Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Bütün İnsanlar Qardaşdır

Mahatma Gandhi

Bütün İnsanlar Qardaşdır Gönderileri

Bütün İnsanlar Qardaşdır kitaplarını, Bütün İnsanlar Qardaşdır sözleri ve alıntılarını, Bütün İnsanlar Qardaşdır yazarlarını, Bütün İnsanlar Qardaşdır yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Başqa bir məzhəbin mənim məzhəbimdən daha aşağı olduğuna nə gizlində, nə də aşkarda inanmışam.
Mən yalançı biri isəm, öyrəncilərimə doğruluqdan danışmanın bir anlamı olmaz. Qorxaq bir öyrətmən heç bir zaman öyrəncilərini cəsur tərbiyə edə bilməz...
Reklam
Mənim məzhəbim daşlaşmış və sınırlı məzhəb deyildir. Çünki mənim inancımda Tanrının ən aşağı yaradılışına da yer var. Ancaq mənim inancım hər tür güstaxlığa, irqi üstünlüyə, rənglər ayrımına qapalıdır. Çünki mənim inancımda bütün insanlar qardaşdır.
Bir insanı dəyərsiz görmək, onda olan Tanrını dəyərsiz görməkdir.
“Günaha nifrət etmək lazımdır, günahkara deyil". Bu, anlaşılması çox asan, ancaq əməl edilməsi çox çətin bir məsələdir.
Biz hamımız xürafi inanclarla davranırıq. Bu xürafi inanışa görə uşaq beş yaşına qədər heç bir şey öyrənmirmiş. Tam tərsinə. Uşaq beş yaşına qədər öyrəndiklərini ömrünün axırına qədər unutmur və daha sonralar onları öyrənə bilmir. Çocuğun tərbiyəsi onda ortaya çıxan təsəvvürlərə görə başlayır.
Reklam
İndi anlayıram ki, mənim doğruluğa olan inancım yasalara olan sayqımdan qaynaqlanmış.
Bir gün bu gözətçilərdən biri məni uyarmadan, hətta heç bir söz demədən məni itələyib küçənin ortasına yıxdı. Mən dəhşətə gəlmişdim. Mən ondan niyə böylə davranması ilə bağlı sual sormaq istəyirdim. Bu zaman atının üstündə təsadüfən ordan keçən cənab Kutisi gördüm. Kutis bağırdı: “Qandi, mən hər şeyi gördüm. Sən bu polisdən məhkəməyə şikayət etsən mən tanıq olmağa hazıram. Çox üzgünəm ki, sənə böylə saldırdı.” Dedim: “Üzgün olmayın. Bu yazıq adam sanır ki, bütün rəngli adamların hamısı kötüdür. Öz rəngində olmayan hər kəsi kötü görür. Mən özümə söz vermişəm ki, öz haqqımın əzilməsi ilə bağlı heç vaxt məhkəməyə baş vurmayacağam. Bu üzdən bu polisdən şikayət etməyi düşünmürəm.
Həqiqət gizli qalmayaraq sürəkli özünü göstərmə fəaliyətində olmalıdır. Mən də bütün gücümlə həqiqəti göstərməyə çalışıram. Ancaq bütün gücüm də çarəsiz qalarsa, nə edə bilərəm? Mənə deyirlər ki, bu durumda öz şirin xəyallarından vaz keçmək daha doğru olmazmı? Nədən milləti öz bəlirsiz xəyallarımın arxasınca sürükləməliymişəm? Bütün bunların hamısı məndən sorulan haqlı sorulardı. Ancaq bunlara mənim cavabım çox sadədir. Mən kimsədən mənim arxamca gəlməsini istəmirəm. Hər kəs öz içindən yüksələn səsi dinləməlidir. Kimsə bu səsi duymaq istəmirsə, ağlına daha uyqun gələn işin arxasınca gedə bilər. Qoyun kimi başqasının arxasınca getmək doğru deyildir. Başqalarını yamsılamaq əsla doğru deyildir.
Bütün vücudumla insanlara və topluma xidmət etməyə çalışmağımın səbəbi özümü tanımaq idi. Xalqa xidmət etməyi öz məzhəbim etmişdim. Düşünürdüm ki, yalnız xalqa xidmət edərək Tanrını tanımaq olar.
Reklam
Hər kəs daha artıq deyil, yalnız ehtiyacı olduğu ölçüdə götürərsə,bu dünyada yoxsulluq və ehtiyac olmaz,kimsə də acından ölməz.
Sayfa 179 - QanunKitabı okudu
Bagışlamaq qisasdan da üstündür.Çünki intiqam bir cür zəiflikdir.
Sayfa 142 - QanunKitabı okudu
Tanrı həqiqət və məhəbbətdir.Tanrı əxlaq və yaxşılıqdır.Tanrı qorxmazlıqdır. Tanrı aydınlığın və yaşamın qaynağıdır.O, bizim içimizdə, eyni zamanda bizdən üstündür .
Sayfa 87 - QanunKitabı okudu
Doğruluq (həqiqət)böyük ağac kimidir.Nə qədər çox suvarılsa bir o qədər də çox bar verər.
Sayfa 41 - QanunKitabı okudu
95 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.