Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bir Milyon Dollarım Olsaydı

Qaraqan

Bir Milyon Dollarım Olsaydı Yorumları ve İncelemeleri

Bir Milyon Dollarım Olsaydı yorumları ve incelemelerini, Bir Milyon Dollarım Olsaydı kitabı hakkındaki okur görüşlerini , Bir Milyon Dollarım Olsaydı puanlarını 1000Kitap'ta bulabilirsiniz.
200 syf.
·
Puan vermedi
·
21 saatte okudu
Qaraqanın ilk kitabıdır ki oxuyuram və həqiqətən o qədər gözəl axıcı yazılıb ki... Yəni pul insanın həyatını bu halamı salır? Bəlkə də Kərəm belə təsəvvür etməzdi ki, həyatı alt-üst olar...
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,151 okunma
109 syf.
6/10 puan verdi
·
Beğendi
·
32 saatte okudu
Kitab ilk öncə maraqlı başladı. Ortalarda həddindən artıq sıxıldım və hətta yarıda qoymağı belə düşünürdüm. Hadisələrin bəziləri, Kərəmin düşüncələri bəzi hissələrdə məni sıxırdı doğrusu. Ama sonunu oxuduqda və hadisələrin əslində necə baş verdiyini anladıqda yarıda saxlamadığıma sevindim. Kitabın bizə anlatmağa çalışdığı əsas məsələ isə, "pul heç də insanı hər zaman xoşbəxt etmir". Bəlkə də, Kərəmin yerində daha vecsiz, tək özünü düşünən biri olsaydı hadisələr daha fərqli irəliləyərdi...
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,151 okunma
Reklam
244 syf.
10/10 puan verdi
·
Beğendi
Azərbaycan Yazarları
Yazarın qələmindən oxuduğum ilk kitabım oldu. Kitabı oxuyarkən Kərəmin bir milyon dollar tapması düzü desəm məni sevindirmişdi, özümü Kərəmin yerinə qoyub ‘görəsən mən tapsaydım necə olardı sonum? ’ dedim oxumağa davam etdim.Kərəmin sonunun belə olacağını düşünməmişdim,çüni biz eşitmişik və beynimiz öyrəşib ki, “pul insanları xoşbəxt edir” , “pul xoşbəxtliyə gedən yolda önəmli faktordur” daha çox spoiler verməyim.Amma olduqca çox maraqlı kitab idi.Oxumaqdan yorulmadım, düşündürücü və insani keyfiyyətləri əhatə edən mövzusu var idi zənnimcə.Kitabın sonu məncə hamını biraz da olsa fikrə salacaq və düşündürəcək.Ümumiyyətlə, son olaraq fikirlərim: kitabı bəyəndim və düşünürəm bu Qaraqandan oxuduğum ilk amma son olmayan kitab olacaq.
Qaraqan
Qaraqan
təşəkkür edirəm.
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,151 okunma
244 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Kitab bir sözlə əladır! Axıcı şəkildə yazılması və sonun gözlənilməz olması insanda həyacan yaradırdı. Kərəmin hər şeyi çox düşünməsi və özündə paranoya yaratması, o qədər acıdan sonra tapdığı bir milyonun lənətə gəlmiş Tağıyevə qalması heç yaxşı olmadı. Kitabı oxuduqdan sonra çıxardığım bir dərs varsa oda Zəmanə adamı olmaq lazım olduğudur:D.. "Bir milyon dollarım olsaydı" mən bu haqqda öz fərziyyələrimi deyə bilərəm,amma kitabda da deyildiyi kimi; bir şey başımıza gəlmədən onun bizi necə bir insan edəcəyini tam dəqiqliyi ilə bilə bilmərik.
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,151 okunma
244 syf.
·
Puan vermedi
Bir milyon dollarınız olsa nə edərsiz
QARAQAN –BİR MİLYON DOLLARIM OLSAYDI (23.03.23) HADİSƏLƏRİN MƏRKƏZİNDƏ KƏRƏM ADLI SADƏ HƏYAT TƏRZİ SÜRƏN KASIB AMMA VİCDANLI OBRAZ DAYANIR. UZUN İLLƏRDİR YOXSULLUQ İÇİNDƏ YAŞAYAN BU OBRAZ-KƏRƏM GÜNLƏRİN BİR GÜNÜ İŞDƏN QAYIDARKƏN GECƏNİN QARANLIĞINDA İÇİNDƏ BİR MİLYON DOLLAR OLAN ÇAMADAN TAPIR .SƏHƏRƏ QƏDƏR ONUN İÇİNƏ BAXMADAN YANINDA DURUB
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,151 okunma
244 syf.
·
Puan vermedi
·
24 saatte okudu
