Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Bir Göz Qırpımı

Ann Filip

Bir Göz Qırpımı Sözleri ve Alıntıları

Bir Göz Qırpımı sözleri ve alıntılarını, Bir Göz Qırpımı kitap alıntılarını, Bir Göz Qırpımı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Lakin özümə xoşbəxt həyat qurmağı qəti qərara almışdım.
Heç nə fikirləşə bilmirəm, yol hara aparsa, ora gedirəm.
Reklam
Həmişə bilməyi bilməməkdən üstün tuturam.İstəyirəm ki, hər şeyi mənə açıq desinlər.
Amma görürdüm ki, dünya sənsiz də mövcuddur, həyat davam edir...
Reklam
Bə’ziləri mənə deyirlər ki, sevənlər bir-birini çox yaxından tanıyanda məhəbbət azalır, bitkiyə günəş lazım olan kimi məhəbbətə də pərdə lazımdır.
Xərçəng.
Onlar qalib gəlirdilər. Bu faciə lap elə bil gözümün qarşısında, sənin sığallı, günahsız dərinin altında baş verirdi. Axşamın sükutunda mənə elə gəlirdi ki, onların qarışqa kimi yorulmadan çalışdıqlarını hiss edirəm. Korladıqları orqanizm gözəl, həm də cavan olduğu üçün işləri daha rahat, daha tez gedirdi. Ölüm səni səssiz-səmirsiz çəkib aparırdı, nə sənin xəbərin vardı, nə də mənim əlimdən bir şey gəlirdi.
Ailə.
Mən də, çoxlu başqa uşaqlar kimi, ayrılmış valideynlərin övladıyam. Sevib-sevildikləri üçün biri-birindən intiqam almaq istəyən iki şəxsin artığıyam.
Keçmiş.
O var idi, daha heç vaxt olmayacaq. Vəssalam. Qurtardı. İstəyirsən başını divara döy, bağır, keyləşib qal, guya heç nə olmayıb, əlini dişlə, yalvar, e’tiraz elə, razılaş, heç nə dəyişə bilməzsən: o var idi, daha yoxdur. Hamı onun haqqında fe’lin keçmiş zamanında danışa bilər və danışmalıdır. Keçmiş onun öz zamanıdır.
Reklam
Hərdən dəhşətli bir oyun oynayıram: fikirləşirəm ki, görəsən sənin bədəninin hansı hissəsi kəsilsə, yaxud şikəst olsaydı sən mənim sevdiyim həmin adamdan çevrilib başqa adam olardın? Məhəbbətimizin nişanəsi, həddi nə idi? Nə vaxt deyə bilərdim ki, daha səni tanıya bilmirəm?
Biz danışırıq: sənin səsin, fikrin və fikrini ifadə etmək üçün işlətdiyin sözlər dünyada ən yaxşı tanıdığım şeylərdir. Birimizin başladığı cümləni o birimiz başa vura bilərik.
Məncə küçələr bomboş idi, bəlkə də boş deyilmiş, məhəbbətimiz bizi bütün aləmdən ayırıbmış.
305 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.