmişəm; bircə gülümsəmə, başı əymək, düzgün zamanda edilən zərif toxunuş çox şey deyə bilə, hətta sağalda bilər. Hər gün mənə öyrətdiyi və nümayiş etdirdiyi bu şeylər məni ətraf aləmi daha dəqiq müşahidə etməyə hazırlayırdı. Həmin məsləhətləri və daha çoxunu oxuyacağınız səhifələrdə tapa biləcəksiniz
Odur ki, ayağınızı yerə möhkəm sıxın, növbəti səhifəni açın və Conun təqdim edəcəyi bütün qeyri-verbal davranışlar öyrənin və diqqətdə saxlayın. Sadəcə, hər bir bədənin nə söylədiyini təyin etmək üçün gözlərinizi müşahidə subyektindən ayırmayın
Fərqi yoxdur, qeyri-verbal ünsiyyəti məsləkinizdə istifadə etmək üçün öyrənirsiniz, yaxud ailə və dostlarınızla daha yaxşı dil tapmaq üçün, bu kitab sizin üçün tərtib edilib. Ustalaşmaq sizdən bütün fəsilləri diqqətli şəkildə mənimsəməyi, üstəgəl gündəlik həyatınızda Conun göstərişlərini öyrənmək və tədbiq etmək üçün əməlli-başlı vaxt sərf etməyinizi tələb edəcəkdir
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.