Həcmi olduqca az,lakin içində daşıdığı duyğular ucsuz bucağsız okeandan daha geniş olduğu üçün bəyəndiyim və yenə oxuyacağıma dair özümə söz verdiyim kitab oldu mənə görə. niyə yenə oxumalıyam?!
-çünki,kitab özündə ölümün ayaq səslərini duyan insanın yaşadığı dərin sarsıntını,ağrını və qorxunu əks etdirir.mənsə həyatımın heç bir mərhələsində ölümlə burun-buruna gəlməmişəm,onun bir addım önümdə,bir saniyə sonramda məni gözlədiyi ehtimalını bütün gerçəkliyi ilə qəbullanmamışam.məhz buna görə də ölümün insan üçün bu qədər sancılı duyğu olmasını təəccüblə qarşıladım:bu qədər qorxuncmuymuş yəni? əslində bir ölüm məhkumuyla bizi ayıran tək cəhət ölüm günümüzü bilməməyimizdi.mən ölüm məhkumu deyiləm,amma bir ölüm məhkumundan daha tez ölə bilərəm,önümdə daha çox yolun olduğunu fərz etdiyim halda)
Bir baxıma o daha şanslı olar hətta.limitini bilər çünki. daha tez ölə bilər,sözsüz.amma daha gec olmaz.gerisi yoxdu.onz görə də hər saniyəyə dəyər verərək yaşayar.
bəs mən?
sabah ölsəm məsələn...
bu gün boş boş tavana baxardım mı?
sabahımın təminatını kim verib bəs? kimsə!
bax bu qədər gerçək və yaxındı ölüm. yenə də..
ümid ən son ölən duyğu,elə deyil?)