Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bir Milyon Dollarım Olsaydı

Qaraqan

En Beğenilen Bir Milyon Dollarım Olsaydı Yorumları ve İncelemeleri

En Beğenilen Bir Milyon Dollarım Olsaydı sözleri ve alıntılarını, en beğenilen Bir Milyon Dollarım Olsaydı kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

7.710 üzerinden
398 Kişi · 39 İnceleme
200 syf.
·
Puan vermedi
·
21 saatte okudu
Bir milyon dollarım olsaydı... Bununla belə Qaraqanın yazdığı kitabları oxuyub bitirmiş oldum. Kitabı oxuyarkən müxtəlif , qarışıq hislər keçirdim. Düşünürəm ki , ən çox məyusluq və yazıqlıq hissi keçirdim, bu dünyanın əzilməyə məhkum olan yaxşı insanlarına və milyon dollarlıq mükafata layiq olan yalan insanlarına... Dərin təsir bağışladı bu kitab mənə... Artıq Qaraqan da qayıtdığına görə yeni -yeni , düşüncələrimizin beynimizi dəlib kainata sığmamasına səbəb olan kitablar yazması ümidi ilə...
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Qanun Nəşriyyatı · 20231,150 okunma
200 syf.
9/10 puan verdi
·
Beğendi
·
21 saatte okudu
Düşünün ki, "işdən evə qayıdanda yolunuz bir tikinti sahəsinin yanından düşür. Orada təsadüfən bir qara çamadan tapırsınız". İçində bir milyon dollar... Kitabın baş qəhrəmanı da bu situasiyaya düşür. Birdən-birə bir milyon dollar tapmış 40 yaşlı Kərəm üçün əvvəl hər şey yaxşı gedir. Sonra pulun çoxluğu ucbatından stres keçirir, halüsinasiyalar görür, paranoik xəstəyə çevrilir. Deməli, böyük məbləğdə pul heç də həmişə xoşbəxtlik demək deyilmiş... Kitabın dili axıcı və müasir üslubdadır. Ümumiyyətlə, Qaraqanın kitablarını dilinin müasirliyinə və psixoloji təsirinə görə sevirəm. Baş qəhrəmanın və onun ailəsinin keçirdiyi iztirablar elə təsvir edilir ki, oxuyarkən özümü onların yerində hiss etdim. Bir sözlə, kitabı bəyəndim. Oxumağınızı tövsiyə edirəm. Xoş mütaliələr!
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Qanun Nəşriyyatı · 20231,150 okunma
Reklam
200 syf.
·
Puan vermedi
·
Beğendi
Böyük pullar böyük bədbəxtliklər gətirdiyini əminliklə deyə bilərəm. Bugünə kimidə heç bir varlı insanın xoşbəxt olduğunuda görməmişəm. Bu kitab xülyadan oyanmağa və reallıqları qəbul etməyə çağırır, əgər nəyisə əldə etmək istəyirsizsə ona ancaq əziyyət çəkməklə çata biləcəyinizi gizli şəkildə mesaj verir. Nə demişlər çox istəyən azdanda olar :)
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Qanun Nəşriyyatı · 20231,150 okunma
200 syf.
·
Puan vermedi
·
21 saatte okudu
Qaraqanın ilk kitabıdır ki oxuyuram və həqiqətən o qədər gözəl axıcı yazılıb ki... Yəni pul insanın həyatını bu halamı salır? Bəlkə də Kərəm belə təsəvvür etməzdi ki, həyatı alt-üst olar...
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,150 okunma
109 syf.
8/10 puan verdi
·
29 saatte okudu
"Yenə Qaraqan yenə möhtəşəm bir əsər ,amma doğrusu digər romanları qədər sevə bilmədim" "Bir milyon dollarım olsaydı" yəqin hərkəs bu haqda bir dəfə də olsun düşünüb.Hərənin bir arzusu bir istəyi var...pul hər şey olmasa belə çox şeydi.pul insanı xoşbəxt də edər bədbəxt də...Bu roman haqqındakı fikirlərim tez-tez dəyişdi bəzən
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,150 okunma
244 syf.
4/10 puan verdi
~Pul hər zaman xoşbəxtlik gətirirmi?
Qaraqanın qələmindən oxuduğum ilk kitabdır. Hər kəsə məlum olduğu kimi Qaraqan kitabları həm çox bəyənilir,həm də məşhurdur. Digər sosial şəbəkələrdə də kitabla bağlı fərqli paylaşımların şahidi olmuşam. Buna əsaslanaraq çoxdandır oxumaq fikrindəydim. Nəhayət oxuyub bitirdim. Düzü nə yalan deyim bu qədər bəyənilən kitabı mən bəyənə bilmədim. Sıradan kitab oldu mənim üçün. Adından məlum olduğu kimi mövzu bir milyon dolların ətrafında fırlanır. Oxuyarkən bəzən sıxıldım,çünki eyni hadisələr təkrarlandı. Sadə, sıradan əsər təəssüratı yaratdı məndə . Hadisə,olay yoxdu. Oxuyarkən indi nə olacaq, sonra nə olacaq deyə düşünmürsən. Eyni hadisələr təkrarlanır. Fikrimcə sıradan,düz yazılıb. Amma son olaraq əsərin gəldiyi nəticəni bəyəndim. Pulun hər zaman xoşbəxtlik gətirmədiyi,az pulla da xoşbəxtliyin mümkün olduğu gözəl vurğulanıb. Bu qədər,kitabla qalın
Qaraqan
Qaraqan
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,150 okunma
Reklam
244 syf.
10/10 puan verdi
<<<Sevimli yazarımızın bu kitabında kasıb amma namuslu mətbəə işçisi Kərəmin həyatından danışılıb. Mətbəə'dən qazandığı cüzi maaşı həyat yoldaşına və uşaqlarına xərcləyən Kərəmin həyatını təsadüfən yolun kənarındakı tikintidən tapdığı 1 000 000 $ dəyişir. Bu kitabı bitirdikdən sonra özünüzə sual verəcəksiniz; "Pul hər zaman xoşbəxtlik gətirirmi?" Həmçinin Qaraqan bu kitabında dövrümüzün ailə-məişət problemlərinə işıq tutur. Kitabı oxuduqdan sonra ətrafımda kı insanlara bu sualı verdim; "Gecə bir tikintidən bir milyon dollar tapsaydın nə edərdin?" Təbii ki əksəriyəti bahalı avtomobil, xaricə səyahət və villa haqqında düşündü. Qəhrəmanımız yazıq Kərəm də eynisini düşünmüşdü :( Amma bəzən hər şey gözlədiyimiz kimi olmur. Bəzən çox qəribə hadisələr baş verir... Məncə bu qədər məlumat yetərlidir. Çünki biraz daha yazsam kitabı oxumağa marağlnız qalmayacaq. İndidən hər birinizə xoş oxumalar. # #y:21654
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,150 okunma
42 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.