Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ən Yaxşı "ÖZ"ünü Yarat

Çözüm

Elçin Həna

Çözüm Gönderileri

Çözüm kitaplarını, Çözüm sözleri ve alıntılarını, Çözüm yazarlarını, Çözüm yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Dünyanın bugünkü gedişatı məhz çoxtərəfli bilik və bacarıqları olan, fərqli şəraitlərə adaptasiya olub yeni şeylər öyrənməyə, yaratmağa çalışan insanlar üçün daha çox uğur vəd edir, nəinki dar bir istiqamət müəyyən edib bütün ömrünü o yöndə addımlayanlara.
Sayfa 239Kitabı okudu
Bu gün artıq 1-ci sinifdən başlayaraq "hazırlığa" gedən, 11-ci sinfin sonuna qədər gecəsi-gündüzü testlərlə, summativərə, imtahanlara hazırlıqlarla keçən gənclərə, onların özlərindən də çox müəllimlərinə, valideynlərinə deyiləcək sözümüz çoxdur, ürəyimiz doludur. Təhsil sistemimizdə o qədər fundamental problemlər var ki, bəzən düşünürəm, müəllimlərin məzac anlayışı və şagirdlərin öz tiplərini bilmələri kimi məsələlər bu ibtidai çatışmazlıqların yanında prioritet məsələ sayılmaya bilər. Amma digər tərəfdən, bu yöndə olan agahlıq, əslində, bir çox fundamental boşluqları da doldurmağa kömək edə bilər.
Sayfa 205Kitabı okudu
Reklam
Öz potensiallarını bilmək və daim xatırlamaq özünəinam və şükranlıq doğurar. Öz çatışmazlıqlarını bilmək və daim xatırlamaq özünütənqid və təvazö doğurar. Bu keyfiyyətlər sağlam şəxsiyyətin göstəriciləridir. Ona görə də bu iki halın paralel şəkildə yüksək olması vacibdir. Birinin daha çox qabarması təkəbbürə, nadanlığa, kobudluğa, digərinin ifrat dərəcəsi isə özünəinam çatışmazlığına, əzginliyə gətirib çıxarar.
Eynilə birinə etdiyin pislik ona görə günah deyil ki, bununla fəsad törətmiş olursan. O fəsad Allahın onun üçün sənin əlinlə yetirdiyi bəladır və onunla öz haqq-hesabı var. Sən isə bununla Allahdan, ruhundan uzaq düşdüyün üçün, heyvani tərəfinə yönəldiyin üçün günah qazanırsan.