Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Belə Gəlmiş, Belə Getməz

Aziz Nesin

En Eski Belə Gəlmiş, Belə Getməz Sözleri ve Alıntıları

En Eski Belə Gəlmiş, Belə Getməz sözleri ve alıntılarını, en eski Belə Gəlmiş, Belə Getməz kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
"- Dünyanın ən böyük eşqini yaşamaq istəyərsən, yoxsa yazmaq? + Yazmaq üçün yaşamaq istəyərəm." (07.03.1982)
Sonra yenə də, həmişəki kimi, yataqxanaya getdim. Soyunub çarpayıya uzandım. Həmişə mənə öyrədiləni edərdim: "Sağ tərəfin üstə yatmalısan, çünki yaxşılıq mələkləri sağdadır.
Reklam
"Kağıza hörmət etməlisən!", " Kağıza hörmət etməyən münəvvər adam ola bilməz!" "Kağızın ləkələnməməsi üçün əllərin təmiz olmalıdır!".
Bir adam əlində heç bir dəlil olmadan başqa birini günahlandırırsa, bu o deməkdir ki, eyni cinayəti özü ya törədib, ya da törədə bilər.
Səbəbsiz halda başqa birinə güvənməmək həmin məsələdə özünə olan güvənsizliyi də aşkar edər.
Həmişə belədir: eyni hadisəni yaşayırıq, ancaq o hadisə birimizin bioqrafiyasına daxil olur, birimizinkinə isə daxil olmur.
Reklam
İnsan çox vaxt başqalarından gəldiyini düşündüyü sıxıntıları özü yaradır. Başqasının boğazımızdan yapışdığını düşündüyümüz üçün, əslində, öz boğazımızı özümü sıxırıq, ya da boğazımızın sıxılması üçün əlimizdən gələni edirik. Başqalarından gəldiyini düşündüyümüz bəlaları özümüz öz başımıza gətiririk.
Niyə öyrətmədilər axı bizə ağlamağı? Niyə- "Ağlamaq ayıbdır",- dedilər? Niyə içimizdə qalan göz yaşlarımızla boğularaq zəhərlənirik?
Soyad olaraq "Nesin"i məhz bu düşüncələrlə seçdim. Məni hər kəs "Nəsən" sualı ilə çağırdıqca mən də özümün nə olduğum haqqında fikirləşməli olacaqdım. Nəsən? Bəli, mən nəyəm? Nə olduğumu düşünməliyəm. O yaşımda düşünməyin çox qəliz olduğunu dərk etmişdim, üstəlik, düşünməyin nə demək olduğunu...
Namuslu olmağın ağrısıdır bu. "Yetər!"- deyə bağırıb bağlarımı qopara bilmirəm. Belə olduqda başqalarına mənim sevməyim, məni sevməsi lazım olanlara, yaxınlara haqsızlıq edəcəyəm. Onlara haqsızlıq etməmək üçün özümə haqsızlıq edirəm. Özümə haqsızlıq edərək özümü öldürürəm. Bu da intiharın bir başqa formasıdır. Ölmək də istəmirəm.
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.