Belçika Ovçarkası

Elxan Elatlı

Belçika Ovçarkası Gönderileri

Belçika Ovçarkası kitaplarını, Belçika Ovçarkası sözleri ve alıntılarını, Belçika Ovçarkası yazarlarını, Belçika Ovçarkası yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Qasımlının fikrincə bütün məktəblərdə yalnız Çinarə xanım kimilər müəllim işləməliydilər. Dərsini keçib dövlətdən əmək haqqını almaqla kifayətlənməyən, uşaqların hər bir hərəkəti, dərdi-səri, arzusu ilə maraqlanan əsl müəllimlər..."
Sayfa 129 - XXKitabı okudu
"...Dinəndə vicdandan, ədalətdən danışırıq, amma iş görməyə, əlimizi daşın altına qoymağa gələndə hamımız qaçırıq"
Sayfa 122 - ÇinarəKitabı okudu
Reklam
Bəzi müəllimlər...
"Bu müəllim xanım daşıdığı "müəllim" adının böyüklüyünü və məsuliyyətini anlasaydı, sinif rəhbəri olduğu şagirdlərə öz doğma balası kimi baxar, bu zaman onlardan birinin- Yağmur adlı qızın içində həftələrlə necə ağır bir dərd gəzdirdiyini hiss edərdi. Elə üz-gözündən və davranışından da görünürdü ki, Yeganə xanım elə biri deyil. Yəqin ki, onun fikirləşdiyi yalnız rəhbəri olduğu sinfi əlində möhkəm saxlamaq, valideynlərin hesabına ciblərini pulla doldurmaq idi, vəssalam"
Sayfa 118 - XVIIIKitabı okudu
"Şəxsən mən acından köpük qusub ölərəm, amma elə iyrənc haramı yemərəm"
Sayfa 112 - Şahin HəmidsoyKitabı okudu
"...Kədərli əhvalatdır. Vicdansız təlimçisi itin yeni sahibinə alışmayacağını, hətta dərddən xəstələnəcəyini bilməmiş deyildi və bildiyi halda pula tamahı ucbatından onu satıb. Bu əməli o adamın ləyaqətdən nə qədər uzaq olduğunu göstərir. -Bəli, Qanbay müəllim, dünyada çox az sayda adam tapıla bilər ki, puldan yüksəkdə dayansın, ona yuxarıdan aşağı baxa bilsin. Çoxu puldan bir az aşağı dayanıb və ondan asılıdır. Mən, əslində, bu çoxluğu qınaya bilmirəm. Bilirsiniz niyə? Birincisi ona görə ki, puldan yüksəkdə dayanmaq olduqca çətindir, bu ucalıq, bu böyük ləyaqət hər insana nəsib olmur. İkincisi ona görə ki, dediyim o çoxluqdan daha betərləri var. Onlar puldan çox-çox aşağıdadırlar. Mənliklərini, vicdanlarını, qeyrətlərini pulun ayaqları altına səriblər... -Mən elələrindən iyrənirəm, Şahin bəy..."
Sayfa 110 - XVIIKitabı okudu
"Özünüz təsadüfdən danışdınız. Təsadüf isə bəzən naşılıqla törədilmiş bir cinayətin açılmasını çətinləşdirə, hətta qeyri-mümkün edə bilir"
Sayfa 109 - Qanbay QasımlıKitabı okudu
Reklam
172 öğeden 131 ile 140 arasındakiler gösteriliyor.