Qaraqanın "Bir milyon dollarım olsaydı..." adlı romanı kasıb və namuslu mətbəə işçisi - Kərəmin həyatından bəhs edir. Qazandığı cüzi maaşı həyat yoldaşına və övladlarına xərcləyən qəhrəmanın həyatını təsadüfən tikintidən tapdığı bir milyon dollar necə dəyişir? O, namuslu və dəyişilməyən insan obrazı kimi bu hadisədən sonra başına gələnlərlə mübarizə aparır. Pul hər zaman xoşbəxtlik gətirirmi?. "Bir milyon dollarım olsaydı..." romanı müasir dövrün müxtəlif ailə-məişət problemlərinə işıq tutur. Əgər gecə, küçənin ortasında qara bir çemodanda bir milyon dollar tapsaydınız nə edərdiniz? Yəqin ki, hamı ilk olaraq bahalı avtomobil, villa və xaricə səyahət haqqında düşünərdi. Elə kasıb nəşriyyat işçisi Kərəm Alıyev də belə düşünürdü. O da öz kasıb ailəsini, həyat yoldaşı Firuzə və uşaqlarını ehtiyyac bataqlığından xilas etmək istəyirdi. Amma bəzən hər şey bizim gözlədiyimiz kimi olmur. Bəzən çox qəribə hadisələr baş verir. Kərəmin tapdığı bir milyon dollar onun bütün həyatını dəyişir. Pulun sahibini axtarmaq qərarına gəlir. Lakin axtarışları boş yerə olur.
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,151 okunma
Reklam
200 syf.
8/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Bəs siz 1 milyon dollar tapsaz nə edərdiz?
Dikkat spoil var!!! Qaraqan deyə tanıdığımız Elxan Zeynallının əsərləri günümüzün hadisələrinin özəyini təşkil edir. Yaşadığımız həyatda görüb - keçdiklərimiz, önəmsəmədiklərimiz və başqa daha nələr. Bu kitabda çox kasıb bir həyat yaşayan Kərəm Alıyevin 1 milyon dollar tapmasından sonra başına gələnlər, onun istəkləri, arzuları - amma bir də acıda olsa gerçək həyat... Firuzəylə qurduğu xəyalların və ya yaşadığı həyatın mənasız olduğunu dərk edən Kərəmin vəziyyəti... Kitab axıcı bir kitabdır, həyatda görübdə keçdiklərimizin bir nümunəsidir deyə bilərik...
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,151 okunma
244 syf.
9/10 puan verdi
·
85 günde okudu
Qaraqanın üçüncü kitabını oxudum. Həqiqətən bir sözlə möhtəşəm . Bəzən kişilər tapdığı pulla xanımlarını xoşbəxt etməyi düşündükləri təqdirdə,qadınlar kişiləri alçaltmaqdan başqa bir şey etmirlər. Amma kitabın qəhrəmanının ölməsini deyil onun arvadı ilə Tağıyevin ölməsini çox istərdim. Və bəyəndiyim bir cümlə: HARDADIR BAKININ ÜRƏYİ???? BAKININ ÜRƏYİ "öz ürəyini göstərərək"BURDADI BAKININ ÜRƏYİ..... Və kitabın qəhrəmanı ölür ....
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,151 okunma
244 syf.
6/10 puan verdi
·
13 günde okudu
Bununlada Qaraqan sessiyasın bitirdim
Kitab mənə görə digər Qaraqan əsərlərinin yanında sönük qalır.Yenə də özünəməxsus bir davamelətdirmək xüsusiyyətidə var.Bir az Kərəmin xəstəxanada olması orada baş verənlər və s. Kitabı çox uzatdığın düşünürəm.Bununla belə kitab maraqlıydı demək olar.Sadəcə Kərəm normal bir insana görə pulun mənşəyini daha çox fikirləşirdi.İndi ki,dövrdə bunu bu qədər düşünən olacağına inanmıram.Hələ ən çoxda H.Z.Tağıyev haqqında tarix kitablarının əksinə yazılan məlumat xoşuma gəldi.Bu tipli faktlar hər zaman diqqətimi çəkib. Əsər çox pul olmadanda,insanın milyonları olmadanda xoşbəxt olduğunu göstərir
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,151 okunma
109 syf.
4/10 puan verdi
·
35 saatte okudu
Görəsən başqa bir insanının da əlinə bu bir milyon düşsəydi onun da həyatı belə dəyişəcəkdi? Bu Keremdən asılı idi yoxsa pulun lənətindən? Bəlkə başqa bir milyon olsaydı belə olmazdı və yaxud Kərəmin mənasız və bitməyən "bəlkə"li şübhələri olmasaydı. Hacı Zeynalabdin Tağıyev lənəti doğurdan ola bilməzdi axı. Bu iblisin əsərə müdaxiləsi deməy idi və əsər fantaziyaya çevrilirdi. Əsər boyu Kərəmi o şübhələrinə görə qınadım, niyə bu qədər şey ağlına gəlsin axı? Qanlı əl, mazuta batmış 3 fəhlə, şam qoxusu, cin, ruh.. nədidə bunlar? bəyəm kimse seni güdməlidir? Amma son qənaətim dollarların lənətli olması idi. Kərəmin gördüyü yuxular öldürdü onu ya da xoşbəxtliyin ağırlığına tab gətirə bilmədi bu məzlum. Bunu da deyim qorxu hissi keçirdiyim epizodlar az olmadı. Yenə Qaraqan yenə Qaraqanın möhtəşəm və bir o qədər müəmmalı əsəri. Oxuya bilərsiniz..
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,151 okunma
42 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.